Modern.az bu mövzunu davam etdirərək medianın üzdə olan simaları arasında sorğu keçirib.
Müşviq Ələsgərli (Jurnalistlərin Həmkarlar İttifaqının sədri): “Vikipediya elektron ensiklopediya kimi çox dəyərli vasitədir. Həm özüm haqqımda, həm də təşkilatımız barəsində məqalələr yerləşdirmişəm. Burada yerləşdirilən hər bir məqalə dünyanın istənilən yerində ilkin informasiya mənbəyi hesab olunur. Bu səbəbdən də Vikipediya çox vacib olan məsələdir. İmkanım olduqca Azərbaycanın mənafeyini özündə əks etdirən məqalələrin yerləşdirilməsinə çalışıram. Azərbaycan haqqında da kifayət qədər informasiyalar yığılıb, amma burada müəyyən problemlər var. Problem də ondan ibarətdir ki, Azərbaycan haqqında olan informasiya öz dilimizdə verilir. Amma dünyanın ən çox istifadə olunan ingilis, rus dillərinə tərcümə olunmur. Elə ensiklopediyanın da mahiyyəti məqaləni informasiyanı beynəlxalq dillərlə beynəlxalq arenaya çıxartmaqdan ibarətdir. Azərbaycan haqqında kifayət qədər olmasa da, müəyyən qədər məqalə var. Amma bu məqalələrin başqa dillərə tərcümə olunub dünyaya çatdırılması problemi də var. Bu yaxınlarda Vikipediyanın sahmana salınması barədə Elmlər Akademiyasında da tövsiyə olundu. Düşünürəm ki, bu, çox vaxtında atılan addımdır”.
Elçin Şıxlı (“Ayna” qəzetinin baş redaktoru): “Birincisi, Vikipediyanı ciddi mənbə saymıram. İkincisi, azərbaycandilli Vikipediyadan ümumiyyətlə istifadə etmirəm”.
Natiq Məmmədli (“Kaspi” qəzetinin baş redaktoru): “Əsasən rusdilli Vikipediyadan istifadə edirəm. Onun səviyyəsindən çox da narazı deyiləm. Azərbaycan haqqında rus dilində yazıb Vikipediyada nəsə axtaranda orada bir xeyli məlumat kasadlığı olur. Amma Azərbaycan dilində sınamamışam. Hər halda rus dilində çox kasaddırsa, azərbaycandilli Vikipediya, yəqin ki, ondan da kasad olar”.
Akif Aşırlı (“Şərq” qəzetinin baş redaktoru): “Azərbaycandilli Vikipediyada Azərbaycan və onun şəxsiyyətləri barədə lazımi qədər məlumat yoxdur. Adi qəzetlər barədə məlumatlar çox kasaddır. Görürsünüz ki, onların yalnız yaranma ili və bəzən də baş redaktorlarının adları göstərilir. Köhnə qəzetlər barədə Vikipediyada bundan başqa məlumat yoxdur. Çox təəssüf ki, tarixi şəxsiyyətlər barədə yazılar da o xarakterli olur. Özüm əsasən türkdilli Vikipediyadan daha çox məlumat alıram. Onların təcrübəsi daha çoxdur və bu, materialların təqdimatında da özünü göstərir. Orada Azərbaycanla da bağlı kifayət qədər lazımi məlumatlar var. Amma hər kəs fərdi şəkildə bu işə qoşulub öz töhfəsini verə bilər. Çox təəssüflər olsun ki, heç kəs buna vaxtını sərf etmək istəmir. Amma bir məsələ də var. Xarici ölkədə yaşayan azərbaycançünaslar, Azərbaycan alimləri məlumatları Vikipediyadan alırlar. Buna görə də məlumatlar daha dəqiq geniş və əhatəli olsa, bu daha yaxşı olar. Çünki Azərbaycan bu dəqiqə informasiya müharibəsi şəraitindədir”.
Yunus Oğuz (“Olaylar” qəzetinin baş redaktoru): “Vikipediya çox lazımlı mənbədir. Amma orada dəqiqliyə, faktların düzgünlüyünə diqqət edilsə, daha yaxşı olar. Təkcə bizim yox, ümumiyyətlə, beynəlxalq Vikipediyada da Qarabağa aid düzgün məqalələr yazılması çox vacibdir. Ümumilikdə, azərbaycandilli Vikipediyadan razıyam”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR