
Paytaxt bazarlarında artıq nübar meyvələr satılır. Bunlar əsasən alça və çiyələkdən ibarət olsa da, digər meyvələrə az halda rast gəlmək olar. Həmçinin nübar tərəvəz məhsulları da satışda var. Əməkdaşımız paytaxtın bazarlarına baş çəkib və qiymətlə maraqlanıb. Burada alçanın qiyməti ölçüsündən asılı olaraq dəyişir. Kiçik alçanın stəkanı 1 manatdır və armudu stəkanda satılır. Nisbətən böyük stəkanlarda isə 3 manata təklif edilir. Satıcılar bildirirlər ki, bir müddət əvvəl alçanın bir ədədi 10 manat idi: “İndi ucuzlaşıb, kilosu 16-18 manat edir”. Bazarlarda əsasən göycə alça satılır. Satıcıların sözlərinə görə, kiloqramla alça alan tək hallardadır: “Ona görə stəkanlara töküb satırıq”.
Çiyələyin kiloqramı isə 8 manatdan başlayır. Satışda əsasən Cəlilabad çiyələyidir. Kiçik qablara bölünən çiyələk iki manatdan başlayan qiymətlərlə təklif edilir. İki manata satılan qablarda cəmi iki yüz qram çiyələk qoyulur. Bəzi satıcılar bu çiyələyin gübrə vasitəsilə yetişdirildiyini bildirir və yeyilməsini məsləhət görmürlər.
Bazarda həmçinin qarpız və yemiş də satılır. Kiçik, yarım kiloqram çəkisi olan yemiş 10 manatadır. Satıcı yerli yemiş olduğunu desə də, haradan gətirildiyini söyləməkdə çətinlik çəkir: “Yemiş də yerlidir, çiyələyi Şabrandan gətirmişik, gavalı da yerlidir”. Satıcı üzümün də yerli olduğunu desə də, sonra fikrini dəyişir: “Türkiyənindir”. Gavalının beş ədədi isə 5-6 manata satılır. Qarpızın kiloqramı 4 manat 50 qəpikdir və satışda əsasən 4-5 kiloqramlıq qarpızlardır. Bir neçə satıcı isə deyir ki, hazırda bazarda yerli qarpız-yemiş tapmaq mümkün deyil: “Hamısı xaricdən gətirilir, satıcılar çox zaman aldadır”.
Bazarda təzə kartofun kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədərdir. Lobyanın kiloqramı da 3 manat 50 qəpiyə satılır. Satıcılar nübar meyvələrin satışının elə də yaxşı getmədiyini bildirirlər.

Milli.az
XƏBƏR LENTİ
Bu şagirdlərə attestat verilməyəcək
İrina Şeykin FOTOsu tarixinə görə diqqət çəkdi
XİN rəsmisindən ermənilərin bölgədəki qanunsuz fəaliyyətləri ilə bağlı AÇIQLAMA
Uşaqlar üçün gecə torbası
Huawei Avropada genişlənmək istəyir
Sobada ətli badımcan kababı (foto-resept)
Ulduzların qazancı dodaq uçuqladır-FOTO
Hava haqqında
Sağlam arıqlamaq üçün pəhriz
Türkiyə ermənilərə qarşı bir yumruq kimi birləşdi
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Türkiyədə insanlar özlərinə ən yaxın ölkə kimi Azərbaycanı görürlər
Tramp söz verdi: “Bunu etsəniz...”
“WhatsApp”ın funksiyası “Messenger”ə də gəlir - FOTO
Mozzarella pendirli pizza(foto resept)
Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Dilqəm yenə sınmadı
Kökəlməyə son verin!
Gənc görünmək üçün düyü maskası
Avropa çempionatı bu ölkədə keçiriləcək
Əsası və gələcəyi olmayan iqtidar cəmiyyətlə oynayır
Təyyarədə qadınlar üçün xüsusi oturacaqlar olacaq
Ermənilər işğal altındakı rayonlarımıza qondarma adlar qoyublar
Məhsuldarlıqdan razı, qiymətdən narazı
Demet Akalın Bakıda toyda-FOTO
Fərqli çay içmək istərdinizmi?
TQDK vaxtı artırdı
Ermənilər Qazax və Gədəbəy rayonlarını atəşə tutdular
Millət vəkili: "Maaşlar artırılmalıdır"
Prezident və xanımı ümumxalq şənlikdə iştirak ediblər
Azərbaycanda havanın temperaturu 16 dərəcəyə yüksələcək
Yeni Samsung televizoru şəkilə oxşayır
Sahildə tapılan qəribə canlılar hər kəsi təəccübəndirdi – FOTO
Əfqanıstanda döyüşən Azərbaycan veteranları medalla təltif edildilər
Azərbaycanda ilk
Dünya çempionumuz çətin vəziyyətdə qalıb
Saç düzümləri
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
BlackBerry ucuz smartfon göstərdi
Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın
Təhsillə bağlı yeni sərəncam imzalandı
Xalq qəhrəmanının ölümündən 47 il ötür
İşğaldan azad olunan ərazilərimizdə idarəetmə ilə bağlı VACİB YENİLİK
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
Qaralan qoltuq altı üçün nə etməli?
Sevginizdən istifadə etdiyini göstərən 6 davranış
Luis Hemilton əfsanəvi Şumaxerin rekordunu qırdı
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
5 manata satılan yaşıl yumurta -FOTO
Manat dollar və avroya qarşı zəifləyib















- ŞƏRHLƏR