Amerikalı aktyor Corc Kluni rejissoru olduğu “The Midnight Sky” filminin çəkilişləri üçün təcili olaraq arıqladıqdan sonra xəstəxanaya düşüb.
Qadin.Net bildirir ki, bu barədə “The Mirror” xəbər yayıb.
Nəşrin yazdığına görə, film üçün işə başlamazdan dörd gün əvvəl Kluni kəskin qarın ağrısı ilə təcili xəstəxanaya yerləşdirilib. Həkimlər aktyora pankreatit diaqnozu qoyublar və o, bir neçə gün xəstəxanada qalmalı olub.
“Düşünürəm ki, arıqlamaq üçün həddindən artıq səy göstərdim və bəlkə də özümə baxmadım”, - deyə aktyor bildirib.
Aktyorun fikrincə, xəstələnməsi onun saxladığı pəhrizə görə ola bilərdi. Belə ki, 59 yaşlı Kluni qlobal fəlakətdən xilas olan xərçəng xəstəsi astronom rolunu oynamaq üçün təxminən 13 kiloqram arıqlamışdı.
Daha bir neçə filmin rejissoru olan Kluni, “The Midnight Sky”ı bu günə qədərki ən böyük layihəsi olduğunu etiraf edib.
Nəşrin məlumatına görə, aktyor filmdə çəkilərkən arıqlamaqla yanaşı, saqqal saxlamalı da olub.
“Uzun, çirkin saqqal uzatdım, oğlumun xoşuna gəlirdi, çünki hər şeyi içində gizlədirdi... Ancaq yoldaşım və qızım (saqqal) yoxa çıxanda sevindilər, çünki bütün bu qarşıqlığın içində üzümü tapmaq çətin idi”, - deyə Kluni bildirib.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
