Qısqanclıq əsasən etibarsızlıqdan yaranan daxili bir hissdir. Uşaq zaman keçdikcə bu hissinə nəzarət edərək balanslı yaşamağı öyrənir. Lakin bəzi uşaqlar sevdikləri adamların başqalarına maraq göstərməsindən narahat olurlar.
Qısqanclıq - uşaqların özü və ətrafındakı insanlarla müsbət və balanslı əlaqələr qurmasına mane olan, onları bədbəxt edən vəziyyətdir.
Yeni uşağın dünyaya gəlməsi isə qısqanclığın başlanğıcı ola bilər.O günə qədər bütün sevgi və marağı tək yaşayan uşaq indi bütün bunları yeni qardaşı (bacısı) ilə bölməlidir. Yeni doğulan körpənin anadan asılı olması qısqanclıq hissini daha da artırır.Körpəni qısqanan uşaqda mızıldanmaq, körpə kimi danışmaq, döş istəmək, altını islatmaq kimi qəribə davranışlar müşahidə edilir. Uşaq "Yuxum gəldi", "Acmışam" və s. kimi sözlərlə valideynləri narahat edib diqqəti özünə cəlb etməyə çalışır. Davamlı narahatlıq duyur və ətrafdakıları da narahat edir. Sadə səbəblərə hirslənir,əşyalarına zərər verir, səbəbsiz ağlayır. Valideynlərin uşaqlar arasında müqayisə aparmaları da qısqanclığı gücləndirir.
"Qardaşın səndən kiçik olduğu halda hər şeyi səndən daha yaxşı edir","Qardaşına bir dəfə deyəndə dərhal anlayır, sənə dəfələrlə söylədim, hələ anlamırsan" kimi sözlər uşağın nifrətini daha da artırır.
Uşaq körpəni qısqandığı üçün ona zərər verə, əşyalarını sındıra bilər. Belə vəziyyətdə uşağın cəzalandırılması işi daha da çətinləşdirir.Uşaq böyüklərin yanında yalandan sevgi nümayiş etdirsə belə,fürsət tapan kimi qardaşını gizlicə əlındən yerə sala, çimdikləyə, ağlada bilər.
Qısqanclığın olmaması üçün bəzi tədbirlər görülməlidir. Uşağa kifayət qədər ehtiyacı olan sevgi və diqqət ayrılmalıdır. Valideynlər yeni uşaq doğulan zaman digər uşağı buna alışdırmalıdır.Yeni qardaşın (bacının) baxıma ehtiyacı olduğu üçün ata-ananın onunla da vaxt keçirməsi lazım olduğu izah edilməlidir.Yeni doğulan körpəyə qulluq edərkən digər uşaqdan da kömək istənməlidir."Bezi gətirə bilərsənmi? Gəl, balacanı birlikdə çimizdirək" və s.
Valideynlər uşaqları qətiyyən müqayisə etməməlidir. Hər uşağın fərqli xüsusiyyətləri olduğu unudulmamalıdır. Uşaq bağçaya veriləcəksə, bu, yeni körpə doğulmadan əvvəl edilməlidir ki, onda evdən uzaqlaşdırıldığı düşüncəsi yaratmasın. Və yaxud da yeni uşağın doğulmasından dərhal sonra ananın rahat olması üçün ilk uşağın nənənin yanına göndərilməsi məsləhətdir.
* Uşağa qardaşıyla (bacısıyla) yarışacağı sözlər deməyin.
* Qısqanan uşaqla əvvəlki kimi vaxt keçirməyə davam edilməlidir ki, özünə inamı itməsin .
* Ehtiyat məqsədi ilə uşağı körpədən uzaqlaşdırmağa çalışmaq edə biləcəyiniz ən böyük səhvlərdən biridir.
* Ətrafdakı insanların yeni doğulan körpəyə çox diqqət göstərməsi digər uşağın onu qısqanmasına səbəb olar.Daha diqqətli və şüurlu olmaq lazımdır.
* Yeni doğulan körpəni pisləmək digər uşaq üçün inandırıcı olmaz və sizə olan etibarını itirməsinə gətirib çıxarar.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR