Sosial fobiyalar xroniki inkişaf edir.
Tanımadığı bir şəxslə ünsiyyət qurmaq, nəsə soruşmaq bəziləri üçün adi görünsə də, bir çoxları üçün bu, çətin bir prosesdir. Belə adamlar tanımadıqları şəxslərlə danışan zaman üzü qızarır, səsi əsir, əl-ayağı titrəyir və s. Onlar kütlədən, başqalarının müşahidə obyektinə və gülüş hədəfinə çevrilməkdən, əks cinsin nümayəndələri ilə söhbət etməkdən qorxur, daim həyəcan və narahatlıq keçirirlər.
Psixoloq Nuranə Həsənovanın sözlərinə görə, sosial fobiyalara kütlə qarşısında çıxış etmək, kənar şəxslərin müşayiəti ilə hər hansısa bir hərəkəti etmək, kafe, restoran və s. kimi ictimai yerlərdə yemək yemək, tanımadığı insanlarla və ya əks cinsin nümayəndələri ilə ünsiyyət qurmaqdan qorxmaq aiddir. Ümumiyyətlə, sosial fobiya zamanı insan digərlərinin diqqət mərkəzində olmaqdan, başqaları tərəfindən tənqidlə qarşılanmaqdan və bu kimi vəziyyətlərə düşməkdən qorxur. Sosial fobiyanın əlamətləri panik pozuntunu xatırladır. Sosial fobiya da panik atak kimi özünü büruzə verir. Yəni bu zaman üz qızarır, ürək tez-tez döyünməyə başlayır, insan tərləyir, əlləri əsir, tənəffüzü pozulur və s. Lakin panik atakdan fərqli olaraq sosial fobiyanın təzahürünə hansısa eyni bir vəziyyət səbəb olur. Həmin vəziyyətlə insan üzləşəndə psixovegetativ reaksiyalar baş verir ki, bu reaksiyalar da pik nöqtəsində panik atakın əlamətlərindən fərqlənmir.
Sosial fobiyaya düzgün diaqnoz qoyulmayanda və insan müvafiq terapiyadan keçməyəndə əmək qabiliyyəti aşağı düşür. Yeniyetməliyin ilk illərindən başlayaraq aşkar olunmayan bu xəstəlik insanın ömrü boyu davam edə bilər.
Adətən sosial fobiyalar yeniyetməlik və gənclik illərində yaranır. Çox vaxt sosial fobiyaların yaranması ilə psixogen və sosial təsirlər üst-üstə düşür. Sosial fobiyanı inkişaf etdirən səbəblərə müəyyən vəziyyətlər (sinifdə dərsi danışmaq, imtahan vermək, kütlə qarşısında çıxış etmək, səhnəyə çıxmaq) və müəyyən qrup insanlarla (müəllimlər, hüquq-mühafizə orqanlarının işçiləri, daha yüksək sosial təbəqədən olanlar və ya əks cinsin nümayəndələri ilə) əlaqədə olmaq, ünsiyyət qurmaq daxildir. Qohumlarla və ya yaxın tanışlarla ünsiyyət isə qorxu yaratmır.
Sosial fobiyadan əziyyət çəkən adam daim qorxu içində onu gülünc vəziyyətinə salan, onu narahat edən hadisələrin baş verməsini gözləyir. Bu səbəbdən də o, narahatlıq yaradan hadisələrdən uzaq durmağa, kölgədə qalmağa, həmin hadisələrdən gizlənməyə çalışır. Belə adamlar kənar şəxslərin onları müşahidə etməsinə, onlar haqqında fikir yürütməsinə görə də qorxurlar.
Sosial fobiyanın əlamətlərinin çoxu, misal üçün, kütlə qarşısında çıxış etmək bir çox sağlam insanlarda da müşahidə olunur. Ona görə də xəstəyə sosial fobiya diaqnozu ona xas olan əlamətlər narahatlıq yaradanda, hədsiz dərəcədə çox olanda, fobiya zamanı yaşanan həyacan insana mane olduqda və bəlli olan bir səbəblə əsaslanmadıqda qoyulur. Bu fobiya vaxtaşırı yarana bilər və ya xroniki inkişaf edir. Bu psixoloji pozuntudan əziyyət çəkən xəstələr, sağlam psixoloji durumda olan adamlara nisbətən daha çox tənhalığa meyl edirlər, tək yaşayırlar, aşağı səviyyədə təhsil ala bilirlər. Əsasən də, tənha və aşağı sosial-iqtisadi statusa malik olan qadınlarda özünü göstərən sosial fobiyalar depressiyalar və başqa psixoloji pozuntular, panik pozuntu, aqorafobiya və başqa sadə fobiyalarla, psixi patologiyalar, alkoqolizm, narkomaniya, qida qəbulunun pozluması ilə müşayiət olunur. İnsanda istənilən başqa psixiki pozuntunun və sosial fobiyanın birgə müşahidə olunması xəstəliyin gedişatını ağırlaşdırır, intihar etmək cəhdlərinin çoxalmasına gətirib çıxarır.
Psixiki sağlamlığın pozulmasına səbəb olan sosial fobiya zamanı psixoloji problemlərin inkişafı, adaptasiyanın standart olmayan üsullarının formalaşması və sosial fobiya ilə başqa hədsiz narahatlıq yaradan fobiyaların müşayəti də müşahidə olunur. İlkin mərhələdə narahatlıq yaradan halların və əlamətlərin müalicə nəticəsində qarşısını almaq və ya minimuma endirmək olar. Bir qayda olaraq xəstəyə xüsusi terapiya kursu onda nəzərə çarpacaq qədər güclü psixososial pozuntular yarandıqda təyin olunur. Sosial fobiyanın müalicəsi isə hər xəstəyə təklif oluna bilər. Xüsusilə də sosial fobiyanın müalicəsinə bu xəstəliyin əlamətlərinin işinə və soial həyatına təsir edən şəxslərin ehtiyacı var. Belə ki, bu fobiya zamanı insanlar daim qorxu və həyacan keçirir, narahat olur, fikrini kütlə qarşısında deməyə çəkinir, tanımadığı insanlarla ünsiyyət qurmağa çətinlik çəkir, işi ilə bağlı başqaları ilə əlaqələr qura bilmir.
Psixoloq onu da qeyd edib ki, insanların çoxu, bu xəstəlikdən əziyyət çəkənlər belə sosial fobiyalarının olmasından xəbərsizdilər. Onlar sosial fobiyaların özündə büruzə verən əlamətlərini utancaqlıq, qapalılıq, komplekslər kimi qiymətləndirirlər. Belə adamlar ilk növbədə onlarda sosial fobiyanın olduğunu öyrənməlidirlər. Bunun üçün də mütəxəssisə müraciət etməlidirlər. Sosial fobiyadan əziyyət çəkən adamlar bilməlidirlər ki, bu fobiya yaxşı öyrənilib və müalicə olunur. Müalicə zamanı xüsusi dərman preparatları da təyin olunur. Bu dərman preparatları sosial fobiya zamanı narahatlıq yaradan halların, həyacanın azalmasına kömək edir. Bu dərmanlar asılılıq yaratmır və yaxşı mütəxəssisin köməyi ilə sosial fobiya müalicə olunur. Müalicənin yaxşı nəticə verməsi həm də xəstəliyin vaxtında aşkarlanması və müalicə olunması ilə də bağlıdır. Belə ki, ilkin mərhələlərdə bu xəstəlik daha asan müalicə olunur. Sosial fobiyanı nadir hallarda şəxs özü müalicə edir. Bir çox hallarda inadkar adamlar bu xəstəliyin əlamətlərini nisbətən azalda bilərlər.
Mənbə: Eskpress.az
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR