Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Səfirlikdən Trend-ə verilən məlumata görə, faciənin ildönümü ərəfəsində səfirliyin təşəbbüsü ilə Küveytin məscidlərində cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılmış, onlara Allahdan rəhmət dilənmişdir.
Fevralın 22-də Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin akt zalında Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, Türkiyənin icma üzvlərinin, həmçinin Küveytin ictimai-siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Tural Rzayev tədbirdə 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açmış, həmçinin, ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı barədə danışmışdır.
Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa etmiş, səfirlikdə təşkil olunmuş fotostendlə tanış olmuşdurlar. Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunmuşdur.
Eyni zamanda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanatı Küveytin Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilmişdir. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə həzrətlərinin soyqırımın 23-cü ildönümü ilə bağlı dünya liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa məhkəməsinə ünvanlanmış “Müraciət”i ərəb dilinə tərcümə olunaraq Küveyt dövlətinin Vəqflər və İslam Məsələləri Nazirliyinə və əlaqədar dini qurumlara çatdırılmışdır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR