Qadin.NET / Gamophobia - evlilikdən qorxma

Gamophobia - evlilikdən qorxma

 

 

Gamophobia - evlilikdən qorxma



 

Evlilik iki şəxs arasında rabitə yaradan məfhumdur. Bir çox insan, bütün həyatı boyu sevdiyi insanı tapıb, onunla evlənmək arzusu qurur. Bəzi insanlar üçün evlilik zənciri cəhənnəm qorxusu kimidir. Evlilikdən qorxmaq  gamophobia adlanır.

 

Gamophobia yunan sözü olub, " gamos" evlilik sözündən yaranmışdır. Bu fobiyanın əlaməti güclü və mütəmadi şəkildə evlilikdən və ikili münasibətdən qorxmaqdır. Bu insanlar bütün ömürlərini bir insanla keçirməkdən qorxurlar. Bu qorxusu olan insanlar, ölümdən qorxan insanlarla eyni hissləri keçirirlər. Bu fobiyalı insanlar kiminləsə münasibətdə ola bilərlər, lakin evliliklə bağlı söhbət açıldıqda çox əsəbləşib, reaksiya verəcəklər. Bu fobiya Anuptaphobia-nın ( subay qalmaq qorxusu) tam tərsi sayılır. 

 

 Gamophobia-nın səbəbləri nələrdir?

Bu fobiya qadınlarda da olsa da, xüsusilə kişilərdə rastlanır. Kişirlər evliliyin gətirdiyi sosial risklərdən, finanslar risklərdən qorxular. Çıxış yolunu evlilikdən qaçmaqda görürlər. Belə ki, gamophobianın səbəbləri bunlardır:

 

Şəxsi etibarsızlıq

Şəxsi etibarsızlıq ən əsas səbəblərdən sayılır. Evlilik asan deyil. Yüzlərlə məsuliyyət adamı qorxudur. Sən təkcə münasibətini bölüşmürsən, sən bütün şəxsi, sosial, maddi və hüquqi məsuliyyətlərini bölüşürsən. Bu fobiya sadalanan risklərə görə inkişaf edə bilir. 

 

Stresli hadisə ilə əlaqəli

Bu fobiya, həmçinin şəxsin beynində olan neqativ düşüncə və hadisə ilə bağlı yarana bilər. Bu hadisələrə uşaqlıqda valideynləri arasında boşanma olması, valideynləri tərəfindən tərk edilmə, başqa evli şəxslərin münaqişəsini görmək, keçmişdə uğursuzluqla nəticələnən evlilik, partnyoru tərəfindən xəyanətlə qarşılaşmaq, mütəmadi uğursuz nəticələnən evliliklər haqqında eşitmək daxildir.

 

Depresiya

Evlilik fobiyası, həmçinin depresiv vəziyyətlər əlaqəli ola bilər. Şəxs evlənməyə həvəsli ola bilər, amma qorxular və təşviş bunu etməyə icazə verməz. Öz güvənin aşağı olması, seksual - öz güvənin aşağı olması və digər tipli depresiyalar evlilikdən qaçmağın səbəbidir.

 

Gamophobianın simptomları

 

Ən əsas simptomlar bunlardır:

 

İrasional və şiddətli evlilik qorxusu ( həmçinin evlilik bağlı düşüncələrdən qorxmaq)

Evliliklə bağlı söhbətlərdən və hadisələrdən qaçmaq

Aqressiya, panik atak 

İrasional qorxu, lakin idarə edilə bilməyən

Aşağı öz güvən

 

Panikanın fiziki əlamətləri bunlardır: ağlamaq, ürək döyüntüsü, çətin nəfəs alma, tərləmə, narahatlıq hiss etmə, ürək bulanma, bayılma, titrəmək

 

Həkimə nə vaxt müraciət etməli?

 

Gamophobia ciddi təcrid olunma problemi yarada bilir. Bu şəxs evlilik haqqında olan düşüncələrdən qorxur, lakin onlardan xilas ola bilmir. Bu fobiya şəxsin münasibətinə və ailəsi olan münasibətinə pis təsir göstərir və bu münasibətləri zədələyir. Bu halda həkimə müraciət etmək lazımdır.Ümumiyyətlə, əgər əlamətlər tez-tez təkrarlanırsa, 6 ay davam edirsə, onda həkimə müraciət etmək lazımdır.

 

Gamophobianın müalicəsi necədir?


Müxtəlif psixoterapiyalardan və dərmanlardan istifadə edərək, bu fobiyanı müalicə etmək olar. 

 

 

 

Cognitive Behavioral Therapy (CBT) ( koqnitiv davranış terapiyası)

 

Gamophobianın müalicəsində CBT ən efektli terapiya sayılır. Bu fobiya stresli xatirə və təcrübə nəticəsində yaranmış ola bilir. Terapevt konsultasiya vasitəsilə xəstənin evlilik haqqında olan mənfi düşüncələrini tapır. Xəstələr çox vaxt evlilik bağlı qorxuları olur, sırf evlilikdən qorxmasalar da. Terapevt sağlam ünsiyyət vasitəsilə mənfi düşüncələri, müsbət düşüncələrlə əvəz edir. 

 

 

Exposure Therapy ( ifşa etmək terapiyası)

 

Bu terapiyada, terapevt xəstəni evlilik və onunla bağlı söhbətlə qarşılaşdırır. Bununla yanaşı, terapevt seans zamanı xəstəni rahat və sakit saxlamağa çalışır.

 

Ailə Terapiyası 

 

Ailə terapiyası müalicə prosesində ən əsas komponent sayılır. Terapevt xəstənin ailəsi ilə birlikdə işləyir, onları fobiyalı vəziyyətlə bağlı xəbərdar edir. Müalicə zamanı ailədən gələn dəstək və motivasiya xəstənin sağalmağına xeyli kömək edir. 

 

 

Dərmanlar

 

Təcrid olunma və təşviş halında dərmanlar kömək edə bilir. Dərmanlar adətən təşviş halına və depresiyaya qarşı işlədilir.

 

 

Tərcümə edən: Aida Ustaclı

 

Mənbə: https://www.healthtopia.net/disease/mental-health/phobia/gamophobia-fear-of-marriage


14 fevral 2017
GO BACK