Yayda insanların çoxu mövsümə uyğun olaraq, daban hissəsi açıq ayaqqabılar, barmaqarası tərlik ("vyetnamka"), çəkələk geyməyə üstünlük verir. Bəzi sürücülər isə, hətta avtomobili də yay ayaqqabıları geyərək idarə edirlər.
Mütəxəssislərə görə, belə ayaq geyimləri qəzaların baş vermə riskini artırır. Qanunvericilikdə ayaq geyimi ilə bağlı heç bir qadağa olmasa da, Dövlət Yol Polisi sürücülərə tövsiyə edir ki, avtomobil idarə edən zaman rahat, qapalı ayaqqabılara üstünlük versinlər.
Milli.Az xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sputnik-ə açıqlamasında bildirib ki, DYP sürücülərə nəqliyyat vasitəsini dabanı açıq ayaqqabılarla idarə etməməyi tövsiyə edir:
"Nəqliyyat vasitəsini ayaqyalın idarə etmək də təhlükə yaradır. Çünki sürücünün özünün də xəbəri olmadan ayağının altında kiçik daş qırığı, şüşə qırığı qala bilər. Həmin qırıntı pedalla ayağın altı arasında qalsa, sürücü ekstremal vəziyyətdə əyləci bassa, həmin qırıntı onun ayağına batacaq və sürücü özündən asılı olmayaraq ayağını pedaldan çəkəcək. Bu da qəza vəziyyəti yarada bilər".
K. Əliyevin sözlərinə görə, dabanı açıq ayaqqabılarla nəqliyyat vasitəsi idarə edərkən ayaqqabının hər an ayaqdan çıxma, pedala ilişib qalma ehtimalı artır. DYP-nin sürücülərə tövsiyəsi də bundan irəli gəlir: "Sürücü avtomobil idarə edərkən dabanını yerə dirəyir. Açıq ayaqqabıda sürücü dabanını elə saxlayanda açıq ayaqqabı ayaqdan sürüşür, bu da sürücünün çaşmasına və qəzanın baş verməsinə səbəb ola bilər. Amma konkret olaraq qanunvericilikdə ayaq geyimi ilə bağlı hər-hansı bir qadağa yoxdur. Buna görə də, heç kim cərimə edilə bilməz".
"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlının sözlərinə görə, daban hissəsi açıq ayaqqabılar, "vyetnamkalar", çəkələklər və s. bu kimi ayaqqabılarla avtomobil idarə etməklə bağlı qanunvericilikdə heç bir qadağa yoxdur:
"Amma sükan arxasında olan sürücünün ayaq geyiminin onun çevikliyinə böyük təsiri var. Açıq ayaqqabılarda ayaq sürüşə bilər, müəyyən hərəkətlərə mane ola bilər. Qəza zamanı saniyənin belə böyük hökmü olur. Yəni saniyə içində sürücü ayağı ilə əyləci sıxa bilməsə, qəza baş verəcək. "Vyetnamka"da və çəkələkdə ayaq tərləyir və sürüşür, bu da çevikliyə mane olur".
Ekspert bildirir ki, insanlar təhlükəsizliyi düşünürsə, avtomobil idarə edərkən belə ayaqqabılar geyməməlidir. Muradlı deyir ki, bu tip ayaq geyimləri ilə adətən qadın sürücülər avtomobil idarə edir: "Ümumiyyətlə, alimlər sübut edib ki, qadınlar qəza zamanı gecikir. Bir az bu gecikmə, bir az ayaq geyiminin təsiri qəzanın baş verməsinə səbəb olur. Buna görə də, istər qadın, istərsə də kişi sürücülər avtomobil idarə edərkən qapalı, rahat ayaq geyiminə üstünlük verməlidir".
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Formula-1" Avropa Qran-prisi üçün biletlərinin 65 faizini əcnəbilər aldı
Kolleclərə tələbə qəbulu başladı
Hamilələr ciyər yeyə bilərmi?
Ən qəribə toy adətləri
24 karatlıq tualet kağızı (FOTO)
"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli
Gözəllik tövsiyələri
Ukraynalı model iki ölkəni bir-birinə vurdu
Balaca qız uşaqları üçün çimərlik geyimləri
Astroloq Kazanovadan 2018-ci il üçün - Proqnoz
Bayram gününün HAVAsı
Baldırğan, tərxun və dağ nanəsi
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Keyt Holmsun metro "səyahəti"-FOTO
Snoudendən şok iddia
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
Məşhur müğənni yenidən ana olmağa hazırlaşır
Bilet fırıldaqçılarına qarşı əməliyyat keçirildi
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
Samsung Galaxy Note 8 42 ölkədə satışa çıxarılıb
Stiven Siqal Rusiyada torpaq alacaq
15 iyun Milli Qurtuluş Günüdür
“Azərbaycanda koronavirusun ikinci dalğası başlaya bilər” - XƏBƏRDARLIQ
Gözlərin rənginə görə uyğunluq testi
Yaşadığım möcüzə...
"Milan" inanılmaz qələbə qazandı
Avropanın gerçəkləşən arzusu
Ermənilər üç səfirliyimizə hücum etdi
Yığılan kalorini necə atmaq olar?
Erməni tərəfi cəbhədə növbəti itki verib
Badımcandan bol-bol istifadə edin
COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?
İlham Əliyev: “Yaxın günlərdə Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq”
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Zəngilan rayonunun Genlik kəndinin görüntüləri - VİDEO
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Alimlər yuxu pozğunluğunu tənhalıqla əlaqələndirirlər
Cem Yılmaz prezidentin dəvətini qəbul etmədi-SƏBƏB
NASA-dan XƏBƏRDARLIQ ETDİ
102 yaşında doktor oldu
Bəyaz "Bəyaz Şou"dan danışdı-FOTO
Metroda hamını heyrətləndirən şəkillər
Ən bahalı yataq dəsti
İşıqların rəqsi
Yeni tədris ilində dərslər necə təşkil olunacaq? - VİDEO
Varlıların yeni dəbi
"Survivor" Ersinə ağır itki-FOTO
İşində nömrə bir olmaq istəyənlər oxusun
Gül hörüyü (fotolarla hazırlanması)
Tarkandan xanımının ad gününü bu cür təbrik etdi - FOTO














