Ürək-damar sisteminin sağlamlığında balığın əhəmiyyəti
Balığın tərkibində olan omeqa3 yağ turşusu qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı salır. Bu turşu ürəyin sağlam fəaliyyətini təmin etməsi ilə məşhurdur. Triqliserid yağın bir növüdür, tərkibindəki bol yağ və az protein baxımından LDL-yə (pis xolesterola) oxşayır. Triqliseridin səviyyəsinin artması xüsusilə xolestrolun səviyyəsi yüksələndə ürək xəstəliyi riskini çoxaldır. Balıq yağları infarktdan sonra anormal ürək döyüntülərini, həyatı təhdid edən riskləri də azaldır.
ABŞ-ın Tibb Birliyinin apardığı bir araşdırma göstərib ki, həftədə 5 porsiya balıq yeyən qadınlarda infarkt keçirmə nisbəti 1/3 qədər azalır. Bunun balıq yağında olan omeqa3 yağ turşularının qanın daha az laxtalanmasına səbəb olmasından qaynaqlandığı güman edilir. Qanın damarlarımızda adi sürəti saatda 60 km-dir və qanın kifayət qədər duruluğu, onun axınının, miqdarının, sürətinin normal səviyyədə olması həyati əhəmiyyət kəsb edir.
Qanımız üçün ən böyük təhlükə – qanaxma kimi zəruri vəziyyətlər istisna olmaqla – laxtanaraq duruluğunun azalmasıdır. Balıq yağları qandakı trombositlərin (bədəndə qanaxma olanda qanı intensivləşdirən qan lövhəcikləri) bir-birinə yapışmasına mane olaraq qanın laxtalanmasını azaltmaqda da təsirlidir. Əks halda qanın qatılaşması damarların daralmasına səbəb olur. Bu vəziyyət də başda ürək, beyin, göz və böyrək olmaqla, bədəndəki bir çox orqanların qanla kifayət qədər yaxşı qidalanmamasına, ləng çalışmasına və tədricən fəaliyyətini itirməsinə gətirib çıxarır. Məsələn, aorta qan damarının laxtalanması nəticəsində damarların tıxanması infarkt, iflic və ya başqa xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
Omeqa3 yağ turşuları eritrositlərin (qırmızı qan hüceyrələri) daxilində oksigen daşıyan hemoqlobin molekulunun istehsalında və hüceyrə qılafından keçən qidalara nəzarət edilməsində də mühüm rol oynayır və bədən üçün ziyanlı yağların zərərinin qarşısını alır. Araşdırmalar balıqdakı omeqa3 yağ turşularının infarkt riskini azaltdığını sübut edib.
Balığın yeni doğulan uşaqların inkişafında rolu
Omeqa3 yağ turşuları insan beyninin və retinasının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə doğulan uşaqların ehtiyacı ilə bağlı ötən 10 ildə mühüm tədqiqatların mövzusu olub. Omeqa3 xüsusilə hamiləlik dövrü boyunca və uşaqlıq dövrünün başlanğıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxımından çox əhəmiyyətlidir. Ana südü də təbii və mükəmməl bir omeqa3 anbarı olduğuna görə alimlər ana südünün vacibliyini xüsusi vurğulayırlar.
Oynaqların sağlamlığına faydası
Revmatizm artrit xəstəliyində (revmatizmlə bağlı oynaq infeksiyası) ən əhəmiyyətli risk oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxribata səbəb olmasıdır. Omeqa3 yağ turşusu baxımından zəngin bir qidalanmanın artritin yaranmasına mane olduğu, şişən və həssas oynaqlarda narahatlığın da yüngülləşdiyi sübut olunmuşdur.
Omeqa3 yağ turşusunun beyin və sinir sisteminin sağlam şəkildə fəaliyyət göstərməsində təsirləri bir çox tədqiqatlar nəticəsində təsdiq edilib. Həmçinin sübut edilib ki, balıq yağının qəbul edilməsi depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir, alzheimer xəstəliyinin (yaddaşın zəifləməsinə səbəb olan, gündəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi) qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12 həftə ərzində 1 qram omeqa3 yağ turşusu qəbul edən adamlarda gərginlik, narahatlıq, kədər və yuxu problemləri kimi əlamətlərin azaldığı sübut olunub.
Yüksək səviyyədə omeqa3 yağ turşusuna malik balıqla qidalanan Qrenlandiya eskimoslarının və yaponların ürək-damar, astma və psoriaz xəstəliklərinə daha az məruz qaldığını göstərən çox əhatəli məlumatlar var. Buna görə də balıq müalicəvi bir qida kimi də tövsiyə edilir. Omeqa3 yağ turşuları ürək xəstəliyi üçün sübut edilmiş faydaları ilə müasir dövrümüzdə də qidalanma üzrə mütəxəssislərin tövsiyə etdiyi əsas maddələrdən biri kimi hesab edilir.
Balığın ümumi şəkildə göstərdiyimiz faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın faydalarını ortaya çıxarmaq alimlərin inkişaf etmiş texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəzlərindən istifadə etməsi ilə mümkün olub. Balıqdan əldə edilən bütün faydalar Rəbbimizin bizə verdiyi böyük nemətdir. Bütün qidalarda olduğu kimi, balıqdakı üstün quruluşu da bizim üçün yaradan aləmlərin Rəbbi olan Allahdır.
R.Əkbərov
XƏBƏR LENTİ
Günün qoroskopu: sizi təxribata çəkənlərlə belə, münaqişə etməyin
Şahzadə ölkəni şoka saldı
Hande anasından danışdı-FOTO
Hava haqqında - 06.04.2014
Neslihan və Kadir Doğulunun İsveçrə tətili Diqqət Çəkdi
Yadplanetlilər Türkiyəni basdı
"Ağ şəhzadə" tortu (foto resept)
“Qara qızıl” kəskin bahalaşdı
Kişilərdə cinsi istəksizliyin səbəbləri
Qadın.Net-lilərin ilk məktəb həyəcanı...
Azərbaycanda zəlzələ
Brabus-dan kabriolet Mercedes
Ece Seçkinin 600 minlik hədiyyəsi-FOTO
Ayaqqabı və çantalar
Qarğıdalı salatı (foto resept)
Xanımlar üçün pijama modelləri
Rus Dili dərs-11
İkinci uşağa sahib olmağı düşünürsünüzsə, bunları nəzərə alın!
Uçan Motosiklet təqdim olundu-FOTO
Aleyna 158 minə avtomobil aldı-FOTO
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Yağıntılı havalar meyvə ağaclarına hansı təsiri göstərib?
Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli OLA BİLƏR
Təhsil Nazirliyindən YENİLİK: “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri
Pazllar ("Barboskinlər")
Rəngarəng çantalar(2)
Pekində 42 illik rekord yeniləndi
Uşaqlarda diş baxımı
Yol Polisi qəfil reyd keçirdi
Azərbaycanın ən uzunömürlü seçicisi səs verib
MTN-də gözlənilməz təyinat - Prezident sərəncam verdi
Ailə mübahisəsinə son
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
65 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü
Xocalı faciəsi Avropa Parlamentində
64 -cü Kann film festivalı
Bakı metrosunda bayram ab-havası-FOTO
Uşaqları onurğa əyriliyindən qorumağın yolları
Kolonoskopiya haqqında
Bakıda nəyə görə addımbaşı dayanacaq var?
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
25 yaşından sonra niyə kökəlirik?
İlham Əliyev OPEC-lə zarafat etdi
Azərbaycan ciddi seçim qarşısında qalıb.
16 kameralı smartfon gəlir
Prezidentin köməkçisindən karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA: “Mayın 31-dən sonra...” - VİDEO
Facebook-da alver etmək olacaq
Ən yaşlı qəzet internetə keçir.
Bu ilin ilk Ay tutulması başladı
Kişilər sırqa taxmalıdırmı?
- ŞƏRHLƏR