Qadin.NET / Bölgələrimizin mətbəxi - Qax

Bölgələrimizin mətbəxi - Qax

 

        Bu dəfə sizlərə gözəl bölgəmiz olan Qax rayonun mətbəxindən danışacam. İlk öncə onu deyim ki, Qax rayonu öz gözəlliyi ilə fərqlənir. Müalicəvi suları, gözəl təbiəti ilə göz oxşayır.  Hər dəfə Qax rayonuna getdikdə sakin yol boyu tuneldəki kimi hiss edirsən özünü. Bu tunel onunla fərqlənir ki, daşdan, qayadan yox ağaclardan ibarətdir. Ağaclar o qədər sıxdır ki, sanki  yaşıl tunel ilə gedirsən.

http://qadin.net/index.php?newsid=23996

       Hər bir rayonun özünə məxsus mətbəxi olduğu  kimi Qax rayonunda özünə məxsus mətbəxi var. Qax mətbəxi deyəndə ağlımıza ilk öncə quru ət (qaxac) gəlir.  Quru ətdən bir çox yeməklər hazırlanır.

İlk öncə yeməklərdən başlayaq.

Qaxac və quru dolma

Şorbalı xəngəl. Yaxın zamanlarda saytımızda yerləşdiriləcək.

Bölgələrimizin mətbəxi - Qax

    Əvvəlcə 3-4 ədəd baş soğan  yağda rəngi qızarana kimi qovrulur.  Üzərinə toyuğu doğrayıb, duz, istiot əlavə olunur. Daha sonra üzərinə "Bizim Tarla" tomat pastası əlavə olunur. Azca qovruduqdan sonra təxminən 3 st.su əlavə olunur.Toyuq bişdikdən sonra üzərinə yumurtanı çalıb əlavə edirik.

Daha sonra xəmir yogrulur və xəngəl hazırlanır. Xəngəli süfrəyə ayrı-ayrı boşqablara töküb, üzərinə çıxana kimi şorbanı əlavə edirik. Zövqə görə sarımsaqda vura bilərik.

Sürhüllü - quru ətlə

http://qadin.net/index.php?newsid=24345

Artıq saytımızda dərc olunub.

Sürhülü - ətlə

Bölgələrimizin mətbəxi - Qax

Şor gürzəsi

     Adı gürzə xəmiri yoğrulur və kəsilir. İçlik üçün 1 baş soğan doğranıb qovrulur. Duz, istiot əlavə edilir. Daha sonra duzsuz kəsmik (şor) əlavə olunub qovrulur. Bu içlik kəsilmiş xəmirin içinə qoyulur və adı gürzə kimi bişirilir.

Qaxda plovların növləri çoxdur. Çox təəssüf ki,onların hamının şəkilini tapa bilmədim.

Quru ətlə plov

 

Qozlu - toyuqlu plov

     Bu plov çox asan hazırlanan plovdu, həmdə çox dadlıdır. 0.5 kq.qoz ləpəsi ət maşınından çəkilir. Kənarda maş lobya bişirilir (yarım kq. qoza 2 st. lobya lazımdır). Bişmiş lobya qoza qarışdırılır üzərinə baş soğan xırda-xırda doğranılır. Daha sonra duz, istiot və 1 qaşıq turşu (palçıq turşu deyirlər) vurulur. 1.5 kq düyü qaynadılır, bişir, süzülür və qazmaq hazırlanır. Bir qat düyü əlavə olunur. Qazanın bir qırağına hazırlanmış qoz əlavə edilir. Digər tərəfinə isə duz, istiot vurulub, turşulanıb doğranılmış toyuq ətini qoyuruq (toyuq olmasa ət də olar). Daha sonra qalan düyünü əlavə edib dəmə qoyuruq.

Çığırtmalı plov

Səbzili plov

Tutlu plov

    Ocağa su qoyub tut əlavə edirik. Qaynadıqdan sonra suyu süzürük.  Süzdüyümüz suyu yəni şərbəti qaynamağa qoyuruq. Düyünü əlavə edirik və düyü qaynamağa başladıqda süd əlavə olunur. Daha sonra digər plovlarda olduğu kimi düyünü süzürük. Hazır olduqdan sonra  plovun üzərinə kənarda qızardılmış qayğanaq qoyub xurma ilə bəzəyirik.

Gicitkən kətəsi

Bölgələrimizin mətbəxi - Qax

Fındıq gürzəsi

Qoz mürəbbəsi
Əgər bilmədiyim, əlavə etmədiyim hansısa yemək varsa, üzürlü sayın. Xəbəri hazırlamaqda köməklik etdiyi üçün YEGANANazlı xanıma təşəkkürümü bildirirəm. Qeyd edim ki, hər iki xanım Qax rayonundandır.

 

P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar, sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.

19 mart 2013
GO BACK