Qadin.NET / Lənkəran şəhər 5 saylı uşaq bağçası bu yaxınlarda istifadəyə veriləcək

Lənkəran şəhər 5 saylı uşaq bağçası bu yaxınlarda istifadəyə veriləcək

 Lənkəran şəhər 5 saylı uşaq bağçası bu yaxınlarda istifadəyə veriləcək

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası istiqamətində ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da genişmiqyaslı tikinti, quruculuq - abadlıq
işləri aparılır. Bu sırada məktəb və uşaq bağçaları üçün yeni binaların tikintisi də yer alıb. Belə geniş miqyaslı tikinti işlərindən biri də şəhər 5 saylı uşaq bağçasının yeni, müasir standartlarla tikilməsidir.
Yeni binanın tikinti işlərinə 2012-ci il oktyabrın 1-dən start verilib. İkimərtəbəli, 110 yerlik nəzərdə tutulan binada müxtəlif yaş qrupları üzrə məşğələ və yataq otaqları, yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar da yaradılıb.
Bağça binasında müasir istilik sistemi quraşdırılaraq qazanxanaya birləşdirilib. Yeni kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən qurulub, nasosxana tikilib. Binada, həmçinin yanğından xəbərdarlıq sistemi də quraşdırılıb.
Bağçanın əsas binasında işlər, demək olar ki, tam başa çatıb. Hazırda uşaq bağçasının həyətyanı sahəsində abadlıq işləri görülür. Həyətdə artıq idman və əyləncə qurğuları quraşdırılıb, istirahət guşələri yaradılıb. Həmçinin burada oturacaq və uşaqların əylənməsi məqsədi ilə müxtəlif əyləncə qurğularının quraşdırılması da planlaşdırılır. Uşaq bağçasının 2013-cü ilin avqustun 30-a kimi tam təhvil verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Lənkəranda 53 uşaq bağçası fəaliyyət göstərir. Şəhər Təhsil Şöbəsinin metodisti Cəmalə Sadıqovanın verdiyi məlumata görə, mövcud bağçalardan 26-sı uyğunlaşdırılmış binada 27-si isə xüsusi layihə əsasında tikilib. Digər bağçaların da əsaslı təmiri və ya yeni binasının tikintisi mərhələli şəkildə həyata keçiriləcək.
Mənbə:Milli.az 

14 avqust 2013
GO BACK