Sonay Quluzadə(Redaktor)
Özümdə ən çox önəm verdiyim müsbət xasiyyət, işimdə məsuliyyətli və dəqiq biri olmağımdır. Mənfi cəhətlərim: of, bir anamdan soruşsanız, nəticə çıxaracaqsınız ki, heç mənim müsbət xasiyyətim yoxdur ki, mən başdan ayağa mənfiyəm, hətta qan qrupum belə. Özümün heç sevmədiyim və hələ də özümü tərbiyə etməyə çalışdığıma baxmayaraq, nəticə əldə edə bilmədiyim mənfi cəhətim səbrsizliyimdir. Mən çox səbrsizəm. Bir də mən sevdiklərimi heç kəslə bölüşə bilmirəm, lap bacı-qardaşı, övladı olsa belə.Elə bilirəm ki, o ancaq mənə aiddir. Başqaları da var, elə bunlar ağlıma gəldi, onları da yazdım. İdeal bir qadın deyiləm, heç bilmirəm ki, üstünlük hansı cəhətlərimdədir, mənfilərdə, yoxsa müsbətlərdə.
Pərvanə Əliyeva (İstifadəçi)
Mənfi cəhətim:kimisə sevmirəmsə, o adamı görsəm hisslərimi gizlədə bilmirəm,həmən dəqiqə hiss elətdirirəm o insana ki, səni sevmirəm.Tez- tez küsürəm.Bu cəhətimi heç sevmirəm və tərgidə bilmirəm.Müsbət cəhətim isə ürəyim çox təmizdir.Küsdüyüm insanı tez bağışlayıram.Ehtiyacı olan insana yardım edirəm.Çox sadəyəm.Hec kəsin indiyə kimi qəlbinə dəyməmişəm.Qarderobumda yaxınlarımın nə isə xoşuna gəlsə o şey mənim üçün dəyərli olsa belə, onu gözü bağlı o adama bağışlayaram.Nə bilim, özümü çox təriflədim deyəsən.Ən acı kəlməm: "can sənə qurban olaram".
Ləman (Mirvari)
Mənə görə mənim heç bir yaxşı cəhətim yoxdur, mənfi cəhətim isə çoxdur.Tez əsəbiləşirəm,ən çox evdəkilərin qəlbinə dəyirəm.Bunun pis olduğunu, günah olduğunu bilirəm.Amma özümdən asılı olmayaraq qəlb qırıram.Bu pis xasiyyətimin məndən uzaq olmasını çox istərdim.
Ellada Babayeva(İstifadəçi)
Mənim mənfi cəhətim: çox deyingənəm.Deyinməklə əsəbimi sakitləşdirirəm.Bacımın dediyinə görə ifrat dərəcədəyəm.Müsbət cəhətim haqda heç nə deyə bilmərəm, məni tanıyanlar bunu deyə bilər.Təbii hər bir insanın müsbət və mənfi cəhəti var.Eləcə də mənim.Amma məndən bu barədə soruşanda ancaq mənfiləri deyirəm.Müsbət cəhətim: yardım etməyi sevirəm.
в™ЎMubariz və mənв™Ў(İstifadəçi)
Mənim mənfi cəhətim:çox səbirsizəm,tez hirslənirəm,kiməsə sevdiyimi göstərə bilmirəm,insanı acılayıram.Amma çox tez peşman oluram.Küsəyənəm,özümü tənha hiss edirəm.Mənim müsbət cəhətim;ürək-dirək verməyi bacarıram,uşaqları sevirəm,sirr saxlamağı bacarıram.Nə olur olsun həmişə sözün düzünü deyirəm.Zarafatcılam,şirindiləm,mehribanam.Paxıl deyiləm.Ən vacibi isə sadəyəm,səmimi və açıq ürəkliyəm.Hər kəsi başa düşənəm,kimin qəlbini qırsam da barışmağa üz qoyuram və özüm barışıram.(Bağışlayanam kinli deyiləm).
a.angel(İstifadəçi)
Mənfi cəhətlərim məncə çoxdur:küsəyənəm,tez inciyirəm,bir az tənbələm,tez ağlayıram,çox danışıram.Bunlar hələ yadıma düşənlərdi. Müsbət cəhətim:kinli deyiləm,tez barışıram,zarafatcılam,deyib-gülənəm,qonaq qəbul etməyi,qonaq getməyi xoşlayıram.
... mavi gulum...(İstifadəçi)
Mənim mənfi cəhətim; mən çox qəlbi qara insanam .Əgər bir şeydən şubhələndimsə, düz olmasa belə yenə də ürəyimdə kin qalır.Hər gün bir fikrə qulluq edirəm.1 dəqiqə bundan əvvəl dediyim şeyə riayət etmirəm.Hər deyilən sözə inanıram.
Müsbət cəhətim; heç vaxt, heç kimlə küsülü qala bilmirəm.Mənim ən çox küsülü qalmağım 15 dəqiqə çəkir.Həmişə əhvalım pozitivdir.Əgər qəlbimə dəyiblərsə onu unuduram və heç vaxt üzünə vurmuram.Yəni her şeyi tez unudub, tez bağışlayıram. Qısaca bu ətrafımdakı insanlar üçün müsbət cəhətdi, ancaq mənim özüm üçün mənfi.Mən də küsülü qalmağı çox istərdim,ancaq bacarmıram.
Mənfi cəhətlərim odur ki, çox kompleksli insanam.Lazım olmayan şeylərdən utanıram, sıxılıram.Özümə qarşı tənbələm.Tez küsürəm, tez də barışıram.Özümdən tez çıxıram.Bu məncə pis cəhətdi.Səbrsizəm.Müsbət cəhətim: çox səmimiyəm, hamıya tez inanıram. Mehribanam.Əlimdən hər iş gəlir.Özüm musiqiçiyəm,piano ifa edirəm.Toxumağı çox yaxşı bacarıram.Şallar, jaketlər, şərflər toxuyuram.Dadli yemək bişirirəm.
Kamailba(Yaqut)
Özümdə bəyənmədiyim cəhətlər çoxdur.İlk olaraq çox aqressivəm.Adi bir söz mənim kefimi rahatlıqla poza bilər.Ancaq bu aqressivliyimi heç kimə biruzə vermirəm.Sadəcə özlüyümdə içimə salıb düşünürəm.Daha sonra çox danınşmağı xoşlamıram.Bu da mənim mənfi cəhətimdir məncə.Yoldaşımın qohumları hər zaman qaynanama deyirlər ki, bu gəlin niyə belə sakitdir heç danışmır.Amma nə etməli? Bu mənim xarakterimdir. İstədiyim insan əgər xətrimə möhkəm dəyərsə, o insana qarşı çox kinli oluram.Özüm də istəmirəm kinli olum. Mənfi cəhətim: tanımadığım adamın mənlə zarafat etməsini qəbul edə bilmirəm.
Bir də var ki, kimsəyə inananda bütünlüklə inanıram,bu isə... bəzən pis nəticə verir.Sonda məyus oluram.Müsbət cəhətim odur ki, ailəmi çox dəyərləndirirəm.Ana kimi çox məsuliyyətliyəm.Uşağımı vaxtında yedizdirib, yatızdırmalıyam.Kim məndən kömək istəsə heç bir vaxt yox demərəm.Bacardığım qədər həmin insana köməklik edə bilərəm.Böyük, kiçik yerini bilənəm.Yaxşılıqları heç zaman unutmuram. Dostluğu xoşlayıram, xəyanəti bağışlamıram. Sadəliyim elə mənim müsbət olmağım deməkdir.
Sabina87(İstifadəçi)
Mənfim o qədərdir ki, yazsam qurtarmaz. Özümdə sevmədiyim xasiyyət: tez hirslənirəm, bir də hər şeyi ürəyimə salıram.O da özümə ziyandı.Müsbət xasiyyətim isə səbirli və hər şeyə dözənəm.
Müsbət cəhətim: hamıya tez inanıram, hamını özüm kimi bilrəm.Mənfi cəhətim: tez əsəbləşirəm.Sözümü deyirəm, sonra peşman oluram.
Elişqam(İstifadəçi)
Müsbət cəhətim odur ki, tez dostlaşıram.Hər kəsə inanıram.Mənfi cəhətim də odur ki, tez küsürəm.
Gulay Əliyeva(İstifadəçi)
Mənfi cəhətim:küsəyənəm,hər şeyi tez ürəyimə salıram.Adi bir şeyə tez pis olub ağlayıram.Müsbət cəhətim: səmimiyəm,ürəyim yanandı(nəyəsə və ya kiməsə),paxıl deyiləm,yaxşılıq etməyi sevirəm.(Özümü tərifləmiş kimi çıxmasın).
Gümüş(İstifadəçi)
Mənfi cəhətlərim:qorxağam,təmbələm,qarşımdakı insanı tez əsəbiləşdirirəm.Özüm əsəbləşəndə acıdil oluram.Həmişə harasa tələsirəm və bu da məni narahat edir.Bir azca da deyingənəm.Müsbət cəhətlərim:iradəliyəm.Böyük məsləhətinə qulaq asıram.Dalaşmağı sevmirəm.Çətinliyə düşərkən onu ürəyimdə dərd etmirəm.Başladığım işləri bitirməyə çalışıram.Bir işi ilk dəfədən öyrənirəm.Kin saxlamıram.
B.Xəyalə(İstifadəçi)
Mənfi cəhətim odur ki, səbirsizəm.Müsbət cəhətim isə hamı ilə yola getməyi bacarıram.
XƏBƏR LENTİ
İncə naxışlı gəlinliklər
Məşhur ulduz aşpaza ərə gedir-FOTO
Kölgələri tap
ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı
Hamiləliyin 9-cu ayında nələr olur?
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Zövqlü don modelləri
Noyabrda 3 gün istirahət olacaq
Diş fırçanızı vanna otağında saxlamayın!
Yuxunu qaçıran kölgə
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Prezident və xanımı açılış mərasimində - FOTO
Bu şəhərdə internet pulsuz olacaq
Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay
Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR
Uşaqlara qiraəti sevmək üçün necə kömək etməli?
Kim Çen In həyat yoldaşını edam edib?
Uşaqlar üçün 5D yataq örtükləri
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Adelin günlük qazancı hər kəsi heyrətləndirdi
Azərbaycanlıların Ermənistana qarşı Avropa məhkəməsi
Məşhur aktrisa "UNO" gördüyünü etiraf etdi
Ən populyar dil seçildi
Dünyanın ən qapalı ölkəsi
"Gecə"salatı (foto resept)
Qəlbi titrədən ən qısa hekayələr
Bu gündən Azərbaycanda benzinin qiyməti ucuzlaşır
"Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur"
Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
Məşhur aktyor "Kadın"da
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Cəbhədə atəş səsləri
Fıstıqlı krokan (foto-resept)
Rəğaib gecəsi
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı - VİDEO
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Hava kəskin dəyişəcək, qar yağacaq
Ən çılğın selfilər - FOTO
Məşhur model koronavirusdan qorunmaq üçün meşəyə köçür
Meyvələrin tərkibində hansı vitaminlər var?
Bibər sousu (foto resept)
Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
Jhoot Bole Kauva Kaate
Sadə sinikers tortu(foto resept)
Türk sərhədində erməni təyyarələri
Sənədsiz evlər haqda fərman
iPhone 6 haqda xəbər var
Nə qədər sayt işləyir?
Klaç çanta modelləri
- ŞƏRHLƏR