Qadin.NET / Uşaq qısqanclığı

Uşaq qısqanclığı

 Uşaq qısqanclığı

 

Qısqanclıq əsasən etibarsızlıqdan yaranan daxili bir hissdir. Uşaq zaman keçdikcə bu hissinə nəzarət edərək balanslı yaşamağı öyrənir. Lakin bəzi uşaqlar sevdikləri adamların başqalarına maraq göstərməsindən narahat olurlar.

Qısqanclıq - uşaqların özü və ətrafındakı insanlarla müsbət və balanslı əlaqələr qurmasına mane olan, onları bədbəxt edən vəziyyətdir.

Qısqanc uşaqlar özlərinə qarşı olan maraq və sevginin başqasına yönəlməsi nəticəsində özünü tərk edilmiş, tənha hiss edirlər. Onlarda marağı özünə cəmləmiş adama qarşı hirs, nifrət, qisas almaq duyğuları yaranır. Diqqəti yenidən özünə cəlb etmək üçün qaydalara tabe olmaz, söz dinləməz, dərslərində müvəffəqiyyətsiz olar.Tək istədiyi itirdiyi sevgini və diqqəti yenidən qazanmaqdır. 

 

Uşaq qısqanclığı

 

 Yeni uşağın dünyaya gəlməsi isə qısqanclığın başlanğıcı ola bilər.O günə qədər bütün sevgi və marağı tək yaşayan uşaq indi bütün bunları yeni qardaşı (bacısı) ilə bölməlidir. Yeni doğulan körpənin anadan asılı olması qısqanclıq hissini daha da artırır.Körpəni qısqanan uşaqda mızıldanmaq, körpə kimi danışmaq, döş istəmək, altını islatmaq kimi qəribə davranışlar müşahidə edilir. Uşaq "Yuxum gəldi", "Acmışam" və s. kimi sözlərlə valideynləri narahat edib diqqəti özünə cəlb etməyə çalışır. Davamlı narahatlıq duyur və ətrafdakıları da narahat edir. Sadə səbəblərə hirslənir,əşyalarına zərər verir, səbəbsiz ağlayır. Valideynlərin uşaqlar arasında müqayisə aparmaları da qısqanclığı gücləndirir.

Uşaq qısqanclığı

"Qardaşın səndən kiçik olduğu halda hər şeyi səndən daha yaxşı edir","Qardaşına bir dəfə deyəndə dərhal anlayır, sənə dəfələrlə söylədim, hələ anlamırsan" kimi sözlər uşağın nifrətini daha da artırır.

Uşaq körpəni qısqandığı üçün ona zərər verə, əşyalarını sındıra bilər. Belə vəziyyətdə uşağın cəzalandırılması işi daha da çətinləşdirir.Uşaq böyüklərin yanında yalandan sevgi nümayiş etdirsə belə,fürsət tapan kimi qardaşını gizlicə əlındən yerə sala, çimdikləyə, ağlada bilər.

Uşaq qısqanclığı

Qısqanclığın olmaması üçün bəzi tədbirlər görülməlidir. Uşağa kifayət qədər ehtiyacı olan sevgi və diqqət ayrılmalıdır. Valideynlər yeni uşaq doğulan zaman digər uşağı buna alışdırmalıdır.Yeni qardaşın (bacının) baxıma ehtiyacı olduğu üçün ata-ananın onunla da vaxt keçirməsi lazım olduğu izah edilməlidir.Yeni doğulan körpəyə qulluq edərkən digər uşaqdan da kömək istənməlidir."Bezi gətirə bilərsənmi? Gəl, balacanı birlikdə çimizdirək" və s. 

Uşaq qısqanclığı

Valideynlər uşaqları  qətiyyən müqayisə etməməlidir. Hər uşağın fərqli xüsusiyyətləri olduğu unudulmamalıdır. Uşaq bağçaya veriləcəksə, bu, yeni körpə doğulmadan əvvəl edilməlidir ki, onda evdən uzaqlaşdırıldığı düşüncəsi yaratmasın. Və yaxud da yeni uşağın doğulmasından dərhal sonra ananın rahat olması üçün ilk uşağın nənənin yanına göndərilməsi məsləhətdir.

Uşaq qısqanclığı

* Uşağa qardaşıyla (bacısıyla) yarışacağı sözlər deməyin.

* Qısqanan uşaqla əvvəlki kimi vaxt keçirməyə davam edilməlidir ki, özünə inamı itməsin .

*  Ehtiyat məqsədi ilə uşağı körpədən uzaqlaşdırmağa çalışmaq edə biləcəyiniz ən böyük səhvlərdən biridir.

* Ətrafdakı insanların yeni doğulan körpəyə çox diqqət göstərməsi digər uşağın onu qısqanmasına səbəb olar.Daha diqqətli və şüurlu olmaq lazımdır.

* Yeni doğulan körpəni pisləmək digər uşaq üçün inandırıcı olmaz və sizə olan etibarını itirməsinə gətirib çıxarar.

Uşaq qısqanclığı
19 fevral 2013
GO BACK