“Azyaşlı uşaqlar koronavirus daşıyıcısı kimi böyüklər üçün ciddi təhlükə mənbəyidir”.
Qadin.Net bildirir ki, bunu oxu.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib.
O bildirib ki, “Uşaqlar koronavirusa tutulmur” deyə bir fikir yoxdur:
“Böyük insanlara nisbətən uşaqlarda koronavirusa yoluxma halları zamanı ağırlaşmalar və ölüm faktları qeydə alınmır. Bu da onların immun sisteminin güclü olmasından irəli gəlir. Təbii ki, söhbət hər hansı xəstəliyi olmayan, sağlam uşaqlardan gedir. Lakin nəzərə almaq lazımdır ki, koronavirus uşaqlarda heç bir simptom göstərmir. Bu baxımdan uşaqlar koronavirus daşıyıcısı kimi böyüklərə, xüsusən də immun sistemi zəif olan yaşlı insanlara ciddi təhlükə mənbəyidir”.
Pediatr qeyd edib ki, uşaqların nənə-baba, immun sistemi xəstəlikləri olan böyüklərlə ünsiyyətinə icazə vermək olmaz:
“Uşaqlara potensial virus daşıyıcısı kimi baxsaq, onların yaşlı insanlarla ünsiyyətini məhdudlaşdırsaq, biz həm də virusun yayılmasının qarşısını almış olarıq. Ümumi olaraq, koronavirus halsızlıq, yüngül boğaz ağrısı, hərarət ilə müşahidə edilə bilər, amma təəssüf ki, çox az uşaqlarda bu kimi simptomlar hiss olunur. Valideynlər xarici mühitlə təmasda olurlar. Uşaqlara məhz bu yolla virus keçə bilər və heç kim bunu hiss etməz. Bu səbəbdən xarici mühitlə təmasda olan şəxslər azyaşlı uşaqlar olan evə gəlirsə, mütləq şəkildə gigiyenik normalara riayət etməlidir. Böyüklərin əllərini, üzünü, ağız boşluğunu yumadan, əllərini spirtləmədən, əynindəki paltarları dəyişmədən uşaqlara yaxınlaşması məsləhət görülmür”.
“Bəzən insanlar günlərlə evin havasını dəyişmirlər. Düşünürlər ki, virus havadan yoluxur. Bu, yanlış fikirdir. Pəncərəni açıb, evin havasını mütləq şəkildə dəyişmək vacibdir. Koronavirus müəyyən səthlərdən təmas vasitəsilə və xəstə insanlardan iki metrdən yaxın məsafədən keçə bilir. Virus hava vasitəsilə evə girə bilməz”, - deyə G.Rəsulova əlavə edib.
Xatırladaq ki, ölkədə koronavirusa yoluxanların yaş qrupları açıqlanıb. Belə ki, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaşarası 56 nəfər, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

XƏBƏR LENTİ
2013-2014-cü ilin saç modelləri
Doğru saç yumağın incəlikləri
1 aya 4 kiloqram arıqlamaq üçün...
Beverli Hils pəhrizi
Aslı Enver və Özcan Deniz İsrailə getdi
Köhnə köynəyinizi pul xərcləmədən yeniləyin
Sıla aşpaza ərə gedir-FOTO
Onlar xərçəngdən qoruyur
Azərbaycan hərbçisi: “Biz bu yoldan dönməyəcəyik” - VİDEO
Bakı bulvarı Yeni ili necə qarşılayacaq?
Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib
Bakının bazarında qiymətlər üşüyür
İstilərə hazır olun
Qoz qandakı xolesterini aşağı salır
Qırışlar üçün maskalar
Nikol Kidman etirafı ilə təəccübləndirdi-FOTO
Acun İlıcalı sürəti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Onlar qəsdən QİÇS-ə yoluxurlar
Gənc Tamaşaçılar Teatrından daha bir layihə
Limon souslu keks (foto resept)
Sağlam kökəlməyin yolları
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib
Dünyada internet nə vəziyyətdədir?
4 aylıq uşağın ölümdən möcüzəli qurtuluşu
Təyyarə sərnişinləri BUNLARI BİLMƏLİDİR
Çoxuşaqlılığa görə müqavimət alan analar
Çempionlar Liqasında rəqibimiz kim olacaq?
İcra başçısının yeni gənc müavini danışdı
Vulkan oyandı, adanı tərk etdilər
Prezident bir qrup hərbçini “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi
Yuxunun uşaqlara təsiri
Şəkidə yenə zəlzələ oldu
Dünyanın ən varlı adamı 25 illik xanımından BOŞANDI
Bir yerdə idman edək (1)
2021-ci ildə trend olacaq rənglər
Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi VAXT bilindi
Bu avtobuslarda nağd pul işləməyəcək
Uşaqlar üçün yeni planşet
Kondisionersiz avtobuslar xəttə buraxılmayacaq
Sağlam saçlar
“Facebook” istifadəçilərinin nəzərinə
Almaniyanın bu şəhərində cəmi 1 avroya illik ev kirayələmək mümkündür
Burcu Esmersoy Gözəllik sirrini açdı
Çinin nağıllar aləmi
“Kuruluş Osman” final edir?
Gündə 3 fincan qəhvə içənlər…
Türkiyə ilk yerli smartfon istehsal etdi
Gözəgörünməz otel açılıb - Foto.
Balla müalicə üsulları
Saçınızı boyatmazdan əvvəl bilməyiniz lazım olan 10 məqam
