Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ölkə prezidentinin fərmanına əsasən, 2012-ci ildən hal-hazıradək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən respublikanın ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadədə olan I-XI sinif dərsliklərinin (Azərbaycan və rus bölmələri birlikdə: 391 dərslik, 154 müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb. Bakı şəhərində və bölgələrdə dərslik müəlliflərinin iştirakı ilə dərsliklərin açıq müzakirələri keçirilib və bu müzakirələr internet vasitəsilə canlı yayımlanıb.
Müzakirələr zamanı yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-VIII sinif dərslik komplektləri ilə bağlı daha çox irad və təkliflər bildirilib. Müzakirələr nəticəsində məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilmiş tapşırıqların məzmuna uyğunluğu baxımından yekun rəylər hazırlanıb. Yekun rəylər dərsliklərin yeni nəşrlərində nəzərə alınması üçün Təhsil Nazirliyinə göndərilib.
Dərsliklərin hazırlanması qaydalarına görə dərsliklər 4 il müddətində istifadədə olduğundan, rəylərdə göstərilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil. Bunu nəzərə alaraq, müəllimlərə metodiki köməklik baxımından, həmçinin monitorinqin nəticələrinin ictimiayyətə təqdim edilməsi üçün 2013-cü ildə "Dərslik portalı"(http://derslik.edu.az/) yaradılıb. Bütün yekun rəylər portalda (http://derslik.edu.az/monitoring/level4/) yerləşdirilib. Portaldan indiyədək 1275678 dəfə istifadə edilib, 2332 nəfər qeydiyyatdan keçərək dərsliklər haqqında irad və təkliflərini bildiriblər. Müəllimlər dərsliklərin yeni nəşrinə qədər tədris prosesində portaldakı materiallardan istifadə edə bilirlər. Çünki yekun rəylərdə yalnız irad və təkliflər deyil, həm də iradların aradan qaldırılması yolları və düzgün variantları göstərilib. Həmçinin müəllimlər tədris prosesində dərsliklərdə rast gəldikləri uyğunsuzluqlarla bağlı portala suallar ünvanlaya bilirlər. Həmin suallar mütəmadi olaraq dərslik müəllifləri və ekspertlər tərəfindən cavablandırılır, fikir mübadiləsi aparılır.
Komissiyadan qeyd edilib ki, dərslik müəllifləri yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslik komplektlərinə dair yekun rəylərə də mütəmadi olaraq cavab verirlər və onların cavabları portalda yerləşdirilir. Belə ki, bu günlərdə IV sinif dərslik komplektlərinə (2015-ci il nəşri) dair yekun rəylərə müəlliflərin cavabları da portalda yerləşdirilib:
"Müzakirələrdə iştirak edənlərin, yekun rəyləri hazırlayan ekspertlərin və dərslik müəlliflərinin alim, praktik müəllim, metodist, psixoloq olduqları nəzərə alınarsa, dərsliklər haqqında rəylərə və verilən cavablara iki dövlət qurumu arasındakı münasibət baxımından deyil, elmi-pedaqoji və metodiki müstəvidə aparılan müzakirə kimi yanaşmaq lazımdır. Bütün bu işlər dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır. Bununla bağlı, kütləvi informasiya vasitələri nümayəndələrindən verilmiş məlumatları kontekstdən çıxartmamaq, düzgün təhlil aparmaq xahiş olunur".
Milli.Az

XƏBƏR LENTİ
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
Nazir polis və fotoqrafla
Şahzadə Harri mahnı yazdı-FOTO
400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı
Madonnaya video müraciət etdilər
NASA-nın rəhbəri: "Yerdən kənarda canlı həyat var"
Şadlıq evləri mahnılara görə pul verəcək
Şah yeməyi (foto resept)
Vanqanın 2016-dan 5079-cu ilədək proqnozları
Bacısı Maykl Cekson haqqında ŞOK AÇIQLAMA verdi
Azərbaycanda şaxta rekord həddə çatacaq
200 gözü olan yeganə canlı-ƏSLİNDƏ
“Facebook”dan növbəti yenilik
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Duz lampası nədir, faydaları nələrdir?
Duzdan istifadəni azaltmağın sağlamlığa müsbət təsiri
Dünyanın ən gözəl Universitet kitabxanaları
Cavid ömrü
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Prezident və xanımı 10 milyonuncu sakinin valideynləri ilə görüşdü
Cennifer Lopezdən dirək rəqsi – VİDEO
Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər görüləcək
Modanı ağıllı istifadə edin
Prezident dəyişiklik etdi
Kartoflu "buruqlar" (foto resept)
Bakıda İlk Avropa Oyunları başlandı
Buzovna çimərliyində təmizlik aksiyası keçirilib
Dünya ŞOKda - Bu da gerçək əjdaha - VİDEO
Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu
Bal ayına hazırlaşarkən nələri etməli?
Dünyanın ən məşhur yemək festivalları
Subay insanlar sonsuzluqdan əziyyət çəkənlər üçün donor ola biləcəklər?
Erməni qadının çantasından 12 il əvvəl ölən ərinin sümükləri tapıldı
Danışan balinalar - VİDEO
Şərdar Ortaç Gürcüstana buraxılmadı - SƏBƏB
Tez qırılan saçlara qulluq
Şagirdlərə şad xəbər
Modern yemək masaları
Məşhur müğənni fili övladlığa götürdü-FOTO
Düşmən orduda böyük itki
Ən maraqlı fobiyalar
Kişilər hansı vərdişlərini dəyişmək istəmirlər?
Müəllimlərin məktəbli forması GÜNDƏMDƏ
Xəzərdə neftçi meyiti tapıldı
Hamiləlikdə kök yeməyin faydaları
İmtahan fənlərinin sayı artırılacaq
Monteneqro sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək
Yeni standartlar: taksilər bu rəngdə olmalıdır
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?
