Bu dəfə sizlərə gözəl bölgəmiz olan Qax rayonun mətbəxindən danışacam. İlk öncə onu deyim ki, Qax rayonu öz gözəlliyi ilə fərqlənir. Müalicəvi suları, gözəl təbiəti ilə göz oxşayır. Hər dəfə Qax rayonuna getdikdə sakin yol boyu tuneldəki kimi hiss edirsən özünü. Bu tunel onunla fərqlənir ki, daşdan, qayadan yox ağaclardan ibarətdir. Ağaclar o qədər sıxdır ki, sanki yaşıl tunel ilə gedirsən.
http://qadin.net/index.php?newsid=23996
Hər bir rayonun özünə məxsus mətbəxi olduğu kimi Qax rayonunda özünə məxsus mətbəxi var. Qax mətbəxi deyəndə ağlımıza ilk öncə quru ət (qaxac) gəlir. Quru ətdən bir çox yeməklər hazırlanır.
İlk öncə yeməklərdən başlayaq.
Qaxac və quru dolma
Şorbalı xəngəl. Yaxın zamanlarda saytımızda yerləşdiriləcək.
Əvvəlcə 3-4 ədəd baş soğan yağda rəngi qızarana kimi qovrulur. Üzərinə toyuğu doğrayıb, duz, istiot əlavə olunur. Daha sonra üzərinə "Bizim Tarla" tomat pastası əlavə olunur. Azca qovruduqdan sonra təxminən 3 st.su əlavə olunur.Toyuq bişdikdən sonra üzərinə yumurtanı çalıb əlavə edirik.
Daha sonra xəmir yogrulur və xəngəl hazırlanır. Xəngəli süfrəyə ayrı-ayrı boşqablara töküb, üzərinə çıxana kimi şorbanı əlavə edirik. Zövqə görə sarımsaqda vura bilərik.
Sürhüllü - quru ətlə
http://qadin.net/index.php?newsid=24345
Artıq saytımızda dərc olunub.
Sürhülü - ətlə
Şor gürzəsi
Adı gürzə xəmiri yoğrulur və kəsilir. İçlik üçün 1 baş soğan doğranıb qovrulur. Duz, istiot əlavə edilir. Daha sonra duzsuz kəsmik (şor) əlavə olunub qovrulur. Bu içlik kəsilmiş xəmirin içinə qoyulur və adı gürzə kimi bişirilir.
Qaxda plovların növləri çoxdur. Çox təəssüf ki,onların hamının şəkilini tapa bilmədim.
Quru ətlə plov
Qozlu - toyuqlu plov
Bu plov çox asan hazırlanan plovdu, həmdə çox dadlıdır. 0.5 kq.qoz ləpəsi ət maşınından çəkilir. Kənarda maş lobya bişirilir (yarım kq. qoza 2 st. lobya lazımdır). Bişmiş lobya qoza qarışdırılır üzərinə baş soğan xırda-xırda doğranılır. Daha sonra duz, istiot və 1 qaşıq turşu (palçıq turşu deyirlər) vurulur. 1.5 kq düyü qaynadılır, bişir, süzülür və qazmaq hazırlanır. Bir qat düyü əlavə olunur. Qazanın bir qırağına hazırlanmış qoz əlavə edilir. Digər tərəfinə isə duz, istiot vurulub, turşulanıb doğranılmış toyuq ətini qoyuruq (toyuq olmasa ət də olar). Daha sonra qalan düyünü əlavə edib dəmə qoyuruq.
Çığırtmalı plov
Səbzili plov
Tutlu plov
Ocağa su qoyub tut əlavə edirik. Qaynadıqdan sonra suyu süzürük. Süzdüyümüz suyu yəni şərbəti qaynamağa qoyuruq. Düyünü əlavə edirik və düyü qaynamağa başladıqda süd əlavə olunur. Daha sonra digər plovlarda olduğu kimi düyünü süzürük. Hazır olduqdan sonra plovun üzərinə kənarda qızardılmış qayğanaq qoyub xurma ilə bəzəyirik.
Gicitkən kətəsi
Fındıq gürzəsi
P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar, sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR