Bu dəfə sizə Ülviyyə xanımın təklik, tənhalıq və ya birlikdəlik haqda olan fikirlərini təqdim edirəm. Xanımın bu haqda olan düşüncələri fərqli və olduqca maraqlıdır. Əlbəttə, çoxları razı olmayacaq. Lakin oxumaqda və nəticə çıxartmaqda fayda var.
Mən təklikdən qorxmuram, mən təklikdə qalanda yarımçıq qalmıram, təklikdə olanda da özümü sevirəm, uzun illərdən bəri tək qalmağa da öyrəşmişəm, özümü qəbul etmişəm, qəbul edib, dəyişdirmişəm. Tək qalmaqdan qorxmadığım həqiqəti çoxlarını əsəbiləşdirib, mənim təkliyimə inanmayıb, öz zəifliklərindən qaçmaq üçün bu təkliyimə yamaq qoşmaq istəyiblər. Mən isə tək qalmaq bacarığımla onların “hər kimlə gəldi təki kimləsə olum” ehtiraslarını əzmişəm. Hə, mən tək olmaqdan qorxmuram.
Tək olmaqdan qorxmamaq, daima tək qalmaq istəməklə bərabər deyil. Bu özünü dərk etməkdir, özünə məxsus şeyləri dərk etməkdir, öz dəyərini bilib, bu dəyərə layiq biri ilə cüt olmağı gözləməkdir. Bu dəyərə layiq olmayanları kandarından uzaq tutmaqdır. Təklik tənhalıq deyil, tək qalmaqda qorxmayaraq sizin xeyli dostlarınız ola bilər, sizin əla ətrafınız ola bilər. Mənim var, sizin də ola bilər. Barmağım qanasa, yanıma qaçacaq dostlar varsa, necə tənha sayıla bilərəm?
Tənhalıq ruh halıdır, tənhalıq təkliyin qaranlıq, ümidsiz üzüdür. Təklik isə kamilləşmiş tənhalıqdır. Siz özünüz istəmədiyiniz üçün təksiniz, cüt deyilsiniz. Sizi cüt edəcək, ruhunuzu yerindən oynadacaq, ən əsası əhəmiyyətinizi TAM dərk edəcək biri olmadığı üçün təksiniz. Bütün bu yazdıqlarımızı təsəlli kimi qavrayırsınızsa, təəssüf ki, siz tənha insansınız. Siz dərk etməmisiniz varlığınızı, bəlkə də dərk edib də, ümidsizliyə uğramısınız.
Mənə arroqant, snobist, özündənrazı, heç kimi bəyənməz də deyə bilərsiniz, belə halda məni başa düşmədiyiniz üçün, fikrinizin də əhəmiyyəti olmayacaq. Amma xahiş edirəm, əgər dərin insansınızsa, dayazlaşdırmayın özünüzü. Təki kimləsə bir olum, yanımda qadın və ya kişi hiss edim deyə, özünüzü xərcləməyin, ucuzlaşmayın.
Əgər dərin adamısınızsa bunları etməyin, uymayın cəmiyyətin axmaq qaydalarına.
Ülviyyə
XƏBƏR LENTİ
TƏBİB-dən həyəcan təbili çalındı: “Arxa küçələrdə toplaşırlar.”
Windows 8.1 populyarlaşır
Evlilik "qorxu"su, yaxud 30 yaş sindromu.
Nazirdən karantinin yenidən sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Kiçik evlərdə də uşaq güşəsi yaratmaq olar
Kəsmikli bağlama (foto resept)
Yeni Qarabağ bəyənatı
Meqan Marklın qardaşı həbs edildi-SƏBƏB
Dünyada yeni virus yayılır
Gil qab bazarı "ölüb"
Ləzzətli rulet (foto resept)
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü
Hava haqqında
Bu dəfə Kənanla Kıvanç “toqquşacaq”
Məşhur ermənidən ŞOK ETİRAF
Avto kredit, yoxsa lizinq?
10 min manatlıq güzəşt reallaşır
Acun məşhur verilişi öz kanalına transfer edir
İlham Əliyev Almaniyada
Fərqli spaqettili maffinlər (foto resept)
"Avstriya yanlış addım atdı"
2011-ci ilin çılçıraq modelləri
HAVA necə olacaq?
Çingiz Abdullayev: "Bizim məqsədimiz odur ki..."
Sürətli oxu - 2
Azərbaycanda yay vaxtı ləğv edilir
Qrip həmişə xoşagəlməzdir
Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO
Şeyma Subaşının restoranı bağlanır?
Şaftalı limonadı (foto resept)
Geomaqnit qasırğası zəifləməyə başlayacaq
Messinin ən böyük sirri
Azərbaycanlıların ən çox sevdiyi adlar - SİYAHI
İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfəri-FOTO
Qubada alma bayramı keçiriləcək
1 həftə çörək yeməsək nələr olar?
Düşmən Ağdam rayonu ərazisini atəşə tutur
Qışın ən həyəcanlı istirahəti: xizək
Xarici pasportlar haqda qanuna dəyişiklik edildi
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
200 manat almaq üçün sənədlər
Avtomobil zinətdir, yoxsa zərurət?
Hamiləlikdə qidalanma
Neqativ düşüncənin orqanizmə təsiri
Türkiyədə 45 tonluq tank dənizdə batırıldı
Nyu-York qadınlarının 4 moda trendi
Evdə hazırlaya biləcəyiniz makiyaj məhsulları
Azərbaycan əhalisinin son sayı açıqlandı
Sürətli arıqladan sağlam qidalar
Tükənmişlik sindromu nədir? - Əlamətlər
- ŞƏRHLƏR