
Çayın təsiretmə gücü onun dəmlənmə müddətindən asılıdır
Bu gün hər birimiz gündəlik həyatımızda çaydan istifadə edirik. Hər birimiz gün ərzində ən azı 4-5 stəkan çay içirik. Mütəxəssislərin fikrincə, çayın təsiretmə gücü onun dəmlənmə müddətindən asılıdır. Çay yarpaqlarında tez həll olunan kafein mövcuddur. Əgər çay 2 dəqiqə müddətinə dəmlənsə, bu, xəbərdarlıqçı təsir edəcək. 5 dəqiqədən daha çox dəmlənən çayda tanik turşular ortaya çıxır və çay sakitləşdirici təsir edir. Çay hər cür həzmsizlik, mədə ağrısı, dəri quruluğu və öskürəyə qarşı xeyirlidir. Çayın tərkibində diş pastası kimi çox sayda florit var.
Çaydakı tanik turşular dişdəki qoruyucu təsiri dəstəkləyir, dişlərin üzərində qoruyucu bir təbəqə meydana gətirir ki, bu da öz növbəsində diş daşı meydana gəlməsnin qarşısını alır.
Çayla duş qəbul etmək infeksiyaları aradan qaldırır və rahatlıq verir. Çaydan göz maskası hazırlandığı təqdirdə gözlərdə qan çəkmə, göz qapaqlarının yorulmasının qarşısını alır. Mütəxəssislər bildirirlər ki, çay qan təzyiqini tənzimləyir və aşağı salır.
Həkim terapevt Məlahət Abbasova Amerika təcrübələrinə əsasən, çayın beyin şişi xəstəliklərinə qarşı da xeyirli olduğunu deyir. Onun sözlərinə görə, hər gün 100 ml qatmasız çay içən hər bir şəxsin beyin şişi olma ehtimalı 35 faiz azalır. "Çayın içində olan poliphenoller xərçəngli hüceyrələrin böyüməsini dayandırır. Çayda tərəvəz və meyvələrdən daha çox antioksidan var. Belə ki, gündə bir stəkan yaşıl çay içmək ağciyər, prostat və mədə xərçənginə tutulma riskini azaldır".
Mütəxəssislər çayın 70 dərəcədən daha isti içilməməsi üçün xəbərdarlıq edir. Belə ki, daha isti çay müəyyən orqanlara zərər verə bilər. Həkim bildirir ki, nizamlı olaraq çay içənlərin immunitet sistemi içməyənlərlə nisbətdə 4-5 qat artıq güclü olur. Çayın içində olan alkilmanin maddəsi bakteriya və parazitlərlə mübarizə aparır. Çay dəri sağlamlığı üçün də xeyirlidir.
Çayın tərkibində olan tritopan amin turşusu gərginlik və yuxusuzluğu aradan qaldırır. Qədərində içilən çay diş çürüməsinin də qarşısını alır. "Sağlam insan gündə 6-7 fincan çay içməlidir. Bu, bədən üçün çox faydalıdır. Çay ürək və damar xəstəliklərindən də qoruyur".
Bir çox araşdırmalar göstərir ki, qara çay infarkt, iflic və kardiyovaskuler problemləri azaldır. Ayrıca damar tıxanmasına maneə törədir və qan təzyiqini salır. Gündə 6 stəkan qara çay içmək infeksiyalara və yarana biləcək şişlərə qarşı təsirlidir. Çayın tərkibində maqnezium, manqan, C və K vitaminləri var.
ABŞ mütəxəssislərinin fikrincə, çay saçlara, gözlərə, ağız və ayaq qoxusuna da xeyirlidir. Əgər ayaqlar iy verirsə, 10 gün çay vannası qəbul etmək qoxunu aradan qaldıracaq. Dəriniz yağlıdırsa, duşdan çıxmamışdan öncə bir çaydan çay ilə bədəninizi ovuşdurun, bu, balzam təsirini göstərəcək. Əliniz balıq və ya soğan iyi verirsə, əlinizi dəmli çayla yuyun.
M.Abbasova bildirir ki, köklər, ürək, sinir, mədə və qaraciyər xəstələri, revmatizmdən şikayət edənlər, böyrəklərində qum və ya daş olanlar, yüksək təzyiqdən şikayətlənənlər, artımı və ya albomini çox olanlar, mümkün olduğu qədər az çay içməlidir. Çay yeməkən 1-2 saat əvvəl və ya sonra, şəkərsiz, ya da az şəkərli, gündə ən çox 5-6 stəkan və açıq rəngli içilməlidir. Çay həddən artıq çox içildiyi təqdirdə qansızlığa, dəmir əskikliyinə, damar sərtliyinə, əsəbiliyə, gərginliyə və yuxusuzluğa səbəb olur. Yemək yeyə-yeyə çay içmək həzmi çətinləşdirir. Yeməkdən sonra da çay içmək olmaz, çünki bu, mədə əzələlərinin gərilməsinə gətirib çıxarar. Yeməkdən dərhal sonra içilən çay qan azlığına səbəb olur. Şüursuz şəkildə çay içmək qansızlıq, dəmir əskikliyi, damar sərtliyi, əsəbilik, gərginlik və yuxusuzluğa səbəb olmaqla yanaşı mədə turşu ifrazatını artıraraq qastrit və xora yaradır.
Çay qədərində içildiyi zaman bir çox xəstəliyə qarşı əhəmiyyətli bir dərmandır. Çay içmək dərinin daha canlı və parlaq görünməsini təmin edir, sonsuzluğun qarşısnı alır, həzm sistemini stabilləşdirir, qandakı laxtalanmanı və iltihablaşmanı aradan qaldırır, xolesterol və təzyiqi aşağı salır, diş çürümələrinə qarşı qoruyucu təsiri var.
Həkim onu da bildirib ki, suyu qaynadarkən diqqətli olmaq lazımdır. Son zamanlar ketllərdən istifadə etmək, suyu 5 dəqiqəyə qaynatma üsulu demək olar ki, dəb halını alıb. "Su birdən-birə o dərəcədə qaynayan zaman tərkibində olan vitamin və mineralları itirir. Bu səbəbdən də sağlam olmaq üçün normal odda qaynadılmış suyun çayını içmək lazımdır".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İlin ən səs-küylü ayrılıqları - FOTO
Rahat ev geyimləri
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Məşhur aparıcı FOTOsuna görə tənqid olundu
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Nürgül Yeşilçay TOY üçün oğlunun razılığını aldı
Yür kürəsi partlaya bilər
“McDonald’s”ın qadağan olunduğu 8 ölkə
Kartoflu keks (foto-resept)
Saç düzümləri
“Eyni anda min qadın sevə bilərəm!” - Nejat İşlər
Prezident: “Ermənistanın sabiq müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır”
Əhalinin gəlirləri artıb
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
İrina Şeyk yeni FOTO paylaşdı
2013-cü ilin saç modelləri
Demet Özdemir İlk Dəfə ETİRAF etdi-FOTO
Xoşbəxtlik üçün azərbaycanlıya nə qədər pul çatar?
Sürücülərə XƏBƏRDARLIQ: "Ayaq tərləyir və sürüşür"
Bakıda bütün taksi qiymətləri eyni olacaq - VİDEO
Tərəvəzləriniz uzun ömürlü olsun
Laçın rayonunun işğaldan azad olunan Güləbürd kəndi - VİDEO
Möhtəşəm ziyafət ayaqqabıları
Azərbaycanımızın şəhər və rayonları
Yolunuz açıq olsun
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
"Atletiko" növbəti mövsüm dağılacaq?
Nazirlik: "192 tələbə kollec, 960 tələbə ali məktəblərə köçürülmək üçün qeydiyyatdan keçib"
Psixi sağlamlıq üçün 8 qayda
İtalyan üsulu çiyələkli keks (foto resept)
Just for girls
"Fəzailət xanım və qızları" məhkəməlik oldu-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gözaltındakı torbalardan necə xilas olmalı?
Yaşlanmanı gecikdirən bəsit üsul
Rayonlara getməyə cəhd edənlər geri qaytarılacaq - AÇIQLAMA
Çörək alarkən nəyə diqqət etməli?
Azərbaycanda yeni rəqəmsal televiziya brendi yaranacaq
Seda Sayandan qəribə etiraf
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 396 yeni yoluxma
Bazarlara nübar meyvələr çıxıb: qiymətlər dağ başında - FOTO
131-ci arvadı almağa ömür "vəfa" etmədi
Türkiyə HHQ-nin nümayəndələri Gəncə şəhərinə gəlib - VİDEO
Avropa Oyunlarında ilk medalımızı qazandıq
Ölkənin ən gözəl tələbəsi seçildi - FOTO
Bakı-Balakən sərnişin qatari yeni tərkibdə xəttə çıxacaq
İtaliyada bütün məktəb və universitetlər bağlandı
"You-Tube" ilə bağlı inanılmaz qərar
Bakıda bayram namazı qılınır
Pendirli "düşbərə" (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]