Təhsil naziri Mikayıl Cabbarov 12 illik təhsil sistemi haqqında mətbuata açıqlamasında da təhsil sistemindəki bu modelin artıq dünya ölkələrində çoxdan tətbiq olunduğunu bildirib. Belə ki, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. “Ümumiyyətlə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir”.
12 illik təhsil modelinə keçidin təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcəyini vurğulayan nazir yeni modelə mərhələli şəkildə keçməyi planlaşdırdıqlarını qeyd edib: “12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumların yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulub. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaq. Bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır. Bu sahədə yeniliklərdən biri və məncə, ən mühümü tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsidir. Digər bir məsələ də onunla bağlıdır ki, biz ümumi orta təhsilin bu gün mövcud olan 9 illik icbari pilləsini bir pillə artırırıq. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil inkişafın yeni çağırışlarını dəyərləndirmək və daha yetkin vətəndaş yetişdirmək baxımdan əlavə resurs və gələcəyə hazır olmaq imkanıdır".
Dünya ölkələrində artıq uğurundan danışılan 12 illik təhsil modelinin Azərbaycanda hansı effektləri verəcəyini öyrənmək üçün söhbətləşdiyimiz ekspertlər də yeni modelə təhsildə irəliləyiş kimi yanaşdılar.
Dünyaya inteqrasiya baxımından
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev “Kaspi”yə açıqlamasında dünya ölkələrində təhsilin 12 və ya 15 il olduğunu və təhsil proqramlarının da bu çərçivədə ödənildiyini bildirib: “Təhsil proqramları ödənilməyəndə dünya ölkələrində buna natamam təhsil kimi baxırlar. Ona görə də təhsil sisteminin proqramları uyğunlaşdırılmalıdır. Artıq təhsilin 12-ci ilində dərinləşdirilmiş fənnlər olacaq. Tutaq ki, təbiət və riyaziyyat üzrə gələcəkdə ali təhsil almaq istəyənlər dərinləşdirilmiş istiqamətdə 12-ci sinifdə oxuyacaqlar. Və yaxud humanitar sahədə oxumaq istəyənlər o sahə üzrə təhsil alacaqlar”.
Ə.Ağayevin fikrincə, gələcək peşə qazanmanın ilk özülü 12-ci sinifdə qoyulacaq istiqamətlərin müəyyənləşdirilməsidir: “Bu gün ali məktəblərin birinci kursunda oxuyan tələbələrlə söhbət edəndə görürsən ki, yarısı “mən bura daxil olmaq istəmirdim. Mənim arzum başqa ixtisas üzrə təhsil almaq idi. Ancaq balım bura çatdı” deyir. Bax, bu cür məsələlər aradan qaldırılacaq. Bu bir il ərzində onlar düşünüb-daşınıb, hazırlaşıb dəqiq istiqamət müəyyənləşdirəcəklər". Ə.Ağayevin sözlərinə görə, artıq ölkədə təhsil islahatının yeni mərhələsi gedir. Belə ki, təhsil sistemi dünya təcrübəsi əsasında yeni modellər istiqamətində qurulmalıdır. “Bu yeniləşmənin özü də 12 illik təhsilə keçid tələb edir. Hazırkı təhsil sistemimizin 12 illik təhsil sisteminə hazır olub-olmamasını cavablandıran ekspert qeyd edib ki, 11 illik təhsil sistemi sovet dönəmində tətbiq olunub və dərinləşdirilmiş siniflər üçün nəzərdə tutulub: “Artıq belə bir təcrübə var. 12 illik təhsilə keçid üçün fəaliyyət proqramı və digər proqramlar hazırlanmalıdır. Bir də keçid üçün vaxt lazımdır. Təkcə 12 illiklə məsələ həll olunmur. Amma keçid mümkündür. Hazırlığa qalsa, təhsil məktəblərinin vəziyyəti onsuz da bərbaddır. Ancaq söhbət təşkilatı hazırlıqdan gedir”. Ə.Ağayev ümid edir ki, dünyaya inteqrasiya baxımından 12 illik təhsilə keçid əhəmiyyətli olacaq.
Professor Şahlar Əsgərov da bizimlə söhbətində 11 illik təhsillə müqayisədə 12 illik təhsilin daha yaxşı olduğunu bildirdi: “Yaşadığımız era elmə, biliyə söykənən eradır. Dünyada bu gün yaşayan alimlərin sayı, indiyə qədər yaşamış alimlərin sayından çoxdur. Ona görə də elmdə, xüsusən informasiya texnologiyaları sahəsində çox böyük yeniliklər var. Görünür, bu böyük dəyişiklikləri 11 ilə tədris etmək mümkün deyil. Təhsil müddətini bir az da artırmağın səbəbi bilikləri gənclərə daha çox mənimsətməkdir. Bunu alqışlamaq lazımdır. Ola bilsin ki, gələcəkdə orta məktəbdə lap 13-14 il oxusunlar”.
Ekspertin fikrincə, təhsildə 12 illiyə getdiyimiz təqdirdə, məsələn, dərsliklərin çoxu dəyişikliyə məruz qalmalıdır. “Bu, ən azı yuxarı sinif dərsliklərinə aiddir. Dərslikləri dəyəri olmayan mövzulardan uzaqlaşdırmaq lazımdır. Fəlsəfi mahiyyəti olan mövzulara üstünlük verilməlidir. Dərsliklər elə olmalıdır ki, şagird orta məktəbi qurtaranda dost və düşmənini tanıya, yaxşı və pisi seçə bilsin”.
Tələskənliyə yol verilməməlidir
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də hesab edir ki, 12 illik təhsilə keçid Azərbaycan təhsil sisteminin, xüsusən də orta məktəb bölümünün Avropaya inteqrasiyasında yeni imkanlar açacaq. Belə ki, orta məktəblərdə təhsilin bu istiqamətdə aparılması məktəblər qarşısında geniş imkanlar yaradacaq. Bundan əlavə, təhsil şagirdlərə bilik və bacarıqlar imkanı qazandıracaq. Proqramların dəyişdirilməsi, daha da modernləşdirilməsi, 21-ci yüzilliyin fənlərinin orta məktəbdə daha geniş tədris olunmasına imkan yaradacaq".
AMB sədri hesab edir ki, 12 illik təhsilə keçid həmçinin hazırkı dövrdə çox məşhur olan repetitorluğun qarşısının alınmasına kömək edəcək. "Orta məktəb təhsilinin yuxarı pilləsində təmayüllər üzrə təlimin aparılmasına imkan yaradacaq. Uşaqların dərsə davamiyyəti bərpa olunacaq. Xüsusən yuxarı siniflərdə işləyən müəllimlərin sosial vəziyyətinin yaxşılaşması üçün şərait yaranacaq. İdarəetmədə yeni innovativ üsullardan istifadə olunması imkanlarına yol açacaq. Bu da Azərbaycan orta təhsilinin Avropaya inteqrasiyasına gətirib çıxaracaq". Ekspertin fikrincə, birdən-birə 12 illik təhsilə keçid mümkün deyil. Belə ki, bu işin mərhələlərlə aparılması lazımdır və əvvəlcə pilot məktəblərdə eksperiment kimi həyata keçirilməlidir. İqtisadi əsasları öyrənilməli, kənd məktəblərində hansı nəticəni verəcəyini ortaya çıxarmalıdır. Mərhələli keçid müəyyən tədqiqatlara əsaslanaraq həyata keçirilməlidir:
"Ölkələr var ki, 12 illik təhsili tətbiq edir. Onların təcrübəsinin, mənfi və müsbət cəhətlərinin öyrənilməsi, Azərbaycan mühitinə adaptasiyası lazımdır. Biz müəyyənləşdirməliyik ki, Avropa, MDB ölkələrinin təhsil sistemindən hansı elementləri Azərbaycana tətbiq edə bilərik. "Köklü araşdırmalardan, 2-3 illik eksperimentlərdən sonra bu təhsil sisteminə keçid mümkün ola bilər. Təbii ki, bu prosesə keçid ibtidai sinifdən başlayacaq”.
Qazaxıstan təhsil sisteminin təcrübəsindən danışan ekspert bildirib ki, ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. Belə ki, onlar bunu 8 məktəbdə eksperiment kimi aparıblar. Hazırda 45 məktəbdə həyata keçirilir. Gələn ildən artıq bu, bütün ölkə üzrə mərhələli şəkildə tətbiq olunacaq. 2020-ci ildə onlar bu prosesi başa çatdıracaqlar. DeməkŞ proses üçün 17 il vaxt lazım olub. “Biz də birdən-birə deyə bilmərik ki, bu gün Azərbaycanın təhsil sistemi, onun proqramları, onu idarə və tədris edənlər bu keçidə hazırdır və gələn il bu prosesə başlaya bilərik. Bu, qeyri-mümkündür. Bu, sovet dönəmindəki 6 yaşlıların təhsilinə bənzəyəcək. Azərbaycan ittifaq respublikaları arasında bunu eksperimentsiz və hazırlıqsız birinci tətbiq etməyə başladı. Sonra da imtina etməli oldu. Eyni vəziyyəti yaşamamaq üçün düşünürəm ki, mərhələli, düşünülmüş bir addım olmalıdır. O cümlədən, Ukrayna da 12 illik təhsilə keçib. Onların təhsil sistemindən imtina etmək məsələləri müzakirə olunur. Təbii ki, bu prosesin tərəfdarları ilə bərabər əleyhdarları da var. Təhsil naziri birbaşa sual qoyur ki "12 illik təhsil bizə nə verdi? Biz bundan imtina etsək, daha yaxşı olar. Bax bu, həmin tələskən keçidin nəticəsidir. Düşünürəm ki, bizim təhsil sistemində də 12 illiyə keçiləndə tələskənliyə yol verilməməlidir". Hər halda ümid edək ki, 12 illik təhsilə keçiddən sonra ukraynalıların dediyi kimi, "12 illik təhsil bizə nə verdi?” sualını təəssüflə verməyəcəyik.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan, Rusiya və Ermənistanın başçılarının imzaladığı birgə bəyanatın mətni - FOTO
Falçılarda qalan qaynanalar
"Facebook"dan YENİLİK
İki boksçusumuz dünya birinciliyində yarımfinala yüksəldi
İslamı qəbul edən "Karolin" əkizlərini üzə çıxardı
Göz həkimi bir iynə ilə 9 nəfəri kor etdi
Hadisənin 22 minlik kombini - FOTO
Gəncədə yunan-Roma güləşi üzrə Respublika turniri başa çatdı
Hansı şəxslər koronavirus testindən keçirilə bilər?
Laçını tərk edən ermənilər vandal hərəkətlərindən əl çəkmirlər - FOTO
Onkoloji xəstələrin müalicəsi ödənişli, yaxud ödənişsiz edilməlidir?
Zukerberq: “Facebook”da radikal dəyişikliklər olacaq
Zirehli texnikalarımızın döyüşə hazır vəziyyətə gətirilməsi ilə AÇIQLAMA
Balaca qızlarımıza saç düzümləri
Mengen plovu (foto resept)
Toxumaq öyrənmək istəyən xanımlara
Çiyələkli rulet (foto resept)
Anar Eyvazov: “Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir”
Günün qoroskopu: iradəli, qətiyyətli olun
BÜRCLƏR bizə nə vəd edir? - 10 MART
Bakı metropoliteni bu tarixdə işləməyəcək - RƏSMİ
Adeli görənlər tanımadı-FOTO
Aşiq olmaq və aşiq qalmaq
Uşaqlar üçün papaq və şərf modelləri (3)
Obama Putinə xəbərdarlıq etdi
Motorola Çini ələ keçirmək istəyir
Onlara yox deyə bilməyəcəksiniz
Gülşən çanta üstündə məhkəməlik oldu
Bakıda Rasim Ocaqovun barelyefinin açılışı olub
Dünyanın ən təmiz gölü
Lavrov və Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Sosial fobiya və ondan azad olmağın yolları.
Qatıqlı keks (foto resept)
Azərbaycanın işğal edilmiş ərazilərində erməni əsgər öldü
Qorxaqsınızmı?
"Qalatasaray"ın əfsanəsi "Xəzər Lənkəran"ın qapıçısına hədiyyə yolladı
Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO
Ezo Gəlin şorbası (foto resept)
HAVA necə olacaq?
Azərbaycanlı döyüşçülərə şad xəbər
Qvardiola rəqibinin tərifini göyə qaldırdı
"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik
Tanınmış türkiyəli cütlük ayrıldı
Pendirli-göbələkli kotletlər (foto resept)
Heyva cemi (foto-resept)
Facebook istifadəçilərinin sayı 1,37 milyarda çatıb
Nazirlik qazma məhlulunun dənizə axıdılması ilə bağlı araşdırmalara başladı
Kombi və radiatorlar ucuzlaşdı
Tatlısəs Bodrumda belə dincəlir - FOTO
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
- ŞƏRHLƏR