"Sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq".
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində söyləyib. Dövlət başçısı bildirib ki, kredit faizlərinin aşağı salınmasını dəstəkləyir: "Fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb. Ancaq, eyni zamanda, əlbəttə ki, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər".
Prezident əvvəlki dövrlərdə neftin qiymətinin çox yüksək olduğunu xatırladıb. İlham Əliyev həmin dövrdə ölkəyə çox böyük valyuta axını gəldiyini söyləyib: "Hesab edirdim, biz maksimum şərait yaratmalıyıq ki, sahibkarlıq inkişaf etsin və sahibkarlar daha da çox vəsait əldə etsinlər, onu yenidən ölkə iqtisadiyyatına qoysunlar. Ancaq indi bizim gəlirlərimiz azalıb. Bu, təbiidir. Bunu hamı bilməlidir. Baxmayaraq, dediyim kimi, iqtisadiyyat, qeyri-neft sektorumuz artır, sosial proqramlar tam şəkildə icra edilir, amma bizim dövlət investisiyamız azalıbdır. Kapital qoyuluşu azalıbdır", - deyə prezident vurğulayıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR