Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası istiqamətində ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da genişmiqyaslı tikinti, quruculuq - abadlıq
işləri aparılır. Bu sırada məktəb və uşaq bağçaları üçün yeni binaların tikintisi də yer alıb. Belə geniş miqyaslı tikinti işlərindən biri də şəhər 5 saylı uşaq bağçasının yeni, müasir standartlarla tikilməsidir.
Yeni binanın tikinti işlərinə 2012-ci il oktyabrın 1-dən start verilib. İkimərtəbəli, 110 yerlik nəzərdə tutulan binada müxtəlif yaş qrupları üzrə məşğələ və yataq otaqları, yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar da yaradılıb.
Bağça binasında müasir istilik sistemi quraşdırılaraq qazanxanaya birləşdirilib. Yeni kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən qurulub, nasosxana tikilib. Binada, həmçinin yanğından xəbərdarlıq sistemi də quraşdırılıb.
Bağçanın əsas binasında işlər, demək olar ki, tam başa çatıb. Hazırda uşaq bağçasının həyətyanı sahəsində abadlıq işləri görülür. Həyətdə artıq idman və əyləncə qurğuları quraşdırılıb, istirahət guşələri yaradılıb. Həmçinin burada oturacaq və uşaqların əylənməsi məqsədi ilə müxtəlif əyləncə qurğularının quraşdırılması da planlaşdırılır. Uşaq bağçasının 2013-cü ilin avqustun 30-a kimi tam təhvil verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Lənkəranda 53 uşaq bağçası fəaliyyət göstərir. Şəhər Təhsil Şöbəsinin metodisti Cəmalə Sadıqovanın verdiyi məlumata görə, mövcud bağçalardan 26-sı uyğunlaşdırılmış binada 27-si isə xüsusi layihə əsasında tikilib. Digər bağçaların da əsaslı təmiri və ya yeni binasının tikintisi mərhələli şəkildə həyata keçiriləcək.
Mənbə:Milli.az
XƏBƏR LENTİ
“WhatsApp”dan MÖHTƏŞƏM YENİLİK- FOTO
Snayperimiz vuruldu?
Bel və qarın ətrafındakı yağları əridən ərzaqlar
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verildi
Elnur Hüseynovun çıxışı belə olacaq-video
"Şahdəniz 2" üzrə yekun investisiya qərarı elan edildi
Qara rəngli qar yağdı - FOTO
Qazaxıstan latın əlifbasına keçir
Ankara terrorunu törədən qız: "Avaşin"
Taxma yaxalıq hazırlayaq
Rusiya COVID-19 peyvəndini ilk dəfə BU ÖLKƏYƏ SATDI
"Putin, Əliyev və Sarkisyan iyunun 20-də görüşəcək"
Kenan Beren Saata yazdığı mahnını oxudu
Bakıya od ələnəcək, bəzi rayonlara yağış yağacaq
CeyLo idmana 4,5 milyonluq üzüyü ilə getdi - FOTO
Menstruasiya haqqında qısa məlumat
Gündüz yuxulayanlara bəd xəbər
Demetin əri ilə qızı dalaşdı-SƏBƏB/FOTO
Rəngarəng ayaqqabılar
Sevgi dediyin təmənnasızlıqdır
"Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir" - HESABAT
Onun yaxşı dost olmadığını necə bilək?
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
Prezidentdən yeni Sərəncam
Saxta dostu necə tanımalı?
Qələm peçenyesi (foto-resept)
Sucuq (foto resept)
İtalyan üsulu makaron (foto resept)
Bambuk gülünə qulluq
Həkimlər ilanın mədəsindən dəsmal çıxardılar – VİDEO
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Peyğəmbərimizin (s) 4 cür sükutu olardı
Yol polisinin maaşları artırılacaq - Cərimələrin hesabına
Xoşbəxtlik hissi yaradan qidalar
Cəhənnəm göydə imiş?
Dərsliklərin monitorinqində yeniliklər olacaq
Blatter və Platinini futboldan kənarlaşdırdılar - 8 il
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Ermənilər cəbhə xəttində gərginlik yaratmağa davam edirlər
Sərhəd Qoşunlarının peşə bayramıdır
Kişi köynəkləri
Britaniyalı cütlük itini ölümündən sonra klonlaşdırdı - FOTO
Uşaqlıq yolunun plastikası - vaginoplastika
Gözlərə ziyan vuran vərdişlər
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
Tətil sabahdan başlayır!
İyun ayı üçün bayramlar və tarixi günlər
Günümüzün xəstəliyi fibromiyalji sindromu
Ağdamda yırtıcılar kəndlərə hücum edir
- ŞƏRHLƏR