Eyni ailədə, eyni tərbiyəni görmüş uşaqlar bəzən çox fərqli olurlar. Valideynlər bu fərqliliyi heç cür anlaya bilmirlər. Bir uşaq ailənin qüruru, o birisi isə gizlətmək istədikləri doğmaları olur. Bu ona görə baş verir ki, uşağın xarakterinin formalaşmasına tərbiyə ilə yanaşı, ailədə onun üçün ayrılan rol da təsir edir.
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, uşaqlara eyni diqqəti göstərmək, eyni dərəcədə sevgi vermək bəzən mümkün olmur. Belə ki, əgər valideynlər uşaqlarına fərqli yanaşdıqlarını açıq-aydın hiss etdirirlərsə, uşaqlar bunu çox pis keçirirlər. "Valideynlər bacardıqca uşaqlara eyni yanaşmalı, hansınısa daha çox istəsələr belə, bunu gizlətməlidirlər. Əks halda uşaqlarını psixoloji travmadan qoruya bilməyəcəklər".
Həmidli bildirib ki, ilk uşaq ailədə iki valideyn tərəfindən bütün diqqəti alır. İkinci uşaq dünyaya gələndən sonra isə diqqət həmin uşağa yönəlir. Birinci uşaq artıq böyüklərin tərəfinə keçir. İlk uşaqlar daha tez məsuliyyət hissini duyur, böyükləri təqlid etmək istəyindən əziyyət çəkir, liderliyə, bəzən də mükəmməlçiliyə meyl edirlər. Özündən balaca bacı-qardaşlara qayğı göstərmək uşağın emosional və psixoloji inkişafını da sürətləndirir. Sonrakı uşaqlar ailə tərəfindən daha çox əzizlənirlər. Onlar rahatlıqla başqalarının qayğısını, köməyini qəbul edir, həyata nikbin baxışları ilə fərqlənirlər. Lakin onlar daim böyük bacı-qardaşlarına qarşı müqavimət göstərməli olurlar. Bu da onların ya üsyankar xarakterli olmasına, ya da güzəştə getməsinə gətirib çıxarır.
Psixoloq qeyd edib ki, ailədə sonbeşik qızdırsa, o, çox mehriban olur. Valideynləri, nənə-babaları tərəfindən daim əzizlənir. Ailə üzvləri sonbeşiklərində öz sevinclərini tapır, gününü onu oynatmaqla keçirirlər. Balaca bacı olmağın üstünlüyü daim diqqət mərkəzində olmaları və çox sevilmələridir. Böyük uşaqlar da onlara qayğı göstərir və kömək edirlər. Belə uşaq maddi cəhətdən də yaxşı təmin edilir. Həm valideynlər, həm də böyük bacı-qardaş ona hər şey almağa hazır olurlar.
Lakin balaca bacı olmağın mənfi tərəfi böyük uşaqların ona qarşı qısqanc münasibəti və ona nəzarətin, təzyiqin çox olmasıdır. Belə uşaqlar böyüdükdə iradəsiz olur, müstəqil və özünə güvənən insan olmurlar.
Böyüdükcə balaca bacı kimdənsə asılı olma kompleksi ilə mübarizə aparmalı olur. Belə uşaqlar çətinliklə məsuliyyətli olmağı, öz tələbatlarını təmin etməyi, müstəqil olmağı, məqsədlərinə çatmağı öyrənirlər. Bəzən onlar özlərini o qədər asılı hiss edirlər ki, bu asılılıqdan qurtulmaq üçün valdideynləri, bacı-qardaşlarından uzaq bir yerə getməli olurlar. Böyük uşaqlara nisbətən sonbeşiklər müstəqil yaşamağı gec öyrənirlər. Onlar müstəqilliyə can atan zaman öz doğmalarından ayrılmağı istədikləri üçün özlərini günahkar hiss edirlər.
Ailədə böyük qardaşın olması bacıda oğlanlara qarşı mərhəmət hissini formalaşdırır. Onlar böyüdükcə kişilərə hörmətlə yanaşır, onları daha yaxşı başa düşür, kişinin qayğısına qalmağı, ondan kömək qəbul etməyi daha asan öyrənir. Lakin əgər böyük qardaş bacısına qarşı kobuddursa, balaca bacıda qurban kompleksini inkişaf etdirir. Belə qızlar böyüdükdə iradəsiz, məsuliyyətsiz, passiv-aqressiv qadın olurlar. Belə qadınlar həyat yoldaşları seçərkən özlərindən asılı olmadan qardaşına oxşayan kişini seçirlər. Nəticədə uşaqlıqda aldıqları travmalarla yenidən üzləşirlər. Lakin qadın travmalardan keçə bilsə, qurban rolundan qurtula bilər. Tədricən qadında kişilərə qarşı etibar hissi formalaşacaq və o, özünə daha əmin olacaq.
Müsahibimiz bildirib ki, böyük bacının ailədə rolu böyükdür. Balaca uşaqlar üçün böyük bacı mehriban və onları qoruyan mələkdir. Əvvəlcə böyük bacılara balaca uşaqlara baxmaq xoş gəlir. Onlar valideyn rolunu öz üzərinə götürür, bacı-qardaşları ilə müqayisədə özlərini güclü hiss edirlər. Böyük bacı rolunun üstünlüyü emosional inkişaf, balacaların sevgisi və minnətdarlığı, lider olmağın mümkünlüyü, valideynlərin etibarı, daha inkişaf etmiş intellektdir.
Amma bu rolun mənfi tərəfləri də var. Böyükləri təqlid etmək uşaqda mükəmməlçiliyi, nəzarət etmək istəyini formalaşdırır. Belə uşaqlar həm də uşaqlığını yaşamırlar. Onlar vaxtlarının çox hissəsini balaca uşaqlara baxmaqla keçirirlər. Onlar özlərindən asılı olmadan valideyn diqqətini qazanmaq üçün balacalarla rəqabətə də girirlər. Bəzən rəqabət hissi paxıllığa və balaca bacı-qardaşlara qarşı nifrət hissinə keçir.
Psixoloqun dediyinə görə, böyük bacıların hiper himayəsi balacaların sosial mühitə adaptasiya olmasına imkan vermir. Böyük bacılar ailə qurarkən ana rolunu oynamağa başlayırlar. Bu səbəbdən də böyük bacılar ailə həyatı qurandan sonra böyük bacı rolundan çıxıb həyat yoldaşı rolunu oynamalıdırlar.
Balaca qardaşlar isə gələcəkdə böyük bacılarına oxşar - müstəqil və qayğıkeş qadınları həyat yoldaşı kimi seçirlər. Onlara elə gəlir ki, böyük bacılarına oxşayan həyat yoldaşı onların həyatlarını rahat edəcək. O, özü isə ailə üçün o qədər də zəhmət çəkməyəcək. Lakin çox aqressiv bacısı olan qardaşlar qadınlara qarşı inamını itirirlər. Belə kişilər adətən nikahda həyat yoldaşlarını üstələməyə, mənəvi cəhətdən sıxmağa çalışırlar. Onlar hətta uşaqların diqqətinə görə də həyat yoldaşları ilə mübarizə aparırlar. Qadına nəzarət edir və psixoloji təzyiq göstərirlər.
XƏBƏR LENTİ
Gülməli heyvanlar (2)
"Soyuq əllər, isti ürək” yarmarkası açıldı - FOTO
Rus dili dərs-25
Kolbasada ölümcül təhlükə
Bürclərin musiqi seçimi (1)
Quru saçlar üçün təsirli maskala
Böyrəkləri qorumaq üçün 8 qızıl qayda
Sabirabadlının başına "dövlət quşu" qondu
Delfinlər
HAVA necə olacaq?
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
Azərbaycan səmasında uçan obyekt göründü
Bütün xanımlar bunu bacarmalıdırlar
Uşaqlar üçün yaz kolleksiyonu
Koronavirusun kişilər üçün qorxunc fəsadı açıqlandı
Ermənilər Qubadlıda tarixi məscidi donuz tövləsinə çevirdi
Ayrılıq “salam”dan başlar…
Koronavirus vaksininin qiyməti açıqlandı
ABŞ-da internet qanunları dəyişir
Məkkədə zəvvarları su basdı
Xəyalların intiharı...
4 yaşlı uşağa ömürlük həbs cəzası verildi
Elastikliyi artıran 3 dartınma hərəkəti
Dişlə və mahnını dinlə
"Bakıda Çinin saxta məktəbli formaları satılır"
Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma
Ledi Qaqa kökəldi-FOTO
3 yaşlı qız bütün dünyanı MAT QOYDU -FOTO
Cəbhədə vəziyyət gərginləşdi
Azərbaycanın gözlədiyi möhtəşəm Qələbə paradının hazırlıqlarından yeni görüntülər - VİDEO
Serdar Ortaç kitab yazır!
Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu
Üzdəki tüklər üçün MASKA
Dərsə gedənlər üçün asan saç modelləri
Günün ulduz falı - 24.12.2013
Prezident "Məktəbəqədər təhsil haqqında" qanunun tətbiqi barədə fərman imzaladı
Kişilərin tez-tez dedikləri 6 yalan
Qeyri-adi gözəllikdə rəsmlər
“Euronews” telekanalı “Gəncə-Avropa Gənclər Paytaxtı” layihəsini işıqlandırıb
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
"Interstellar" filmi yeni elmi kəşf təmin edib
Bu gün 7 şəhərdə imtahan keçiriləcək
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Körpələr hələ 3 aylıqkən duyğuları hiss edir
Məktəbli geyimlərini hardan alaq?
Dodaq boyası çəkərkən yol verilən səhvlər
Baş infeksionist: “Simptomsuz xəstələr daha təhlükəlidir” - VİDEO
Hitlerlə bağlı şok iddia
Mənim pişiklərim
Məktəblərdə qısa tətillər ola bilər
- ŞƏRHLƏR