Bu dəfə sizə Ülviyyə xanımın təklik, tənhalıq və ya birlikdəlik haqda olan fikirlərini təqdim edirəm. Xanımın bu haqda olan düşüncələri fərqli və olduqca maraqlıdır. Əlbəttə, çoxları razı olmayacaq. Lakin oxumaqda və nəticə çıxartmaqda fayda var.
Mən təklikdən qorxmuram, mən təklikdə qalanda yarımçıq qalmıram, təklikdə olanda da özümü sevirəm, uzun illərdən bəri tək qalmağa da öyrəşmişəm, özümü qəbul etmişəm, qəbul edib, dəyişdirmişəm. Tək qalmaqdan qorxmadığım həqiqəti çoxlarını əsəbiləşdirib, mənim təkliyimə inanmayıb, öz zəifliklərindən qaçmaq üçün bu təkliyimə yamaq qoşmaq istəyiblər. Mən isə tək qalmaq bacarığımla onların “hər kimlə gəldi təki kimləsə olum” ehtiraslarını əzmişəm. Hə, mən tək olmaqdan qorxmuram.
Tək olmaqdan qorxmamaq, daima tək qalmaq istəməklə bərabər deyil. Bu özünü dərk etməkdir, özünə məxsus şeyləri dərk etməkdir, öz dəyərini bilib, bu dəyərə layiq biri ilə cüt olmağı gözləməkdir. Bu dəyərə layiq olmayanları kandarından uzaq tutmaqdır. Təklik tənhalıq deyil, tək qalmaqda qorxmayaraq sizin xeyli dostlarınız ola bilər, sizin əla ətrafınız ola bilər. Mənim var, sizin də ola bilər. Barmağım qanasa, yanıma qaçacaq dostlar varsa, necə tənha sayıla bilərəm?
Tənhalıq ruh halıdır, tənhalıq təkliyin qaranlıq, ümidsiz üzüdür. Təklik isə kamilləşmiş tənhalıqdır. Siz özünüz istəmədiyiniz üçün təksiniz, cüt deyilsiniz. Sizi cüt edəcək, ruhunuzu yerindən oynadacaq, ən əsası əhəmiyyətinizi TAM dərk edəcək biri olmadığı üçün təksiniz. Bütün bu yazdıqlarımızı təsəlli kimi qavrayırsınızsa, təəssüf ki, siz tənha insansınız. Siz dərk etməmisiniz varlığınızı, bəlkə də dərk edib də, ümidsizliyə uğramısınız.
Mənə arroqant, snobist, özündənrazı, heç kimi bəyənməz də deyə bilərsiniz, belə halda məni başa düşmədiyiniz üçün, fikrinizin də əhəmiyyəti olmayacaq. Amma xahiş edirəm, əgər dərin insansınızsa, dayazlaşdırmayın özünüzü. Təki kimləsə bir olum, yanımda qadın və ya kişi hiss edim deyə, özünüzü xərcləməyin, ucuzlaşmayın.
Əgər dərin adamısınızsa bunları etməyin, uymayın cəmiyyətin axmaq qaydalarına.
Ülviyyə
XƏBƏR LENTİ
6 yaşlı azərbaycanlının Rusiya telekanalındakı çıxışı hər kəsi heyrətləndirdi -VİDEO
Fərqli vaxtlarda eyni donu geyinən məşhurlar
"Rusiya Xəzər dənizi üzərindəki hava məkanından İŞİD-lə mübarizədə istifadə edəcək"
ABŞ-ın ən varlı adamı yenidən Bill Qeyts seçildi
Tək ayaqlı güllə əsgər
GMO məhsullarla bağlı yeni tələblər qoyulacaq
İş yerində arıqlamaq istərdinizmi?
Dəhşətli zəlzələ proqnozu:40 milyon insan öləcək
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər
Azərbaycan tarixindən yüz şəxsiyyət-49
''Karvinq dərsi''
Köhnə pianodan xəzinə çıxdı
Putin İlham Əliyevə məktub göndərdi
“Peyğəmbərin qarşısında günahkarıq”
Damarları təmizləyən içki
İlham Əliyev: “Daha səkkiz kənd işğaldan azad olundu”
Yıldız Tilbe Bakıda konsert verəcək-FOTO
Mobil telefonun zərəri
Qalstuk-dəsmallar
Osteoxondroz depressiya yaradır
Noutbukların satışı niyə azalır?
Uşaqların bunlara ehtiyacı var!
Qayalar üstündə möhtəşəm qala
İtaliyada son durum: “Artıq ölüləri saya bilmirik”
Həyəcan və depressiyadan onlar qoruyur
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Dünya Bankı Afrikaya 25 milyard ayıracaq-SƏBƏB
Dünya şöhrətli fotoqrafdan Bərdədəki erməni terrorunun daha bir kədərli səhifəsi...
Zakir Həsənov "Efes-2016" beynəlxalq təlimlərin İdarəetmə Mərkəzində olub
Alimlər bioloji həyatın ola biləcəyi yeni planet aşkarlayıb
Çinlilərin yeni smartfonu maraqlıdır
Ermənilər Qazax və Gədəbəy rayonlarını atəşə tutdular
Büşra Pekinin son halı təəccübləndirdi - FOTO
Dünyada ucuzlaşır, Azərbaycanda isə bahalaşır
Selfi sevgisi 150 illik heykəli parçaladı
Məktəblilər üçün düzgün qida menyusu
Güvənmədiyiniz adamlara zamin durmayın
Saakaşvili xalqa söz verdi
Azərbaycanda siqaret iki dəfə bahalaşa bilər
Hava xəbərdarlığı
Azərbaycanlı gəncin portreti
Prezidentin köməkçisi erməni vandalizminə daha bir sübutu nümayiş etdirdi - VİDEO
Yumurtanın təzə olub-olmadığını yoxlayın
Məşhur müğənnidən hamiləlik AÇIQLAMASI
Asena ev dustağı olub-SƏBƏB
Gözəl fincanlar
“Vogue” dərgisi məşhurlardan imtina edib, onları çəkdi - FOTO
Manqolu hind quşu budu (foto resept)
Marağı başına bəla oldu - 9 illik həbsi gözlənilir
Günün qoroskopu: məsləhətlərə qulaq asın















- ŞƏRHLƏR