Düşüncələrim pərişandır, paramparçadır... Bəzən o qədər gücsüz və zəif oluram ki, duyğularımın əsirinə çevrilirəm. Bacara bilmirəm hisslərimlə, məğlub oluram, yenilirəm onlara...
Heç ağacdan düşən yarpaq üçün ağlayan adam görmüsünüzmü? Ağlamışam, hönkür-hönkür ağlamışam bəzən. Bir səbəb tapa bilməmişəm... Günahkarı payız bilib xəzəl üçün ağlamışam...
Dumana bürünən dağın halına ağlamısınızmı heç? Mənim cavabım: “O qədər...” Əlimdən nə gəlir ki, qürurlu görünüb gizlində, için-için, hamıdan qaçaraq ağlamaqdan başqa?.. (Və bəzən ağladığımız bu səbəbsiz səbəbləri taleyimizlə, gördüklərimizlə bağlayırıq...)
Yenilmək yaman şeydir. Dizlərinin bağı çözülür. Acizləşirsən, qürurunu, kimliyini unudursan... Yox olursan... Sən sən olmaqdan çıxırsan... Ürəyinin qaranlıq bir küncünü dəli bir ağlamaq məskən edir özünə... Gözlərini ovuclarının arasında gizlədirsən. Hıçqırırsan... Hönkürürsən... Bir damla yaş da süzülmür yanaqlarından, amma atəş almış ürəyinə gilə-gilə göz yaşını damcıladırsan... Səssizliyə bürünürsən... Ürəyinin qaranlıq küncünə çəkilərək “hiss”inə çevrilirsən... Hamının sənə münasibəti kimi...
Amma bir günəş doğur bu qaranlığa bəzən. Üzünə qapadığın barmaqlarının arasından bir işıq nuru axır ürəyinə. “Qaranlıq künc”ünə aydınlıq doğur... Təbəssüm yaranır kədər bürümüş üzündə. Və davam edirsən yenidən qaldığın yerdən həyata. Anlayırsan... Anlamalı olursan... Sən həyatsan. Və həyata günəş də doğur, zülmət də çökür... Amma hökmən yenidən günəş doğur...
("Kədərimin məktubları" silsiləsindən ilk yazım)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bayram günlərində hava necə olacaq?
İnsan üzlü "pişik" görənləri təəccübləndirir
Azərbaycan tarixindən yüz şəxsiyyət-26
Google istifadəçiləri üçün xəbərimiz var
Gəlinliklər
Oskar mərasimindən ən yadda qalan geyimlər
HAVA necə olacaq?
Bu gözlər sizi heyran edəcək
İngilis dili-Hh (2)
Sinoptiklər həftəsonuna hansı havanı vəd edirlər?
Bu xəstəxanalar artıq koronavirus xəstələri üçün deyil
Məşhurları daha əvvəl belə görmədiniz
Ətli göbələk (foto resept)
Ermənilər Bakıya gəlməyərək Olimpiya oyunlarından imtina etdilər
Azərbaycanın diaspor təşkilatlarının fəaliyyəti gücləndirilir
Bu gündən sosial müavinətlərin məbləği artır
Ən ağır dərdləri onlar sağaldır
Emily Ratajkowskinin pencək sevgisi
Şəhzadə kababı (foto-resept)
Yanvardan sonra
Könüllü həbsxananı seçən ahıllar
Azərbaycan 4G ilə əhatə ediləcək
Ermənistan çıxılmaz vəziyyətdə: Ordumuza qarşı indi də qız uşaqlarını silahlandırır
Bananlı eskimo(foto resept)
Xoşbəxt ailələrin sirri
Uşaqla birlikdə "böyüyən" paltar yaradıldı
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
Facebook elektron pul xidmətinə başlayır?
HAVA necə olacaq?-25 Sentyabr
Xanımlarımızın kompleksləri
Ancelina Coli ərə gedir
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA
Göyərtinin faydaları
HAVA necə olacaq?
Demet Akalından qızına 270 minlik hədiyyə - FOTO/Video
Art terapiya
Sabahın HAVAsı
Daxili orqanlar ayaqlarla əlaqəlidir
Ancelina Coli qaçqınlar arasında
HAVA necə olacaq?-27 FEVRAL
Şaftalılı mafınlər (foto resept)
Hərəkət edən heykəl
Dünyada ilk dəfə bir körpəyə... - YAPONİYADA
Şahzadə Harrinin oğlunun dayəsi işdən çıxdı_SƏBƏB
“Instagram kraliçası” çimərlik FOTOlarını paylaşdı
Uşağın mədəsindən çıxanlar TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Neftin və dolların bu günə qiyməti
Qəhvə sirrozu məhv edir
- ŞƏRHLƏR