Ənvər özü ilə bacara bilmirdi. O, artıq 4 il idi ki, “facebook”-un fəal üzvlərindən idi. O, həyatda özünə yer tapmasa da, burada özü üçün yeni bir dünya yaratmışdı. Sosial şəbəkədən istifadə etdikdən iki il sonra anladı ki, asılı vəziyyətə düşüb. Amma bunun qarşısını ala bilmirdi.
O, özü kimi insanları görəndə onları bacardığı qədər tənqid edirdi: “Bu nədir, səhər-axşam facebook olar? Real həyatdan uzaqlaşmısınız, hissləriniz də artıq virtuallaşıb!” deyə tənqid edir, onları “facebook xəstəsi” adlandırırdı. Bununla özünə təskinlik verirdi. Onu tənqid edəndə isə cavabı bu idi: “Mən xəstə, asılı deyiləm. Sadəcə arada bura daxil oluram, “facebook”-a informasiya əldə etmək üçün daxil oluram”-deyə cavab verir, bəzən də bu sözləri “caps lock”-la ifadə edirdi. Sanki bu zaman emosiya və qənaətedici cavab verənlər kimi özünü müdafiə edirdi.
Ənvər “facebook”-dan istifadə etdiyi son iki il ərzində bu asılılıqdan qurtarmaq üçün kifayət qədər məşq etmişdi. Bir gün “Əlvida! Mən daha buralara girməyəcəyəm”-deyir, profilini dondururdu. Amma başqa bir saxta profillə şəbəkəyə daxil olur, “qurdunu öldürürdü”. Uzaqbaşı 2-3 həftədən sonra yenidən profilini açırdı. Bəzən profilində “İşlərim olduğuna görə bir müddət burada olmayacağam”-deyə bir status yazır, amma yenə də daxil olurdu. “İnbox”-na gələn məktublara cabab vermirdi ki, özünü ifşa etməsin. Amma onun giriş tarixi dostları tərəfindən müşahidə edilirdi.
O, bir çox üsullardan istifadə etmişdi. Hətta and da içmişdi. Amma bu cəhdləri də alınmamışdı. Bir neçə nəfərə dərdini açsa da, “Gör nəyin dərdini çəkirsən, mən də istifadə edirəm də. İndi bizim bundan da böyük dərdimiz var. Burda nə var ki?”-deyə cavab alırdı.
Bir gün Ənvər qərara gəldi ki, səhifəsinin şifrəsini etibar etdiyi dostuna versin və dostu da onun şifrəsini dəyişsin. Lakin özünün bundan xəbəri olmasın. Amma yazıq dostuna olmazın sözləri deyərək şifrəsini yenidən geri aldı. Bir dəfə özü gözlərini yumub təsadüfi şifrələr yazdı ki, şəbəkəyə bir daha daxil ola bilməsin. Amma bunu etdikdən sonra ürəyi dözmədi, başqa bir profil açaraq “Dostlar, mənim səhifəmi hansısa məlum haker ələ keçirib, şikayət edərək onu ləğv edin!”-deyə, çağırış etdi.
O, “google”-da axtarış aparır, psixoloqların fikirlərini oxuyurdu. Görürdü ki, bəzisi bunu normal hesab edir, bəzisi bu asılılığı pisləyirdi. Bu, onun özü ilə mübarizəsinə pis təsir edirdi. Düşünürdü ki, axı mən burada nə pis iş görürəm ki? Asılılıq deyil, olsun da! Bir zaman “odnoklassniki”, “mail.ru” saytlarının aktiv üzvlərindən idim, indi isə “facebook”-un aktiv üzvlərindənəm. Yəqin ki, bunun da bəlli bir müddəti var.
O, hər nə qədər çalışsa da, özü ilə bacarmadı. Hər dəfə bir neçə bəhanələrlə özünü ələ aldı, sakitləşdirdi və bu asılılığı qəbul etdi. Axırda belə qənaətə gəldi ki, virtual dünya artıq bizim real həyata da sirayət etmişdir. Televiziya-radio verlişləri, qəzetlər, filmlər, hətta gündəlik danışıqlarımız da sosial şəbəkələr çərçivəsində gedir. Bu qənaət onu özü ilə, ən əsası asılılıq ilə mübarizəsinə son qoydu!
Fərid Abdullah

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR