Liberiyada Ebola virusuna qarşı sərt tədbirlər qarşıdurmalara səbəb olub.ANS PRESS-in məlumatına görə, hökumət paytaxt Monrovianın bir neçə bölgəsində insanların küçələrə çıxmasına qadağa qoyub. Buna etiraz edən yerli sakinlər isə, etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Hərbi qüvvələrin aksiyaya müdaxiləsi qarşıdurmalarla nəticələnib. Hərbiçilər qarşıdurmalar zamanı fəallara atəş açıblar. Nəticədə 4 nəfər yaralanıb. Buna baxmayaraq, müdafiə naziri Brauni Samukai hərbiçilərə atəş əmri vermədiyini deyib.Hökumət virusun qarşısını almaq üçün paytaxtın bir neçə yaşayış sahəsini karantin zonası elan edib. Məlumata görə, təxminən, 50 minə yaxın insan karantin nəzarətinə götürülüb. Ötən gün nazir qohumlarının bölgədən çıxarılması geridə qalan insanların narahatlığını artırıb.Liberiyada indiyə qədər bu xəstəlikdən 570 nəfər dünyasını dəyişib. Qərbi Afrikada, ümumilikdə, ölənləri sayı isə, 1350-yə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib.Virus ilk dəfə 2013-cü ilin dekabr ayında Qvineyada baş qaldırıb. Ölümcül virus əsasən, Qvineya, Liberiya, Siera Leone və Nigeriyada geniş yayılıb.Bir müddət əvvəl virusa yoluxaan Amerikalı səhiyyə işçilərindən xoş xəbər gəlib. Amerikalı həkimlər xəstənin tam sağaldığını bildiriblər. Xəstənin müalicəsində “ZiMəp” adlanan dərmandan istifadə olunub. Corciya ştatında müalicə alan Kent Brentli artıq xəstəxananı da tərk edib. Brentli çıxışı zamanı sağ qalmasını möcüzə adlandırıb.“Mart ayında Qvineyada Ebola virusunun baş qaldırdığını və Liberiyaya yayıldığını öyrəndikdə artıq ən pis vəziyyətə hazır idik. İyun ayına qədər heç bir xəstə qəbul etməmişdik. Lakin ilk xəstəni qəbul etdikdən sonra İyulun 23-ündə səhər yerimdən üzərimdə ağır bir yük varmış kimi oyandım. Ebola virusuna yaxalandığım məlum olduqda isə, həyatım dəyişməyə başladı”Amerikada ilk dəfə meymunlar üzərində sınaqda keçirilən antibiotikin hələ bütün insanlar üzərində eyni təsirə malik ola biləcəyi məlum deyil. Amerikalı həkimlər həmkarlarını ehtiyatlı olmağa çağırıblar.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Venesiya Film Festivalından 4 gözəllik trendi
Məşhur model ananasdan zəhərləndi-FOTO
Sergey Lavrov Qarabağ münaqişəsinin həlli barədə: “Türk tərəfdaşlarımızla birlikdə çalışacağıq"
Dünya Yeni ili necə qarşılayır?
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Millət vəkili: В«Rusiyadan qayıdan azərbaycanlılar işlə təmin olunmalıdırВ»
Ermənistana məxsus PUA vurulub, düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib
Aspirin xərçəngə qarşı vasitədir.
Hansı zövqünüzə uyğundur?
Prezidentdən yeni təyinat
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda
Günün qoroskopu: özünüzə inamı itirməyin
Azərbaycanın ikinci peykinin orbitə buraxılacaq
Davudoğlu: "İŞİD Türkiyə üçün real təhlükəyə çevrilib"
O da hamam xalatında FOTO paylaşdı
Hikmətli sözlər
Üzdəki tükləri təmizləyən 3 üsul
İTV "Eurovision-2019" üçün mahnı qəbulu elan etdi
Duzdan miqdarında istifadə edin
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 19 nəfər vəfat edib
Gökçe Bahadır makiyajsız halı ilə diqqət çəkib-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Şəkil çəkdiyi yerlərdə 30 il sonra yenə şəkil çəkdirdi
Kraldan ayrılan model danışdı-FOTO
Prezident İlham Əliyev avtomobil yolu üçün 3 milyon manat ayırdı
"Tullantıdan incəsənətə" layihəsinin təqdimatı olub
Sibel Canın başına gözlənilməz hadisə gəldi-VİDEO
Günün ulduz falı
Azərbaycanda 4 seysmik stansiya fəaliyyətə başlayıb
Diqqət! Yollar buz bağlayacaq
Robot balıq ixtira edildi-VİDEO
Məşhurlar makiyajsız necə görünür?
2019-un saç trendləri
Arı südünün faydaları
Evdə şokolad (foto resept)
TƏBİB-dən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Möhtəşəm çəkmə modelləri
Dövlət qulluqçuları hər ay testdən keçəcəklər
Kömür lattenin faydaları
Heyva dolması (foto-resept)
Möhtəşəm qonaq otaqları
İlin ən yaxşı avtomobilləri seçilir
Seda Bakan ana olacaq!-FOTO
İdmançımızdan 5 medal: 1 qızıl, 2 gümüş, 2 bürünc
Bir ay əvvəl nişanlanan məşhur cütlük ayrıldı
Tovuzda düşmən təxribatı: Ağdam kəndi atəşə tutuldu - VİDEOREPORTAJ
Öpüşlə keçən xəstəliklər
Bədən formanıza görə hansı cins şalvarı geyinməlisiniz?
40 yaşından yuxarı qadınlar üçün idmanlar
ABŞ-da türk festivalı
- ŞƏRHLƏR