Yeni il bayramı ilə əlaqədar sərinləşdirici içkilərə və şirələri təlabat çoxalıb. İçkilər içərisində mineral sular, qazsız spirtsiz içkilər, qazlaşdırılmış spirtsiz içkilər, meyvə-giləmeyvə şirələri daha çox içilir. Bəs spirtsiz içkiləri alarkən nəyi bilmək vacibdir?
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara spirtsiz içkiləri alan zaman diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, keyfiyyətsiz içkilər insan orqanizmi üçün təhlükə mənbəyidir.
Belə ki, bu məhsulları alarkən butulkaların dibində çöküntünün olmasına, şəffaflığına diqqət etmək lazımdır. Çöküntünün olması və bulanıqlaşma suyun keyfiyyətsizlik əlamətidir. Mənşəyi məlum olmayan, üzərində istehsal, son istifadə tarixi və s. qeyd olunmayan içkiləri almaq olmaz.
Spirtsiz içkilər qruplarına daxil olan meyvə-giləmeyvə şirələrinin kimyəvi tərkibi daha zəngindir. Onların tərkibində meyvədə olan şəkərlər, üzvi turşular, zülallar və s. maddələr olur. Başqa spirtsiz içkilərdən fərqli olaraq bu şirələr mineral maddələr və vitaminlərin mənbəyidir. Onların tərkibində 88-92 faizə qədər su vardır. Ona görə də bu içkilər enerjivermə qabiliyyətinə malik deyildirlər. Təbii meyvə-giləmeyvə ekstraktları ilə hazırlanmış spirtsiz içkilərdə az olsa da minerrallı maddələr, rəngləyici maddələr və digər bioloji fəal maddələr olur. Qidalılıq dəyəri hesablanarkən, onların tərkibində karbohidratlar suda həll olan bəzi vitaminlər və s. müəyyən edilir. Bu maddələrin miqdarı qüvvədə olan normativ-texniki sənədlərlə (NTS) normallaşdırılır və məhsulun enerji dəyəri (mineral sulardan başqa) ilə yanaşı etiket üzərində göstərilir.
Mineral sular isə mənşəyindən asılı olaraq təbii suya və süni mineral sulara ayrılır. Mineral sular qazlı (təbii və süni) və qazsız olur. Təbii mineral sular süfrə və müalicəvi sulara ayrılır. Süfrə üçün mineral suyun tərkibində müəyyən miqdar faydalı minerallı maddələr vardır. Onlar sərinləşdirici xoşagələn dada malikdir. Müalicəvi sular müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə istehlak edilir. Mineral su butulkalara doldurularkən mütləq 0,4-0,5% miqradında karbon qazı ilə doydurulmalı və 5-120C temperaturda saxlanılmalıdır. Bütün şərtlərə riayət etdikdə təbii mineral suların təminatlı saxlanılma müddəti 1 ildir. Tərkibində dəmir olan suları isə 4 ay saxlamaq olar. Süni mineral sularının ticarət şəbəkəsində saxlanılma müddəti isə 15 gündür.
Qazlaşdırılımış spirtsiz içkilərə qazlı su, butulkada qazlaşdırılmış su, diabetiklər üçün qazlaşdırılmış içkilər və quru qazlaşdırılmış içkilər aiddir. Qazlaşdırılımış suları almaq üçün 400C-yə qədər soyudulmuş su 0,5 atm təzyiq altında 0,5-0,4% miqdarında karbon qazı ilə doydurulur. Bu sular təyinatından asılı olaraq təbii meyvə-giləmeyvəli vitaminlər zənginləşdirilimiş, quru və simetik cövhələrlə qablaşdırılmış yarımqruplara bölünür.
Qazsız spirtsiz içkilərə şərbətlər, meyvə-giləmeyvə ekstraktları, morslar, qaynar meyvə-giləmeyvə içkiləri və meyvə-giləmeyvə şirələri aiddir. Təbii və süni meyvə-giləmeyvə şərbətləri satışa 0,25 və 0,5 litr tutumlu şüşədə buraxılır. Şərbətləri 12-200C-də uzun müddət saxlamaq olar.
Spirtsiz içkilərin keyfiyyəti həm orqanoleptiki və həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Sensor üsulla spirtsiz içkilərin şəffaflığı, rəngi, dadı, iyi, çöküntünün və asılı hissəciklərin olması və s. müəyyən edilir.
Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalıdır. Meyvəli spirtsiz içkilərin rəngi, dadı və ətri onların adına müvafiq olmalıdır. Spirtsiz içkiləri markaladıqda hər bir butulka, balon və çəlləklərə etiket kağızı vurulmalı və orda istehsalçının adı, məhsulun çeşidi, standart nömrəsi, məhsulun tərkibi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti göstərilməlidir. Spirtsiz içkilər 00-120C temperaturda saxlanılmalıdır.
Ticarət şəbəkəsində qazlı içki dolu butulkalar horizontal vəziyyətdə saxlanılmalıdır. Bu məhsulları günəş şüalarının altında saxlamaq qəti qadağandır. Meyvə şirəsi və ekstraktları 0-100C-də, şəkər əlavə edilmiş şirələri 200C-də, şərbət, mors və quru konsentratları isə 12-200C-də saxlamaq olar.
Optimal şəraitdə spirtsiz içkilərin saxlanılma müddəti qazlı içkilər üçün 30 gündən 6 aya qədərdir. Stabilləşdiricilərin tətbiqindən asılı olaraq bu müddət dəyişilə bilər. Diabetiklər üçün içkilər 15 gün, meyvə-giləmeyvə şirələri (ağzı bağlı butulkalarda) 1 ilə qədər, quru qazsız içki tabletkalarını 1 ilə qədər, qazlı içki konsentratlarını 2 ilə qədər, şərbətləri germetik tarada pasterizə edilmişdirsə, uzun müddət, edilməmişsə 7 aya qədər, açıq şəkildə isə 20 gün saxlamaq olar.
XƏBƏR LENTİ
40 dəqiqəyə Sumqayıta getmək üçün az qaldı
31 kq arıqlayan qadın instagram fenomeninə çevrilib!-FOTO
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
Burning Man festivalında qeyri-adi stillər
Uşaq sağlamlığı üçün tövsiyələr
Coronavirusa yoluxmuş xəstənin ağciyərlərinin görüntülərini yaydılar - FOTO
İştah kəsən 5 qida
Titanik gəmisi ilə bağlı QADAДћA
Günün qoroskopu: bəzi məsələlərin çözümünü ertələmək olar
Uşaqların zehni inkişafı üçün faydalı qidalar
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılıb
Rəsmi iş yerlərində necə geyinməli?
Fransa yenidən karantin elan edir
Özgü Namal 6 il sonra efirlərə qayıdır
Azərbaycan tarixindən yüz şəxsiyyət-38
Tramp: “Bayden heç vaxt 80 milyon səs toplamayıb”
“Virus mutasiyaya uğrayaraq yenidən yayıla bilər”
MobilBank xidmətinin abunəçiləri "Azərsu"nun xidmətlərini ödəmə imkanı əldə ediblər
BMW-nin xüsusi buraxılışı
“Ufak tefek cinayetler”in aktyoru boşanır
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Yaşlarına rəğmən cavan nənələr
37 yaşlı tələbə öz-özünə isinən gödəkçə hazırladı - FOTO
Cənabət qüslü alandan sonra eyni paltarda namaz qılmaq olarmı?
Avrovisiya-2018 müsabiqəsinin keçiriləcəyi şəhər müəyyən edilib
Bu günün hava proqnozu
2 yaşlı uşağı rentgen etdilər-ŞOK NƏTİCƏ
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Corabla yatmağın ziyanları
Bakının ən məşhur ticarət mərkəzi bağlandı
Qəbələ V Beynəlxalq Musiqi Festivalı başa çatıb
Brokolili orecchiette (foto resept)
Bakının mərkəzi meydanında sirli qutular
Bakıda görkəmli dövlət xadimi Kamran Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi
15 nəfəri xilas edən müsəlmana “Legion” ordeni verilə bilər
Təmiz zeytun yağını necə tanıyaq?
Bu şagirdlər buraxılış imtahanlarından azad edilib - SİYAHI
Uşaqlıqdan kənar hamiləlik
Cennerin toyu olacaq!
Hava haqqında
5 il əvvəl batan gəminin indiki vəziyyəti
"Hercai"də QALMQAL-FOTO
Azərbaycanda "Aktiv Qadınlar Şəbəkəsi" təsis edilib
İyulun havası: 43 dərəcə isti
Hilmi Cem otel aldı
Hamı onları əkiz zənn edir, əslində isə..- FOTO
Dünyadakı romantik şəhərlər
Azərbaycanda daha 3 nəfər koronavirusdan öldü: 127 yeni yoluxma faktı - RƏSMİ
Əks cinsi 7 saniyəyə valeh edin















- ŞƏRHLƏR