Ata deyiləm, heç bir zaman da olmayacağam. Amma mən bir qız övladıyam və biri bioloji iki dənə atam var.
Dünya üzərindəki 23 ildən çox qısa davamlı məcaramda ata- qız əlaqəsinin xüsusi bir şey olduğunu anladım. O qədər xüsusi ki, bir atanın sevgisi və davranışları qızının qismətinə və şəxsiyyətinə şəkil verə bilər.
Roxane Gayın bir ataya qız uşağı yetişdirmə mövzusunda verdiyi tövsiyələrdən ilham aldım və istər fərdi təcrübələrim, istərsə də digər bir çox qız uşağının təcrübələri sayəsində, bütün ataların qızlarının həyatlarını ən yaxşı şəkildə təsir etməsi üçün bilmələri lazım olduğunu fərq etdiyim şeylərin siyahısını hazırladım.
Əmin olun, qız uşağı gözləyən ataların düşündüyü qədər çətin deyil.
-Mandy Velez-
1. Onun ilk gündən etibarən sizin "kiçik qızınız" olaraq qalacağını unutmayın. Və lakin bu yolda səy xərcləməniz lazım olacaq.
2. Qız uşağı olmasına əsaslanaraq marağının nələr olacağını əvvəldən təyin etməyə cəhd etməyin, ya da üzərində təzyiq etməyin. Ona yalnız qızcığac deyil maşın və legolar da alın.
3. Ev işləri, ya da başqa işləriniz mövzusunda sizə kömək etməsini təmin edin. Öz ayaqları üstündə dayanan, peşəsi nə olursa, olsun karyerasında yüksələcək güvənə sahib bir qadın olacaq.
4. Anasıyla, eyni olduğunuzu göz ardı etmədən danışın ki, bir gün o da başqalarından eynisini gözləsin.
5. Ona həssas tərəfinizi göstərin. Əgər o da həssasdırsa, bunun onu gücsüz və zəif bir insan etmədiyini anlayacaqdır.
6. Aranızda yalnız ikimizin anladığı zarafatlar olsun. İnsanın bunları əsla unutmayacaqdır.
7. Hər zaman arxasında olduğunuzu ona da hiss etdirərək, qorxduğu şeyləri etməsi üçün onu cəsarətləndirin.
8. Ona sözlər verin və sözlərinizə əməl edin. Həyatındakı ürək qırıqlıqları yalnız onun nə qədər xüsusi olduğunu fərq edə bilməyənlər qaynaqlanmalı, sizdən deyil.
9. Sahib olduğunuz bacarıqları və bildiklərinizi onunla paylaşın.
10. Siz də onun bacarıqlarını öyrənməyə istəkli olun.
11. Bacaramayacağını hiss etsəniz belə onun maraq sahələrini anlamağa çalışın.
12. Şəkil, balet, ya da güləş, qabiliyyəti nə olursa, olsun əhəmiyyət daşıdığını ona fərq etdirin.
13. Oğlunuza söyləməyəcəyiniz heç bir şeyi qızınıza söyləməyin.
14. Sizinlə bir problemini paylaşmaq istədiyində onu başınızdan edib anasına getməsini söyləməyin. Onu dinləyin.
15. Sürətlə dəyişən bədənini, ya da cinsəllik mövzusundakı marağını tənqid etməyin. Ona bunlarda utanılacaq bir şey olmadığını öyrədin.
16. Başqa qadınların bədəni haqqında danışaraq, alçaldaraq danışmadığınızdan əmin olun.
17. Ona ətrafındakı güclü qadınlardan bəhs edin. Bir gün onlardan ilham alacaq.
18. Anasıyla birlikdə qərar verərkən məsələləri onun qarşısında həll edin. Əlaqələrdə qadınların kişilərlə bərabər olduqlarını görüb, onun qiymətini bilən birini asanlıqla fərq edəcək.
19. Kişilərin güvənilməzliyi mövzusunda zarafatlar etməyin. Hər mövzuda olduğu kimi, bu mövzuda da onun düşüncə və təxminlərinə güvəndiyinizi hiss etdirin.
20. Ədalətsizliyin və haqsızlığın qarşısında olun. Təzyiq altında olanların və əzilənlər yanında olun, onlara inanın. Beləcə mərhəmətin nə olduğunu görəcək və doğru olanı etmənin əhəmiyyətini və insani tərəfini anlayacaq.
21. Əgər yaxşı bir nümunə olsanız, onu pis adamlardan qorumanıza gərək qalmayacaq, o hər zaman sizdən daha yaxşısını istəyəcək.
22. Qəlbini qıracağından əmin olduğunuz bir kişi ilə qarşı qarşıya hər zaman onun yanında olduğunuzu hiss etdirin. Ona geri dönməsinin yersiz olduğunu fərq edəcək.
23. Bədəni haqqındakı hər şeyin onun qərarı olduğunu söyləyin.
24. Zərərli tənqidlər etmək yerinə, anasına və ona kompliment edin.
25. Onu sevdiyinizi ona söyləyin. Mesaj atın. Nə olursa olsun yanında olduğunuzu bilsin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu ölkədə toylar nəzarətə götürülür - Şok qadağalar
Gəncə dünyada ilkə imza atır
Alimlər koronavirusun radiasiya ilə müalicə üsulunu təklif ediblər
Gənclər üçün ailə paketləri
Sellofan torbalar sağlamlığımıza ziyandır
İt koronavirusdan ölən sahibini aylarla xəstəxana girişində gözlədi - FOTO
Bir həftəyə 10 kq arıqladım
Günün ulduz falı
Modern lampalar
Tam Günəş tutulması baş verəcək - Vaxt AÇIQLANDI
"Cemli bulka"(foto-resept)
İrem Derici estetik əməliyyatlarından danışdı
Bu gözəl xanım qəhrəman seçildi
Bəzəkli lampalar
Sevgilisi ilə 23 milyonluq malikanədə yaşayacaq - FOTO
Obamadan ermənilərə şillə
Kişilərin qadınlarda sevdiyi saç formaları
Azərbaycanın xəbər saytları Cənubi Qafqazda liderdir
Həmişə Azərbaycanın yanında olan DƏMİRƏL
BÜRCLƏR bizə nə vəd edir? -12 İyun
Pendirli zapekanka (foto resept)
Körpənin şikəst doğulmasının səbəbləri
"Kəpənək" qurabiyəsi (foto resept)
HAVA necə olacaq? 18 Mart
Azərbaycana yaşamaq üçün gələnlərin sayı artıb
“Sadəcə Mariya” serialının aktrisası 28 İL SONRA - FOTO
Ronaldinyo koronavirusa yoluxdu
Virusları öldürən ən yaxşı 7 MƏHSUL
Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi
"Hollivud" maskası
Alimlər 23 ölkəyə xəbərdarlıq etdi
Ətəklə necə dəbli görünmək olar?
Təşvişə gərək yoxdur
Körpə biskviti ilə kökəlmə
Yaşa görə dərinizin ehtiyacları
Narşərab souslu salat (foto resept)
Putindən çox mühüm həmlə
Neslihandan HAMİLƏLİK AÇIQLAMASI
Azərbaycanda “Qulaqdibi” xəstəliyi yayıldı
Məktəb bufetlərində bunların satışı qadağandır!-SİYAHI
Günün ulduz falı
Dünyanın ən bahalı spirtli içkisi oğurlandı
Günlük fəaliyyətlər nə qədər kalori yandırır?
Məktəbə başlayarkən
Möcüzə enerji-4
Britaniya alimlərindən xərçənlə bağlı İNANILMAZ İDDİA
Gülüş yaradan şəkillər
İnternetdə şok
HAVA necə olacaq?- 18 APREL
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?















- ŞƏRHLƏR