Şəhər məmurları və deputatlar azərbaycanlılara Xocalı faciəsinin qurbanlarının xatirəsinə abidə qoyulmasını qadağan ediblər.
Onların fikrincə, Xocalı faciəsinin Klaypeda şəhəri ilə heç bir əlaqəsi yoxdur. Klaypeda liman şəhəridir, odur ki, burada dənizlə, bu şəhərin əhalisi və burada baş verən hadisələrlə bağlı heykəl qoyula bilər."Dünyada o qədər faciələr baş verib ki...İndi biz onların hamısına Klaypedada heykəl qoymalıyıq? Bir icmaya icazə versək, digər icmalar da müraciət edə bilər. Mən hesab edirəm ki, bu şəhərdə yalnız şəhərin özünə və sakinlərinə aid hər hansı bir heykəl qoyula bilər", - deyə şəhər şurasının deputatı Vyaçeslav Titov bildirib.
Maraqlıdır ki, bu şəhərdə ötən il erməni icmasının vəsaiti hesabına tikilmiş və "erməni soyqırımı"nın yüz illik yubileyi ilə bağlı Klaypedada "Xaçkar" adlı abidə qoyulmağına icazə verilib.
Azərbaycan ictimaiyyətinin nümayəndələri bu hadisədən sonra qəzəbləniblər və şəhər hakimiyyətini ikili standartlar siyasətində ittiham ediblər. Onların bu fikri ilə, hətta, şəhər meri Vitautas Qrublyauskas da həmrəy olub.
Şəhər rəhbəri iddia qeyd edib ki, deputatların azərbaycanlılara faciələri ilə bağlı rəsmi abidə qoyulmasını qadağan etmələri düzgün deyil. Çünki onlar bir il öncə bu hüququ ermənilərə veriblər. Azərbaycanın Litvadakı səfirliyindən isə məsələdən xəbərdar olmadıqlarını bildirdilər. Səfirin müşaviri Vüqar İbrahimov dedi ki, onlar tez-tez Klaypeda şəhərində yaşayan azərbaycanlı icma nümayəndələri ilə əlaqə saxlayırlar, lakin orada baş verən qalmaqal haqda heç nə eşitməyiblər.
"Biz adı çəkilən şəhərdə azərbaycanlıların abidə qoymaq istəkləri haqda eşitməmişik. Bu barədə ümumiyyətlə xəbərimiz yoxdur. Məsələni araşdırmağa çalışacağıq", - deyə müşavir əlavə etdi.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdi.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Bakıda daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər
Kəsmikli ananas deserti(foto resept)
Kerri və Lavrov Vyanada Qarabağı müzakirə edəcəklər
Pinar da makiyajsız FOTOsunu paylaşdı
Saçların düzgün daranması
Saakaşvilidən Azərbaycana dəstək
Xarabalıqları fantastik dünyaya çevirən
Uşaqlar arasında ən çox hansı xəstəlik yayılıb? - Statistika
Bərbərlər və taksi sürücüləri ilə bağlı yenilik
Eyni geyimləri müzakirələrə səbəb oldu
Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət məqsədləri açıqlandı
"İncil"dəki FƏLAKƏT QEYDİ
Ginnesin Rekordlar Kitabına düşən nömrə Bakıda satıldı
Avropanın Çin səddi: miqrantlara yer yoxdur
Bu da yeni Mercedes AMG
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Avtomobilə hansı hallarda həbs verilir?
Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb
Bakı bulvarının qağayıları hara uçdular?
Erməni təxribatı bitmək bilmir: mövqelərimiz atəşə tutuldu
Tez-bazar yeməklər hansı xəstəlikləri tezləşdirir?
Bakı qəsəbələrinə elektrik qatarlarının gedişi bərpa ediləcək
Harri və Meqan çimərliyə yollandılar-FOTO
Pensiyaçıların nəzərinə!
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
WhatsApp-da daha bir YENİLİK!
Vaqif Əsədova polkovnik rütbəsi verildi
Uşaq bağçaları optimallaşdırılacaq
“Google Play” heç cür “App Store”u ötə bilmir
Şagirdləri izləyən “ağıllı” geyim təqdim edildi
Məşhur cütlük AYRILDI
Cəbhədən son xəbər
Yeni il öncəsi qənaət və qazanmaq imkanı
Yeni trend: Təbii və dağınıq qaşlar
Avropada vahid baza yaradılacaq
Hava haqqında - 06.03.2014
Doğuş sonrası depressiya
Məşhur bloger koronavirusa görə həbs olundu
Rəqəmli əsas paketdə hansı TV proqramları açıq yayımlanacaq?
Kişilər tərk edərkən...
Kadırov "WhatsApp"a qarşı
Dietoloq məşhur modelin pəhrizini açıqladı-FOTO
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Pomidorun içindən görün nə çıxdı – Fotofakt
Facebook-un əsas sirri... - İstifadəçilər üçün vacib xəbər
TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir
Zavoddakı yanğının söndürülməsi üçün helikopter cəlb edildi
"La case de papel" finala hazırlaşır
Qaşlar niyə tökülür?
