Ro-Xe-Sa (Redaktor)
Hamı kimi mənim də mənfi və müsbət cəhətim var. İlk öncə mənfidən danışım. Mən bunları mənfi sayıram: küsəyənəm, tez özümdən çıxanam (çox vaxt da özümdə olur səhv), yox deməyi həmişə bacarmıram (uşaqlar məni yoldan çıxarıb hər şey aldırırlar özlərinə), öz işi üçün kiməsə əyilən insanları heç sevmirəm, barışmaq üçün ilk addım atmağı bacarmıram (məndən böyük bacım və ya qardaşım olsa belə, yoldaşıma da ki heç də ). O qədər mənfi cəhət yazdım ki, heç müsbət cəhətimə yer saxlamadım (Məşədi İbad demişkən, mənim eybim varsa da o da mənim eyibsizliyimdir). Müsbət cəhətim odur ki, hamı ilə tez dil tapanam (mən biləni). Məncə, müsbət xarakterimi basqa adamlar tez hiss edər, onların deməsi düzgün olar.
Xəyalə Murad (Redaktor)
Hər kəsin mənfi və müsbət çəhəti vardır. Xarakter formalaşanda insan özündən aslı olmayaraq bu cəhətlərin təsirində böyüyür. Onlar bizim həyatımıza ciddi təsir etməyə başlayır. Mənfi cəhət hesab etdiyimizi sizlərdən biriniz müsbət kimi görə bilərsiniz. Ona görə də hər kəs özü üçün, öz dünyası üçün mənfiləri və müsbətləri ayırır. Şəxsən mənim mənfi cəhətim budur ki, müsbət cəhətim yoxdur. Bu mənim özümə görə belədir. Başqasının mənim haqqımda nə düşündüyünü bilə bilmərəm. Əsas odur ki, bir ədəd müsbət cəhətə sahib deyiləm. Mənfilərim isə sonsuzdur. Yalnız ən önəmlilərini yazmalıyam: Kinliyəm, sərtəm, bir dəfə mənə qarşı səhv edəni ikinci dəfə bağışlamıram...
Gulsen29 (Redaktor)
Düşünürəm ki, qüsursuz insan yoxdur. Müsbət cəhətlərin çoxdursa mənfi cəhətlər gözə görünmür. Müsbət cəhətlərim qədər mənfi cəhətlərim də var. Müsbət cəhət onu deyə bilərəm ki, səmimiyəm, qarşımdaki insanı incitməməyə çalışıram. Ancaq məni incidən insanı bağışlamıram, qəlbim tez qırılır və s. Şərt bu deyil ki müsbət cəhətlərini biləsən, əsas odur ki, mənfi cəhətlərini biləsən. Bir də onu qeyd edim ki, bu cəhətlər heç vaxt dəyişmir.
GulenaY (İstifadəçi)
Ümumiyyətlə, müsbət cəhətim yoxdu, bu şablon olsa da hər şablonluqda bir reallıq var. Mənfi cəhətlərim o qədərdi ki, bir neçə kitab yazıb kitabxana da aça bilərəm öz adıma. Demək başlayaq: eqoistəm, tez küsürəm, gec barışıram, kinliyəm, heç zaman birinci addım atmıram, bir az paxıllığım da var, kobudam, kimsə özünü mənim yanımda ağıllı, ideal göstərəndə içimdə gülürəm ona və həmin insanın bir səhvin axtarıram ki fürsətdən istifadə edib onu gözdən salım, asanlıqla gözdən salmağı bacarıram. Mənim üçün ideal tək varlıq ALLAHDIR! Əsəb heç - orqanimimizin vacib üzvünə çevrilib, əsəbə söz ola bilməz, 3 dəfə narkoz alan adamdan sakitçilik gözləmək olmaz. Sözü üzə deyənəm deyə çox adam məni sevmir. Mən bir insanı tanımadıqda, qıraqdan gülərüzlüyün görəndə əvvəl çoox istəyirəm, sonra özümə qarşı adi bir şeyi görəndə tez soyuyuram və hətta nifrətə də çevrilir. Tanımadığım biri üzümə güləndə tez üzüm gedir əldən, mən də gülürəm və içimdə 1-2 sıxıntını açıb danışıram, 1-2 ay keçir, həmin insanın əsl simasını tanıyandan sonra özümə deyirəm, ay qız dilini saxla daaaa. Çox kövrəyəm. Dilliyəm, heç kimə etibar etmirəm. Etirafı sevirəm, qaynanamı sevmirəm. Vaxtı gələndə onun da iynəsini-dibazolunu vuracam. Bax belə pis insanam. Təşəkkürlər bu mövzuda mənə də yer ayırdığın üçün.
Ayten (İstifadəçi)
Mənim mənfi xasiyyətim odur ki, tez ağlayan və hər şeyi ürəyimə salanam. Müsbət xasiyyətim isə kimliyindən asılı olmayaraq küsüm və tez unuduram, küsülü qalmağı bacarmıram, hətta səhv özümdə olmasa da.
Naile (İstifadəçi)
Mənfi müsbətim odur ki, istəyirəm həmişə mən deyən olsun, kaprizliyəm, əsəbiyəm, müsbət isə nə bilim...Bilirəm ki istəsəm də pislik edə bilmirəm.
Bayramova Leman (İstifadəçi)
Müsbət cəhətim hər zaman daha yaxşı olmağa (hər şeydə) can atmışam. Insan istədikdən və çalışdıqdan sonra edə bilməyəcəyi heç nə yoxdur prinsipi ilə yaşayıram. Mənfi isə təəssüf ki istədiklərimi edə bilmək üçün yetərincə iradə və əzm göstərə bilmirəm, tənbələm yəni.
Balim (İstifadəçi)
Çox adamın dediyi kimi bu həyatda ideal insan yoxdur. Nə qədər çalışsaq da səhv etmədən yaşaya bilmərik. Məncə səhv etməsək həyatı yaşamağın bir mənası olmaz. Mənim mənfi cəhətim odur ki, tez küsəyən, səbrsizəm, özümə inamım yoxdur,insanlarla münasibət qurmağı bacarmıram, gözləyirəm ki onlar məni danışdırsın. Əsəbiyəm, tez özümdən çıxıram. Müsbət cəhətim odur ki kinli deyiləm, tez barışanam, insanları sevindirməyi çox xoşlayıram, istəyirəm ki, onların ehtiyacı olan bir şeyi alım, onu sevindirim. Mənim fikrimcə mən çox çətin adamam. ALLAH hamıya səbir versin. AMIN.
memmedli nermin (İstifadəçi)
Özüm haqda onu deyə bilərəm ki, mənfi cəhətlərimdən başlasaq 1-ci və ən başlıcası çox-çox, lap çox əsəbiyəm, özümdən tez çıxıram, bir insandan küsdüm onunla barışmıram. Yox əgər incidimsə, birincisi barışıram, amma birinci addımı mən etmirəm, bəzi hallarda baxır kimə, yəni xoşlamadığım adama qarşı çox kinliyəm, hərdən olur ki səhvən insanlara inanıram, amma indi 99 faiz düzəlmişəm, inanmıram. Müsbət cəhətlərim də ki çox-çox lap çox zarafatcılam, yaxşı rəfiqəyəm, sirr saxlamağı bacarıram heç müstəntiq belə məndön soz ala bilməz, sözünün yerini bilməyənlərə hər zaman (2-3 qonşumuz var yeni) gözəl məsləhətlər verirəm, istədiyim insanlara qarşı ürəyi açıqam, qonaqpərvərəm, ən əsas da ailəmdə xoşbəxt bir xanımam və öz ailəsini övladlarını sevən bir anayam.
Jealousy (Mirvari)
Mən təbiətcə sakit insanam. Çox səsli-küylü, qarışıq yerlərdə olanda tez yoruluram. Müsbət cəhətlərimi yazsam özümü tərifləmək kimi çıxar. Qoy bunu məni tanıyanlar desin. Mənfi cəhətlərim isə tez özümdən çıxmağım və qısqanclığımdır. Bu iki xüsusiyyətimi heç sevmirəm.
Gozellik ilahesi(Sapfir)
İnsanın öz müsbət cəhətləri haqda bəhs etməsi bir az qəribə səslənir. Amma qəribə səslənsə də deyəcəm. Çox mehriban, şirin, həssas, nazlı və ailəcanlıyam. Mənfi cəhətim əliaçığam, bədxərcəm. Belə olmasını heç istəmirəm, qətiyyən. Mənim hörmətimə layiq olana da olmayana da həmişə can yandırıram, yüksək qiymətləndirməyə çalışıram. Bu xüsusiyyətimi tərgidim deyə mütəmadi olaraq müdriklərin kəlamlarını oxuyuram: "Qəpik manat əmələ gətirir", "Dirhəmi yığ cəm elə" və s. Amma hələ ki bir nəticə yoxdur, bədxərclik prosesi davam edir.
totuwun mamasi (İstifadəçi)
İnsanın özü haqda danışması bir az yox yetərincə çətindi, əsas da müsbət cəhətlərini deyəndə və yaxud da yazanda. Belə başlayım- əsas mənfi cəhətim səbirsiz və əsəbiyəm, əsəbləşəndə valideynimə də loru dildə yazsam çığırıram və sonra olduqca peşman oluram, elə başa düşürəm ki, ALLAH mənim qəlbən necə peşman olub, acı çəkdiyimi bilib mənim günahımı bağışlayır. Şübhəsiz O qəlbləri oxuyandır. İnsanlarla ünsiyyətdə olanda, nəsə bir səhv danışanda onu həmin insanın üzünə vura bilmirəm, yalandan da olsa deyirəm hə hə, bu cəhətimdən lap zəhləm gedir də...Müsbət cəhətlərimə gəldikdə isə özümün sevdiyim cəhətim budur ki, insanlara tez inanmıram, amma gec inanıb yanıldığım da olub. Qəlbi təmiz biriyəm, pislik heç vaxt əlimdən gəlməyib, daim çalışmışam və can atmışam ki, kiməsə yaxşılıq edim, kiminsə işinə yarayım.
Titi (İstifadəçi)
Müsbət cəhətlərimi qeyd edərkən ətrafımdakıların mənim haqqımda dediklərini yazacam. Deyilənə görə mən yaxşı insanam (Tərifə baxın eee). Tez ünsiyyət qururam, səmimi və mehribanam. Nə olursa olsun həmişə yaxşı tərəfini düşünürəm, çox optimistəm. Özümdən çox ətrafımdakıları düşünürəm. Bilmirəm bu yaxşı xüsusiyyətdir yoxsa yox, kiminsə qəlbinə dəyməkdən çox qorxuram. Çox zaman qarşımdakının könlü xoş olsun deye öz sevincimdən belə keçirəm. Amma bele olmaq da çox yaxşı deyil, istifadə edirlər. Bacardığım qədər hamıya kömək etməyə çalışıram. Təvazökarlıqdan uzaq olmasın, hətta bir neçə dəfə qrup yoldaşlarım qiymət alsın deyə öz qiymətimin aşağı salınmasına belə razı olmuşam. Çox səbirliyəm, qarşımdakını sona kimi dinləməyi bacarıram. 4 il bir yerdə oxuduğum qrup yoldaşım universiteti qurtaranda mənə dedi ki, görəsən sən nə vaxtsa hirslənmisən?! Hirslənsəm də bunu biruzə vermirəm. Ən müsbət xüsusiyyətlərimdən biri isə məsuliyyətli olmağımdı. Vayy deyesen özümü çox təriflədim. Mənfi xüsusiyyətlərim də az deyil. Hər şeydən öncə deyim ki, çox tərsəm. Düzdür, bu hal çox vaxt baş vermir, amma necə deyərlər, tərsliyim tutdu, qurtardı. Xoş sözlə mənə istədiyini etdirmək olar, amma əksimə getdinsə, öldürsən də etməyəcəm. Mənfi xüüsusiyyətlərimdən biri tez inanmağımdı, tez aldanıram. Özümdə heç sevmədiyim xüsusiyyət isə qətiyyətsiz olmağımdı, qərar verməkdə çox çətinlik çəkirəm. Hər şeyi tez ürəyimə salıram, hətta yolda çox qoca, dilənçi, və ya şikəst adam görəndə evdə saatlarla onun barəsində düşünürəm. Bu qədər, yadıma düşənləri yazdım. Sonda hər birinizə gözəl xarakter arzulayıram...
Ruhəngiz (İstifadəçi)
Hamı kimi mənim də müsbət və mənfi cəhətlərim var. Mənfi odur ki tez küsürəm, hər xırda sözdən belə inciyirəm, hamıya özüm kimi inanıram sonda da əziyyətini çəkirəm, bir qərar verməkdə çətinlik çəkirəm. Zarafatı heç sevmirəm. Etdiyim yaxşılığı başa düşüb qiymət verilməsini görməyəndə tez əsəbləşirəm. Bu yaxşılığı başa vurmaq deyil, sadəcə olaraq düzgün başa düşülməsini istəyirəm. Göz yaşlarım ovcumdadır, çox kövrəyəm. Naşükürlük olmasın həyatımdan bəzən bezib özümə ölüm arzulayıram. Müsbət cəhətim də odur ki nə qədər pislik görsəm də yeni yaxşılıq edirəm, hamıya lazımı qədər əl tutub, kömək etmək istəyirəm, çalışıram bayram və ya adi gündə hamını bacardığım qədər təbrik edib sevindirim.
SUZI (İstifadəçi)
Mənfi cəhətimlərim: tez əsəbləşirəm, ucadan danışıram, tez küsürəm. Müsbət cəhətim həyatsevərəm, gülməyi, danışmağı çox sevirəm, insanları sevirəm, onlarla münasibət qurmağı bacarıram.
angela (İstifadəçi)
Mənfi cəhətim cüzi bir şey tez xətrimə dəyə bilər. Tez küsənəm, tez ağlayıram, yuxudan heç doymuram, kimə qarşı nəsə fikrim olsa üzünə deyirəm (xətirlərinə dəysə də). Müsbət cəhətim isə pozitiv insanam, deyib gülməyi sevirəm, sadəyəm, səmimiyəm, yaxşılığı heç vaxt itirmirəm.
Sumeyya Musevi (Yaqut)
Bələ edək, mən ümumi xasiyyətimdəki cəhətləri sadalayım. Hansı mənfi, hansı müsbət onu siz qərar verin. Hər şeyə tez reaksiya verirəm. Tez özümdən çıxıram. Hərdən deyingən də oluram. Amma haqqına deyinirəm e həmişə, sadəcə bir az normadan çox olur. İnsanlarla çətin ünsiyyətə girirəm. Çox nadir kimləsə içdən hər şeyi bölüşə bilirəm. İnsana dəyər verərkən özümü belə unuduram. Amma çox vaxt da həmin dəyərli sandığım insanlardan mənəvi zərbə alıram və aldığim zərbələrdən özümə pay götürmürəm. Həmin insanın nəsə çətinliyi olarsa və ya işi düşərsə, bütün incikliklər çəkilir kənara. Bunu özümdə bir növ ağılsızlıq kimi görürəm. Amma neyniyim, ayrı cür olmağı bacarmıram.
Mahira (İstifadəçi)
Əvvəla bu gözəl mövzuda mənə də yer ayırdığınız üçün sizə təşəkkürümü bildirirəm. İlk öncə müsbətlərimi yazım, çünki deyəsən mənfi cəhətlərim müsbət cəhətlərimdən çoxdur. Müsbət cəhətim odur ki, çox ailəcanlıyam, ailəmə həqiqətən də bağlı biriyəm. Ürəyiaçıqam, kövrəyəm, hətta biri mənə pislik etsə belə, bir müddət sonra o insanı bağışlayaram, düzdür, əslində bu mənfi xüsusiyyətdir, çünki insanları tanımaq lazımdır. Neynəyim, mən də belə bədbəxtəm dəə. Yuxarıda sadaladıqlarım təvəzökarlıqdan uzaq da olsa ətrafımdakı insanlar mənə deyirlər beləsən sən. Gələk mənfi xüsusiyyətlərimə-oy oy çox deyingənəm, yoldaşım arada deyir diş ağrısısan, bizdə mama da deyingən olub, indi deyir mən sənin yaşında belə deyildim mənə lağ edirsən. Adi cüzi şeyə belə deyinirəm, niyə bu yerində deyil, niyə bunu burdan götürüb bura qoymadın. Dəhşət təmizkarlığı sevənəm, bir sözlə manyakam, amma istəməzdim bu xasiyyət məndə olsun, bu da yəqin ki ailəmdə, gözümü açdığım mühitdə belə görmüşəm artıq. Hər şeyə təmizliklə yanaşıram. Ən pis xasiyyətim isə odur ki, (heç istəməzdim olsun, amma neynəyim ki, düzəldə bilmirəm bu xasiyyətimi) çox möhkəm danışıram, söz kəsirəm, bir də dəhşət çox danışıram, nənəm deyərdi mənə gönü qalınsan. Deyirdim ərə gələrəm, bu xasiyyətimi dəyişərəm (möhkəm danışmağımı) amma gəlin ocağa çəkər düz deyib atalarımız. Bütün bunlarla yanaşı çox, çox gözəl ailəm var, mənim hər kaprizimə, çətinliyimə dözən, məni sevən yoldaşım var, buna görə ona minnətdaram və bütün mənfi xüsusiyyətlərimə göz yuman gözəl çevrəm var.
XƏBƏR LENTİ
Fitnes ulduzlarının da qarnı olur
Sürücülərə müjdə: az qaldı
Gül, axı xəstəsən!
"Cinayət və Cəza" əsərinin cizgi filmini çəkdi
Maskalar və gözəllik sirləri (I hissə)
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
Dərini qidalandıran maska
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
Türkiyədə "Qarabağ" adlı klub yaradıldı
"Kanal S"in 5 yaşı tamam olur
İlin ən ağır günü
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Cenniferin yeni filminin trelyeri yayımlandı
Qarın əridən qidalar - SİYAHI
Qızılın qiyməti artacaq
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Düşmən hərbçilərimizi iriçaplı pulemyotlardan və snayperlə atəşə tutdu
Yeni il üçün manikür modelləri
Ev şəraitində gözəlləş!
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
Elnur Hüseynov birinci oldu
Tibbi sığortaya az qaldı
Nazirlik işçilərinin maaşını niyə kəsir?
Arıqladan cəfəri suyu
Havalandırma sistemləri koronavirusa yoluxmanı artırır - RƏSMİ
Turistlərlə kobud rəftar edən ölkələrin adı açıqlanıb
"Dünyanın ən gözəl ombası" seçildi - FOTO
Leyla Əliyevanın rəsmləri Kiril İstominin sərgisində nümayiş etdirilir
Sabahın HAVAsı
Uşaqları müsbət davranışlara necə alışdırmalı?
Bu malları alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Özcan Denizin xanımı gözəlliyi ilə diqqət çəkdi-FOTO
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Arzularını gerçəkləşdirən yaşlılar
Seda Sayan 7-ci dəfə ərə gedəcəkmi?
Yaponlar niyə kökəlmir?
Keçədən kuklalar (özün düzəlt)
Ziyafət üçün geyim kombinləri
Tarixdə ilk: Qadınlar açıq kosmosa çıxır
Arı sancması üçün təbii üsullar
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Burcu Esmersoyun keçmiş əri Onunla görüntüləndi-FOTO
İlin ilk Günəş tutulması oldu
Məhkumluğu olan sürücülərin işi ilə bağlı RƏSMİ AÇIQLAMA
Valideynlərə təcili kömək -6
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsinə start verilib - FOTO
Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA
Koronavirusun əsas əlamətləri açıqlandı
Hindusların Divalisi başlandı
- ŞƏRHLƏR