Bəzən tənbəlliyi "bədbəxtliyin yarısı" adlandırırlar.İşi-gücü olmayan,bütün günü divanda yatan,evdə oturan,əlini ağdan-qaraya vurmayan adamı kim sevir?Tənbəlin əlinə qızılbalıq düşməsi nağıllarda olur.Həyatda hər şey belə asan olsaydı nə vardı ki... Tənbəllikdən xilas ol
Həyat hərəkətdədir,dinamikadadır.Hansı tənbəli dindirsən,"məndə istəyirəm uğurlu olum,tənbəlliyin daşını atım.Amma bu zəhrimar tənbəllik yaxamdan düşmür ki düşmür"deyəcək.İslamda tənbəllik 7 ən böyük günahdan biridir:onu şər qidalandırır.Tənbəl adamları İblis özünə dost bilir.Qorxdunuz?Əgər tənbəllikdən həqiqətən canınızı qurtarmaq istəyirsinizsə,aşağadakılara əməl edin.
Tənbəlliyin növləri
Belə adamlar üçün deyirlər ki,tənbəllik doğulmamışdan əvvəl onun üçün yazılıb.Onların tənbəlliyi bioloji tonusun olmamasından,enerji çatışmazlığındandır.Ona sözlə təsir etmək,psixoloji metodlar kömək etməz.
Necə xilas olmalı?Yüngül təsirli biostimulyatorlardan-vitamin kompleksi,su terapiyası,Qara zirə yağı istifadə etmək olar.
BETA-tənbəllik-professional tip
Onun arzusu,istəyi,həvəsi yoxdur.İşə gedir,amma hec nə etmək istəmir,ayağa qalxır,qollarını çırmalayır,amma 10 dəqiqə sonra oturur.Burda bir məqama diqqət:həqiqətənmi indi olduğunuz yerdən,işlədiyiniz sahədən zövq alırsız və işiniz tam sizə görədir?Əgər cavab mənfidirsə,səbəb aydındır:siz passiv,monoton həyat keçirirsiz.
Necə mübarizə aparmalı?Özünüzə sual verin:bəlkə bütün bunlar mənə görə deyil?Əgər elədirsə,özünüzdə güc tapın,olandan imtina edin,dəyişin,ürəyinizə olan ətraf yaradın.Sizə maraqlı gələn,işləməyə vadar edən bir sahə tapın.Yox,əgər işdən çıxmaq istəmirsizsə,əlavə olaraq sevimli bir məşğuliyyət tapın.
QAMMA- tənbəllik -patoloji
Bu ən çox rast gəlinən formadır və təhlükəlidir.İnsanın energetik fonu,tonusu yaxşıdır,sevimli işdədir,ailəsi,ətrafı yaxşıdır,amma əhvalı,ritmi sıfırdır,heç cəhdlə lazım olan dalğaya qoşula bilmir.Yəni özünü yerindən qaldıra bilmir.Bu gün,sabah deyir,sonra özü əziyyətini çəkir.
Necə mübarizə aparmalı?Birincisi,yaddaşı və beyni boşaltmalı,proqramlaşdırmalı.Ən çox uğurlu məqamlara,həyatda sevdiyiniz anlara diqqəti yönəldin,nəinki uğursuzluğunuz.Gündəlik,aylıq plan qurun,cədvəllə hərəkət edin.Yaddaş kitabçası tutun.Çünki tənbəlliklə huşsuzluq qardaşdır.Hər axşam planda görülən işlərin qarşısına işarə qoyun.Özünüzə əhsən deeyin.Özünüzü tərifləyin.Əvvəlcə kiçik,az işləri plana yazın,həftədə yükü artırın.Birdə özünüzə belə bir sual verin:"Əgər bir aydan sonra öləcəyimi bilsəm,bu gün,sabah,bu bir ayda nələri etməyi çatdırardım?"Fərqi tezliklə hiss edəcəksiniz.
Banal depressiya
Bəzən tənbəlliyi ağır depresiya ilə səhv salırlar.İnsanda hər şeyə,hər kəsə qarşı apatiya yaranır,ətrafa reaksiya olmur,bir yerdə uzunmüddətliyə qalır,sakitliyə çəkilir və arzusu , istəyi ölür.Bəzi hallarda gərginlik keçirmiş adam üçün bu,xeyirlidir.İnsan dincə çəkilir.Amma əgər bu müddət 2-3 ayı ötərsə,o zaman psixoloqa müraciət etmək lazımdır.Psixologiyada deyilir ki,tənbəllik orqanizmin yorulmaq,haldan düşmək,stres və s.hallara əks müdafiə reaksiyasıdır.Yəni qeyri-ixtiyari olaraq tənbəllik başlamasa,həmin adam ölə bilər.Bu halla orqanizm siqnal verir ki,bəsdir işlədin,dincəlmək və enerji yığmaq lazımdır.Fiziologiyada da belə termin var:cavab zərbə.Əgər insan fasiləsiz,istirahətsiz,bəsdir demədən işləyibsə,bir gün orqanizm işləməkdən imtina edir.Bununla da insanı tənbəllik basır,işinin də keyfiyyəti itir,rəhbərlik yaxşı işçisini tanımır.Bu zaman qorxmaq lazım deyil,məzuniyyət götürün.Bəzənsə tənbəlliyə hansısa xəstəlik səbəb olur.Bu zaman müayinədən küçmək lazımdır.Hansısa xəstəlik insanın enerjisini sovurur.
Düzgün,ziyansız tənbəlliklə qeyri-sağlam tənbəlliyi ayırmaq və buna uyğun hərəkət etmək lazımdır.
Bəzən insan hər şeyi atıb,evdə yatmaq,televizora baxmaq,yediyi qabı yumamaq,hətda çimməmək istəyir.Bu özünə ləzzət də verir.Bu tənbəllik ayda ,ildə bir dəfə yolveriləndir və xeyirlidir.Amma digər hallarda tənbəlliklə mübarizə aparmalısan ki,həyatın keyfiyyəti yaxşılaşsın,mənalı ömür sürəsən.
Ən tənbəl bürclər:Şir,Tərəzi,Dolçadır.
Əziz Qadın.Netlililər, hər birinizə sağlam,gümrah həyat arzu edirəm.Çalışın tənbəllik sizi əsarəti altına almasın...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Təmiz nəfəs - insult, infarkt
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
Dünyanın ən cazibədar polisi-FOTO
Cennifer Lopez gözəlliyi ilə heyran etdi-FOTO
Makiyajla cavanlaşma
Metronun qeyri-adi sərnişinləri
HAVA necə olacaq?-8 Noyabr
Bitkilərin əsir aldığı binalar
Coğrafiya İnstitutu qış fəsli haqqında açıqlama verib
Çin və İran COVID-19-un yayılmasından məsul tutulub
Gəl, açıq danışaq
Əhalinin işini asanlaşdıracaq yenilik
İnsanlar niyə bədbəxtdir və niyə intihar edirlər?
İstənilən şəxs təyyarəni endirə biləcək
Meryem Üzerli çənəsini əməliyyat etdirdi
Bakının da "əkiz"ləri olacaq
Qadinları yaşlandıran 5 fakt...
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
Mustafa Sandal Defne ilə sevgili olub-FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Xəzərdə nərə yoxa çıxır
Fədakar qadın
Azərbaycanda maraqlı fləşmob
Payız depressiyası və ondan xilas yolları
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
Məryəm makiyajsız video paylaşdı - FOTO
850 minə yaxta aldı - FOTO
Daha bir münsif “O Səs Türkiyə”ni tərk etdi-FOTO
Azərbaycanda yeni Fond yaradılacaq
Aleksandr Rozenbaum sərnişinin həyatını xilas etdi-FOTO
HAVA necə olacaq?
Azərbaycanda ən çox hansı məhsullar saxtalaşdırılır?
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
"Havuç" seriala qayıdır
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
“Sefirin kızı” “Çukur”u geridə qoydu
Duzun bilinməyən faydaları
Dünya ölkələrindən hikmətli sözlər
ÜST dünya əhalisinin hansı hissəsinin vaksinasiya edilməli olduğunu açıqladı
Bu pişiyin qiyməti 24 min manatdır
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Yaz üçün gözəl donlar
Sizi 10 il daha gənc göstərəcək qidalar
Aleksandr Lukaşenko Bakıya gəldi
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Sözlə ifadə edilə bilməyən düşüncələr
Bu azərbaycanlı Marsa uçmağa hazırlaşır
Çanta modelləri
- ŞƏRHLƏR