
Hipodinamiya. Bu, hərəkət aktivliyinin məhdudluğu, əzələlərin yığılıb-açılmasının sayının azalması nəticəsində orqanizmin funksiyalarının - qan dövranının, dayaq-hərəkət aparatının, həzm və tənəffüs sisteminin işinin - pozulmasıdır. Hipodinamiya işin mexanizasiyası, avtomatlaşdırılması, həmçinin, kommunikasiya vasitələrinin və urbanizasiyanın inkişafı nəticəsində artır. Texniki proqress o səviyyəyə çatıb ki, insanlar çox zaman kompüter arxasında oturub işləyir, gəzintilərə az zaman ayırır, dincələndə isə uzanmağa üstünlük verirlər.
Ekologiya. Yemək, hava, su, geyim sağlamlığımıza təsir edən zərərli komponentlər və mikroelementlərlə doludur. Ekoloji çirkli ərazilərdə yaşayan insanlarda osteoxondroz riski var.
Sağlam olmayan qidalanma. Orqanizmin həzm edə bilmədiyi kalorili qida artıq çəki, maddələr mübadiləsinin pozulmasına yol açır, bunlar isə onurğaya birbaşa təsir edir. Əsəb tellərinə yük düşür və onlar normal işləyə bilmir.
Stress və neqativ emosiyalar. Əsəb sistemi korlananda maddələr mübadiləsinə təsir edir. Orqanizm özünü neqativdən qorumaq üçün duz birləşmələrini tutub saxlamağa çalışır.
Ağır yük qaldırmaq. Çox ağır yükü qaldıranda fəqərə diskləri yerini dəyişir, onurğa sütununun tarazlığı pozulur, bu isə duz yığılmasına səbəb olur.
Bədənin temperaturunun düşməsi, donma lümbaqo, nevralgiya və radikulit kimi xəstəliklər yaradır.
Osteoxondrozda niyə baş ağrıyır?
Boyun osteoxondrozundan əziyyət çəkənlərin çox zaman başı ağrıyır. Çünki onurğa arteriyası sıxılır və daralır. Yəni onurğa beynində qan dövranı aşağı düşür, əsəb sisteminin vacib bölgələri isə lazımi oksigeni ala bilmir. Onurğa disklərinin biri və ya bir neçəsi formasını dəyişən zaman başağrısı başlayır. Qığırdağın içindəki jeleyəbənzər maddə getdikcə quruyur, bundan sonra qığırdaq elastikliyini itirir, sonra çatlayır və fəqərələr arasına çıxır. Bu da yırtığa səbəb olur.
Zədələnmiş qığırdaq yerini dəyişdikcə onurğanın üstünə düşən gərginlik artır. Bu səbəbdən oynaq başlıqları yeyilir, üzərində sümük çıxıntıları yaranır, nəticədə fəqərə oynaqlarının iltihabı yaranır. Bir-birinə çox yaxın olan yerini dəyişmiş fəqərələr aralarından keçən onurğa nervlərini əzir. Şişkinlik və iltihab isə baş ağrılarına səbəb olur.
Osteoxondrozla əlaqəli baş ağrıları belə olur: qəfil sancı olur, tutma forması 6-10 saatadək ola bilir, sonra müntəzəm tutmalar olur, ağrı qəfil, güclü və intensiv olur, boynun ardında və gicgahlarda yaranır, ürəkbulanma, qusma ilə müşayiət olunur, tutma zamanı eşitmə hissi azalır, qəfil hərəkət edərkən ağrı çoxala bilir.
Osteoxondroz niyə depressiya yaradır?
Onurğa beyninin problemləri depressiyaya aparan birbaşa yoldur. Çünki insan xroniki ağrı hiss edir, çox yorulur, enerjisi tükənir. Ağrı daimi stressə səbəb olur ki, bunun da nəticəsi depressiya olur. Onurğasında ağrı olan insanlar özlərini ictimaiyyətdən təcrid edirlər, çünki ağrı hətta ağır olmayan işləri görməyə onlara imkan vermir, bu isə psixoloji narahatlıq yaradır.
Onurğa ağrısını bir dəfə hiss edənlər, hətta müalicə olunduqdan sonra ağrının təkrarlanacağından qorxurlar. Bu onların sosial aktivliyini azaldır və psixoloji disbalans yaradır. Maraqlıdır ki, bəzən onurğa xəstəliklərinin müalicəsi də depressiyaya yol açır: bəzi iltihab əleyhinə dərmanların yan təsiri məhz depressiyadır.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Koronavirus bu tarixdə geri qayıda bilər: Virus inkişaf edir
Gürcüstana qar yağdı-FOTO
Avropada temperatur +50 dərəcəyə çatır
Günün ulduz falı
İdman etməyənlər üçün dartınma hərəkətləri
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Maraqsız verilişlər adamı kökəldir
"Tullantıdan incəsənətə" layihəsinin təqdimatı olub
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
Ancelina Coli "Yekaterina" olacaq
Bakıda “Peyk şəhər” tikiləcək
HAVA necə olacaq?
Gicitkənin möcüzəvi gücü
Azərbaycanda ali məktəb bağlandı
Qəlbinizdə hiss edəcəyiniz xoşbəxtliklər
Qara istiot
"Siyah Beyaz Aşk" final edir
Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyənləşdi
Arıqladan ananas detoksu
“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi bəlli oldu
“Survivor”2020-in ən maraqlı kadrları-FOTO
Udinlər bayram edirlər
Qarabağa erməni ümidi azalır
16 yaşlı məktəblinin Nobel namizədliyi irəli sürülüb
Ərikli toplar (video-resept)
"Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yoluna çıxması, iqtisadi cəhətdən güclənməsi və tanınması üçün çox böyük işlər gördü"
Babil qülləsi və Afaziya
"Azərbaycan səhiyyəsinin ən ciddi problemi..."
Paşinyanın “sağ əli” məhv edilib
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
Lotereyada qazandığı pulla aldığı ərazidən xəzinə çıxdı - FOTO
Saç modelləri
2000 illik tarixi olan, yeyilə bilən kərə yağı tapıldı
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Əriştə şorbası (foto-resept)
Balın müalicəvi əhəmiyyəti
Elnur Aslanov nazirlikdə şöbə müdiri oldu
Mehriban Əliyeva Xalq artistini təbrik etdi
Cəbhədə erməni hərbçilər öldürüldü
Paytaxtda yay havası: 30 dərəcə isti olacaq
Çəkildiyi filmə nifrət edən məşhurlar: "Ürəyim bulanır"
5 saata 3 milyon yardım topladılar
Günün qoroskopu: Mübahisə etməyin!
Makaron salatı (foto resept)
Xurmalı, bananlı şirniyyat (foto-resept)
Məşhur aparıcıdan 10 milyonluq ianə
Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları da artırıldı
Günün ulduz falı
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda

- ŞƏRHLƏR