Evlilik iki şəxs arasında rabitə yaradan məfhumdur. Bir çox insan, bütün həyatı boyu sevdiyi insanı tapıb, onunla evlənmək arzusu qurur. Bəzi insanlar üçün evlilik zənciri cəhənnəm qorxusu kimidir. Evlilikdən qorxmaq gamophobia adlanır.
Gamophobia yunan sözü olub, " gamos" evlilik sözündən yaranmışdır. Bu fobiyanın əlaməti güclü və mütəmadi şəkildə evlilikdən və ikili münasibətdən qorxmaqdır. Bu insanlar bütün ömürlərini bir insanla keçirməkdən qorxurlar. Bu qorxusu olan insanlar, ölümdən qorxan insanlarla eyni hissləri keçirirlər. Bu fobiyalı insanlar kiminləsə münasibətdə ola bilərlər, lakin evliliklə bağlı söhbət açıldıqda çox əsəbləşib, reaksiya verəcəklər. Bu fobiya Anuptaphobia-nın ( subay qalmaq qorxusu) tam tərsi sayılır.
Gamophobia-nın səbəbləri nələrdir?
Bu fobiya qadınlarda da olsa da, xüsusilə kişilərdə rastlanır. Kişirlər evliliyin gətirdiyi sosial risklərdən, finanslar risklərdən qorxular. Çıxış yolunu evlilikdən qaçmaqda görürlər. Belə ki, gamophobianın səbəbləri bunlardır:
Şəxsi etibarsızlıq
Şəxsi etibarsızlıq ən əsas səbəblərdən sayılır. Evlilik asan deyil. Yüzlərlə məsuliyyət adamı qorxudur. Sən təkcə münasibətini bölüşmürsən, sən bütün şəxsi, sosial, maddi və hüquqi məsuliyyətlərini bölüşürsən. Bu fobiya sadalanan risklərə görə inkişaf edə bilir.
Stresli hadisə ilə əlaqəli
Bu fobiya, həmçinin şəxsin beynində olan neqativ düşüncə və hadisə ilə bağlı yarana bilər. Bu hadisələrə uşaqlıqda valideynləri arasında boşanma olması, valideynləri tərəfindən tərk edilmə, başqa evli şəxslərin münaqişəsini görmək, keçmişdə uğursuzluqla nəticələnən evlilik, partnyoru tərəfindən xəyanətlə qarşılaşmaq, mütəmadi uğursuz nəticələnən evliliklər haqqında eşitmək daxildir.
Depresiya
Evlilik fobiyası, həmçinin depresiv vəziyyətlər əlaqəli ola bilər. Şəxs evlənməyə həvəsli ola bilər, amma qorxular və təşviş bunu etməyə icazə verməz. Öz güvənin aşağı olması, seksual - öz güvənin aşağı olması və digər tipli depresiyalar evlilikdən qaçmağın səbəbidir.
Gamophobianın simptomları
Ən əsas simptomlar bunlardır:
İrasional və şiddətli evlilik qorxusu ( həmçinin evlilik bağlı düşüncələrdən qorxmaq)
Evliliklə bağlı söhbətlərdən və hadisələrdən qaçmaq
Aqressiya, panik atak
İrasional qorxu, lakin idarə edilə bilməyən
Aşağı öz güvən
Panikanın fiziki əlamətləri bunlardır: ağlamaq, ürək döyüntüsü, çətin nəfəs alma, tərləmə, narahatlıq hiss etmə, ürək bulanma, bayılma, titrəmək
Həkimə nə vaxt müraciət etməli?
Gamophobia ciddi təcrid olunma problemi yarada bilir. Bu şəxs evlilik haqqında olan düşüncələrdən qorxur, lakin onlardan xilas ola bilmir. Bu fobiya şəxsin münasibətinə və ailəsi olan münasibətinə pis təsir göstərir və bu münasibətləri zədələyir. Bu halda həkimə müraciət etmək lazımdır.Ümumiyyətlə, əgər əlamətlər tez-tez təkrarlanırsa, 6 ay davam edirsə, onda həkimə müraciət etmək lazımdır.
Gamophobianın müalicəsi necədir?
Müxtəlif psixoterapiyalardan və dərmanlardan istifadə edərək, bu fobiyanı müalicə etmək olar.
Cognitive Behavioral Therapy (CBT) ( koqnitiv davranış terapiyası)
Gamophobianın müalicəsində CBT ən efektli terapiya sayılır. Bu fobiya stresli xatirə və təcrübə nəticəsində yaranmış ola bilir. Terapevt konsultasiya vasitəsilə xəstənin evlilik haqqında olan mənfi düşüncələrini tapır. Xəstələr çox vaxt evlilik bağlı qorxuları olur, sırf evlilikdən qorxmasalar da. Terapevt sağlam ünsiyyət vasitəsilə mənfi düşüncələri, müsbət düşüncələrlə əvəz edir.
Exposure Therapy ( ifşa etmək terapiyası)
Bu terapiyada, terapevt xəstəni evlilik və onunla bağlı söhbətlə qarşılaşdırır. Bununla yanaşı, terapevt seans zamanı xəstəni rahat və sakit saxlamağa çalışır.
Ailə Terapiyası
Ailə terapiyası müalicə prosesində ən əsas komponent sayılır. Terapevt xəstənin ailəsi ilə birlikdə işləyir, onları fobiyalı vəziyyətlə bağlı xəbərdar edir. Müalicə zamanı ailədən gələn dəstək və motivasiya xəstənin sağalmağına xeyli kömək edir.
Dərmanlar
Təcrid olunma və təşviş halında dərmanlar kömək edə bilir. Dərmanlar adətən təşviş halına və depresiyaya qarşı işlədilir.
Tərcümə edən: Aida Ustaclı
Mənbə: https://www.healthtopia.net/disease/mental-health/phobia/gamophobia-fear-of-marriage
XƏBƏR LENTİ
Ledi Qaqa yenə hər kəsi heyrətləndirdi - FOTO
“Orta məktəblər ödənişli təhsilə keçir...”- Ekspert rəyləri
Engin Öztürk plastik əməliyyat etdirib?
Dünyanın ən yüksək yaşayış məskəni-FOTO
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
HAVA necə olacaq? 3 İyul
DİM abituriyentlərə müraciət etdi
Şəhid olan zabitimiz
Məmməd Əmin Rəsulzadə kimdir?
10 uşaq anası ideal bədən quruluşu ilə təəccübləndirdi-FOTO
Türk qırıcıları 400 hədəfi yerlə bir etdi
Uşaqların böyrəyini qorumaq üçün...
Kişi və qadın: yüz acını yeyərsən?
Fərqli səhər yeməyi (foto resept)
Niyə köhnə fotolarda heç kəs gülmür?
Filipp Kirkorovun 11 minlik paltarı oğurlandı
Bakıya 12 milyon doza gətirildi
Ermənilər hücuma keçdi
Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb - VİDEO
İlham Əliyevin veteranlar bağlı Fərman imzaladı
300 minədək toyuq məhv edildi - TƏHLÜKƏ
Koronavirus peyvəndi kimlərə vurulmalıdır?
Zəlzələ olduqda ayət namazı necə qılınmalıdır?
"Bakıda hazırkı temperatur normadan yüksəkdir" - Nazirlik
Ürək salatı
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaqda yenilik
2018-in trendləri
Geometrik dekorasiya
HAVA necə olacaq?- 17 MART
Ləl-cəvahirat seçimi necə olmalıdır?
Soyuğun faydaları
Qaşlarını yan dara, qız...
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
"Grammy": mərasim və qaliblər
Azərbaycanda zəlzələ olub
Vaxtilə xalqının imtina etdiyi gözəl
Dünyada ilk olan unikal əməliyyat Azərbaycanda baş tutdu
Yer kürəsinin temperaturu
Yeni ildə dünya əhalisinin sayı 7,444 milyard nəfərə çatacaq
Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat
Tarkandan qızı üçün daha bir QƏRAR
Afinanın şah damarı kəsildi
Məşhur aktyor evlənir
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
Səni daha yaxşı edəcək 30 vərdiş
ETİRAFLAR-"Xoşbəxt olmaq istəyirik!"
Varlıların yeni dəbi
Azərbaycan böyük müharibəyə başlasa, nə baş verəcək?
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Beyni işləməyə necə məcbur etmək olar?(2)















- ŞƏRHLƏR