Qadin.NET / Təklik! Birlik! Birlikdəlik!

Təklik! Birlik! Birlikdəlik!

Təklik! Birlik! Birlikdəlik!

Bu dəfə sizə Ülviyyə xanımın təklik, tənhalıq və ya birlikdəlik haqda olan fikirlərini təqdim edirəm. Xanımın bu haqda olan düşüncələri fərqli və olduqca maraqlıdır. Əlbəttə, çoxları razı olmayacaq. Lakin oxumaqda və nəticə çıxartmaqda fayda var. 

Təklik! Birlik! Birlikdəlik!

Mən təklikdən qorxmuram, mən təklikdə qalanda yarımçıq qalmıram, təklikdə olanda da özümü sevirəm, uzun illərdən bəri tək qalmağa da öyrəşmişəm, özümü qəbul etmişəm, qəbul edib, dəyişdirmişəm. Tək qalmaqdan qorxmadığım həqiqəti çoxlarını əsəbiləşdirib, mənim təkliyimə inanmayıb, öz zəifliklərindən qaçmaq üçün bu təkliyimə yamaq qoşmaq istəyiblər. Mən isə tək qalmaq bacarığımla onların “hər kimlə gəldi təki kimləsə olum” ehtiraslarını əzmişəm. Hə, mən tək olmaqdan qorxmuram.

Təklik! Birlik! Birlikdəlik!

Tək olmaqdan qorxmamaq, daima tək qalmaq istəməklə bərabər deyil. Bu özünü dərk etməkdir, özünə məxsus şeyləri dərk etməkdir, öz dəyərini bilib, bu dəyərə layiq biri ilə cüt olmağı gözləməkdir. Bu dəyərə layiq olmayanları kandarından uzaq tutmaqdır. Təklik tənhalıq deyil, tək qalmaqda qorxmayaraq sizin xeyli dostlarınız ola bilər, sizin əla ətrafınız ola bilər. Mənim var, sizin də ola bilər. Barmağım qanasa, yanıma qaçacaq dostlar varsa, necə tənha sayıla bilərəm?

Təklik! Birlik! Birlikdəlik!

Tənhalıq ruh halıdır, tənhalıq təkliyin qaranlıq, ümidsiz üzüdür. Təklik isə kamilləşmiş tənhalıqdır. Siz özünüz istəmədiyiniz üçün təksiniz, cüt deyilsiniz. Sizi cüt edəcək, ruhunuzu yerindən oynadacaq, ən əsası əhəmiyyətinizi TAM dərk edəcək biri olmadığı üçün təksiniz. Bütün bu yazdıqlarımızı təsəlli kimi qavrayırsınızsa, təəssüf ki, siz tənha insansınız. Siz dərk etməmisiniz varlığınızı, bəlkə də dərk edib də, ümidsizliyə uğramısınız.

Mənə arroqant, snobist, özündənrazı, heç kimi bəyənməz də deyə bilərsiniz, belə halda məni başa düşmədiyiniz üçün, fikrinizin də əhəmiyyəti olmayacaq. Amma xahiş edirəm, əgər dərin insansınızsa, dayazlaşdırmayın özünüzü. Təki kimləsə bir olum, yanımda qadın və ya kişi hiss edim deyə, özünüzü xərcləməyin, ucuzlaşmayın.

Əgər dərin adamısınızsa bunları etməyin, uymayın cəmiyyətin axmaq qaydalarına.

Ülviyyə

30 mart 2014
GO BACK