Məsuliyyət hissinin insan xarakterinə necə böyük təsiri olduğunu hər birimiz gözəl bilirik. Uşaqlarımızda bu hissin var olması və onun hansı dərəcədə inkişaf etməsi barədə məlumat sahibi olmaq çox vacibdir. Elə məhz bu səbəbdən uşaq təlim-tərbiyəçisi Şahnaz Arasın
bu mövzuda olan fikirlərini sizə təqdim edirəm.
Bəli, uşağımızı tanımaq üçün müşahidə edəcəyimiz son məsələyə, müəyyən mənada zəncirin son halqası olan final hissəsinə gəldik. Final halqası, adından bəlli olduğu kimi, olduqca böyük əhəmiyyətə malikdir. Məsuliyyət deyilən məfhum sözlə, danışmaqla, müasir gənclərin dediyi kimi «nitq irad etməklə» və s. ilə öyrədiləcək bir məsələ deyildir. Olmadığı üçündür ki, müşahidə edilməsi də, öyrədilməsi də, mövcudluğu da, olmadığı da asan anlaşılmaz. İnsan ola bilmək, məsuliyyət sahibi olmaqdan keçər, deyə biləcək qədər mühüm bir qavrayışdır. Yaxşı-pis, az-çox fərq etməz, hər bir insan bu hissi mütləq daşıyır. Bu hissi ən az olaraq küçələrdə ağlını itirmiş, sadəcə tapdığı, hətta oğurladığı pullarla içki içən insan da daşıyır, bəlkə. O insan belə məsuliyyət sahibidir. Nəyin məsuliyyəti? Yaşamaq üçün lazım olan ehtiyaclarını qarşılamağın, sərxoşluğunu davam etdirə bilmək üçün içki əldə etməyin məsuliyyəti… Bu səbəbdən vurğulayaq ki, uşağımızı, «məsuliyyətsiz», - deyə damğalamaq qədər əcaib bir vəziyyət ola bilməz və olmamalıdır. Biz orta məktəbdə oxuyanda əks cinsdən olan böyüklər birbirlərinə belə yazardılar:
Nə xəstə gözlər sabahı,
Nə təzə ölünü məzar,
Nə də şeytan günahı,
Mənim səni gözlədiyim qədər…
Bu dördlüyə diqqət etsək, xalq arasında ən pis əməlləri ilə tanınan şeytanın belə bir güclü bir məsuliyyət daşıdığını görürük. Bu səbəbdən bizlər meyarımızı hazırlayarkən uşağımızın mütləq məsuliyyət daşıdığı amilini unutmamalı, gözdən qaçırmamalıyıq. Bizim vəzifəmiz uşağımızın daşıdığı məsuliyyətin dərəcəsini müəyyənləşdirməkdir. Belə düşünək; Ailəsinin illərcə məsuliyyətsiz olaraq səciyyələndirdiyi bir cavan oğlan bir gün birinə aşiq olur. Sevdiyi qızla evlənir. Birdən o məsuliyyətsiz, laqeyd gənc yoxa çıxır. Yerində məsuliyyət sahibi bir gənc görünür…. Ətrafdan isə gənc xanımına daima belə deyilir; «Bunu sən adam etdin» … Amma gerçək budur; eşq iki insanın eyni dili danışması, daha söz ağızdan çıxmadan bir-birini anlaya bilməsidir. Gerçək eşqi tapan bu gənc əslində özünü, maraq dairəsini müəyyənləşdirə bilən, anlayan və onunla eyni dili danışan bir insan tapmışdır. Bunun nəticəsində məsuliyyət duyğusunu göstərəcəyi şərait də üzə çıxmışdır…. Çünki onun maraq dairəsini müəyyənləşdirən həyat yoldaşı, məsuliyyətini də onun anlayacağı dildə ifadə etmişdir. Eyni şey, gənc bir qız üçün də keçərlidir…. Və buna bənzər daha bir çox nümunələr… Uşağımız, axşamadək televiziyanın qarşısından qalxmırsa, bilək ki, əslində biz onun maraq dairəsini və diqqətini məşğul edəcək sahəni müəyyənləşdirə bilməmişik. Ya da bəlkə də, gələcəkdə televiziya ilə bağlı bir sahədə çalışacaqdır, maraq dairəsi budur... Ancaq, əslində bu uşaq, əgər diqqəti yayınmadan saatlarla televiziyaya baxa bilirsə, bilinməlidir ki, bu uşaq gələcəkdə yüksək məsuliyyət hissinə malik böyük bir şəxs olacaqdır.
Qısacası, biz uşağımızın maraq dairəsini doğru müəyyənləşdirmədikcə onun daşıdığı məsuliyyət dərəcəsini də yoxlaya bilmərik. Bunun üçün də onunla eyni həyatı paylaşmış, eyni oyunu oynamış, maraq dairəsini doğru müəyyənləşdirmiş olmalıyıq…. Onun zövqlərini bilməliyik ….və s…və s… Bir sözlə, bir zəncirin halqaları dediyimiz və bu sətirlərdə qısa şəkildə toxunduğumuz bütün məsələləri eyni səviyyədə, hər bir cəhətə əməl edərək yerinə yetirməliyik ki, uşağımızı tanıyaq. Burada əsas məsələ tanımaq məqsədli olduğundan uşağımıza məsuliyyət hissini necə verəcəyimiz haqqında təlim-tərbiyəyə heç toxunulmamışdır. Necə ki həkimlər xəstəyə diaqnoz qoymadan müalicə edə bilmirlər, biz də uşağımızı əvvəlcə tanımalıyıq. Çox təfərrüata yer vermədən ana xətləri ilə anlatmağa çalışdığımız «uşağımızı tanımaq üçün lazımi maddələr» hissəsində bəzi mövzular çox mürəkkəb, ya da bəsit görünə bilər. Ancaq əslində bunların mürəkkəb olmadığı, çox da təfərrüatlı şəkildə, bütün incəlikləri ilə qələmə alınmadığı bilinməlidir. Təfərrüatlı görünsə belə, damlalar gölləri yaratdığı kimi, bu yazılanların da mütləq diqqətə alınması gərəyini vurğulayaq.
Uşaq təlim-tərbiyəçisi
Şahnaz Aras
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Batil əqidəni yayan kitabların satışı və tədrisi ilə nə etməli?
Psixoloji gərginlik yaradan filmlər
Demet Özdemir hər kəsi təəccübləndirdi - VİDEO
Metroda oxuyan Kristina Aqilranı kimsə tanımadı-VİDEO
Gözəl dırnaqlar
Sellulitə əlvida deyin
Dünyanı gəzmək üçün hər şeylərini satdılar-FOTO
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
Ulduzların gözəllik sirrləri
“Naxçıvan Open-2014” start götürdü
Məşhurlarla dolu arxiv FOTO - 1998-ci il, eyni gəminin tayfaları
Bu qadın uzunömürlülük rekordunu yenilədi
Qarpız yeyək, yeməyək?
Ər - arvad münasibətlərində vacib xüsusiyyətlər
Azərbaycan dili - XX Dərs
Qəhrəman polisin faciəsi
Azərbaycan ordusuna hücum əmri
QMİ Məşhəd və Kərbəla ziyarətləri ilə bağlı dəyişikliklər edib
13 rəqəmi niyə "uğursuzdur"?
Ana ilə yatmaq uşağın ürəyini müdafiə edir
Heç vaxt qışda ağac kəsmə
“TikTok” istifadəçilərinə BƏD XƏBƏR
Dərslər iyunun 1-dən başlayır? - Rəsmi açıqlama
Çizkek (foto resept)
"Adı: Zehra" serialı final edir-FOTO
“Arsenal”ın ulduzu İngiltərə kubokunu sındırdı - VİDEO
Tağı Əhmədov işdən çıxarıldı
Evi təmir etdi, 17 milyona satışa çıxardı - FOTO
Eşq-i Dərün (2-ci hissə)
Dünya sonda belə görünəcək
Dairəvi yataq modelləri
Sosial şəbəkələr getdikcə öz mahiyyətini itirəcək?
500 milyon il yaşı olan ən qədim beyin tapılıb
Şəkildəki fərqliliyi tapın (test)
Azərbaycanda hava kəskin dəyişəcək
Bu günün hava proqnozu
Zəncəfilin dəriyə faydası
Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi
17 yaşlı qızdan dəhşətli əməl-FOTO
Bakıda səhər işə gedənlərin yolunu kəsdilər
HAVA necə olacaq?-29 yanvar
Eynşteynin məktubu ŞOK qiymətə satıldı
Acundan Hadisəni utandıran sual - VİDEO
Rusiyada qazın qiyməti qalxdı
İçlikli badımcan (foto resept)
Günün qoroskopu: Enerjili olun!
Banklar niyə kredit vermir?
Məşhur aktyor tanınmaz halda
Xalça Muzeyi bu tarixdən fəaliyyətə başlayır
Dollarda qəfil ucuzlaşma
- ŞƏRHLƏR