Qoç - ağır gün olsa da, mübarizə hədəfi seçməyə çalışmayın.
Rəqiblər sakitləşiblər. Enerji və aktivliyinizdən qarşınızda duran problemlərin həlli üçün yararlansanız, yaxşı nəticələr əldə edəcəksiniz.
İşdə rəhbərlik, özəl fəaliyyətdə isə nüfuzlu şəxslərlə təmaslarda diqqətli və həssas olun. Sərt danışmayın, sözləriniz neqativ reaksiya yaratmasın. Zarafatlarınıza sərhəd qoyun.
Yaxınlarınıza diqqətlə yanaşın, qayğı bəsləyin. Amma hamiliyiniz ifrata varmasın.
Buğa - ağır fiziki işlərə başlamayın. İntellektual fəaliyyətə üstünlük verin. Mühüm məsələlələrin çözülməsində tərəfdaş və şəriklərin mövqelərini nəzərə alın. Aktual saydığınız məqamda istəyinizə çatmaq üçün ifrat dərəcədə aqressiv olmayın.
Günün ikinci yarısında ikinci dərəcəli, mənasız məsələləri çox önəmli saymayın. Sənədləşdirmədə gecikmələrə yol verməyin. Əks halda təxirəslamalar və ləngimələr ciddi problemlər yarada bilər.
Əkizlər - ağır, görüləsi işlərin çox olduğu gündür. İndiyədək rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdən çox tez yorula bilərsiniz.
Maliyyə və əmlakla bağlı xoşagəlməz xəbərlər istisna deyil.
Yaranmış problemləri həll etmək üçün hadisə yerində olmalısınız.
İnsanların gur olduğu yerlərdən kənarda çalışın, tədbirlərə qatılmayın. Belə tədbirdə narahatlıq hissinin yaranması, kiminləsə sərt danışmağınız istisna deyil.
Alış-verişdə bədxərclik etməyin.
Xərçəng - intuisiyanıza həddən artıq güvənməyin. Real biliklər və təcrübəni heç bir halda "altıncı hiss" əvəzləyə bilməz. Tapşırıq, yaxud sifarişi yerinə yetirmək üçün mühüm informasiyanın çatışmazlığını hiss edirsinizsə, həmin məlumatı arayın. Çalışdığınız kollektivdəki situasiyanı izləyin.
Günün ikinci yarısında maliyyə məsələlərində tələsik qərar verməyin. Kredit götürməzdən bütün nüansları araşdırın.
Axşam saatlarında normal istirahət edin.
Şir - günün ikinci yarısında öhdəlikləri asanlıqla yerinə yetirərək məqsədə çata bilərsiniz. İnnovasiyalardan istifadə edin. Önəmli məsələlərin həlli üçün əlverişli zamandır. Faydalı əlaqələri inkişaf etdirin.
Günün ikinci yarısında maddi rifahınızın asılı olduğu insanlarla təmasları aktivləşdirin. İşgüzar təmaslarda passivlik nümayiş etdirməyin. Yazışmalarda diqqətli olun. Tərəfdaşlarla problemləri müzakirə edin. Qarşı tərəfə sayğı nümayiş etdirin.
Qız - mənasız vurnuxma və səbəbsiz tələskənliyə heç bir ehtiyac yoxdur. İşləri ahəstə şəkildə, aramla görün. Diqqətsizlik sonradan önəmli məsələnin sonucuna çox pis təsir edə biləcək absurd, ağır səhvə səbəb ola bilər.
Günün ikinci yarısında olayları diqqətlə izləyin. Dəyər verdiyiniz insanların səhhəti ilə maraqlanın. Dostlarla əlaqə saxlayın.
Axşam saatları əyləncəyə yollanmazdan əvvəl gedəcəyiniz yer barədə zəruri məlumatları əldə edin.
Tərəzi - fərdi maraqlarınızı kollektivin mənafeyinə qurban verməyin. Günün ilk yarısından işlərdə aktiv olun. Müəyyən məsələlərdə gecikmələr, təxirəslamalar istisna deyil. İşdə həmkarlarınızla mənasız münaqişələrə yol verməmək üçün tapşırıqları təkbaşına yerinə yetirin.
Günün ikinci yarısında yaxın ətrafınızla təmasları minimuma endirin. Peşəkar fəaliyyət sahəsindəki bilikləri artırın. İmkan yaranarsa, vəziyyətin təfərrüatları barədə bilgilənin. Heç bir rəqib sizi qəflətən haqlamamalıdır.
Əqrəb - günün ilk yarısında ən önəmli məsələlər ailə və evlə bağlıdır. Yaxınlarınızın problemlərinin həllində aktiv iştirak edin. Fərdi məlumatların qorunmasına və konfidensiallığın təminatına xüsusi diqqət yetirin.
Günün ikinci yarısında elektron poçtunuzun parolunu dəyişin. İşdə həmkarlarla, fəaliyyətinizdə önəmli insanlarla təmasların qorunmasına, saxlanmasına xüsusi fikir verin.
Ciddi rəqiblə üzləşmə ehtimalı yaranarsa, zəruri arqumentlərə yiyələnin. Davranış modelində düzəlişlər etmək olar.
Oxatan - uzunmüddətli planın həyata keçirilməsinə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətinizdə diqqətli olun. Dəyər verdiyiniz insanın qəlbinə toxunası hərəkətlər etməyin.
Günün ikinci yarısında yeni tanışlarla bağlı gözləntiləriniz çox olmamalıdır. Yalnız özünüzə, biliyinizə, təcrübənizə güvənin. Faydalı təmasların sayını artırın. Nüfuzlu insanın himayəsinə və dəstəyinə zərurət yarana bilər.
Oğlaq - yeni və genişmiqyaslı işlərə başlamayın. Hazırda məşğul olduğunuz işləri yarımçıq qoymayın, onları tamamlayın. Alış-verişdə çox pul xərcləməyin. Böyük məsrəfləri ertələyin.
Günün ikinci yarısında önəmli danışıqları yad gözlərdən və bədxahların qulaqlarından uzaq ortamda aparın. Tələskənliyə qapılmayın. Həmsöhbətinizlə sayğılı davranın. Danışmaqla yanaşı, sizə deyilənlərə diqqətlə qulaq asın.
Dolça - aşkar həll variantları və asan yollardan imtina etməyin. Bu gün məqsədə məhz onların vasitəsilə çata bilərsiniz. Ənənəvi metodlardan yararlanmaqla, təbii ki, novator olmayacaqsınız, amma can atdığınıza çatacaqsınız. Ətrafınızdakı mühit gərginləşsə də, soyuqqanlı və təmkinli olun.
Məkrli bədxahların təxribatlarına uymayın.
İşlə bağlı məsələləri telefon danışıqları və ya yazışma ilə yox, bilavasitə görüşdə müzakirə edin.
Günün ikinci yarısı faydalı məlumatlar vəd edir.
Balıqlar - günün ilk yarısında həddən artıq aktiv olmayın. Bir qədər aramla çalışın. Cari işlərin müəyyən qismini ertələmək gərəkdir. Diqqəti əsas məqsədə yönəldin. Dostlar və tərəfdaşlarla birgə fəaliyyətdə xeyir var.
Eqoist olmayın.
Günün ikinci yarısında yaxın perspektivlə bağlı planlarda bəlli dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı insanlarla təmaslarda quru rəsmiyyət və ciddiyyətin səviyyəsini artırmayın. Səmimi, qayğıkeş insan olun.
Yeni dostlarla tanış ola bilərsiniz.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)