100 qram qarpızda kalorilik cəmi 38 kkaldır.
Qarpız şirəsi fruktozanın mənbəyi hesab edilir. Fruktoza adi şəkərlə müqayisədə daha tez həzm edilir. Həmçinin, şirənin tərkibində sellüloza vardır ki, bu da xolestrini tez bir zamanda orqanizmdən çıxarır. Dietoloqların fikrincə, gün ərzində 2.5 kq qarpız yemək olar. Böyrəyində daş olan insanlar qarpızdan daha çox yeməlidirlər.
Lakin qarpız şirəsindən gün ərzində yalnız yarım stəkan içmək lazımdır. Çünki, qarpızın sidikqovucu təsiri olduqca güclüdür.
Kosmetologiyada qarpızdan və onun şirəsindən istifadə edilir. Qarpızın şirəsindən üz üçün maska və losyon hazırlamaq olar. Belə maskalar quru, cansız, elastikliyini itirmiş dəriyə gözəl təsir edir, dərini nəmləndirir və canlandırır.
Nəmləndirici maska
Qarpız sızanaqlı dərinin nəm balansını bərpa edir, iltihabı qurudur. 1 çay qaşığı qarpız şirəsi ilə, 1 çay qaşığı banan püresini qarışdırın, üz dərinizə çəkin. 10-15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Belə banan-qarpızlı maska bütün dəri tiplərinə uyğundur.
Qarpız-yumurtalı maska
1 çay qaşığı qarpızın üzərinə 1 yumurta sarısı əlavə edib qarışdırın. Maska quru və normal dəriyə uyğun gəlir.
Yağlı dəri üçün isə bu maskanı belə hazırlayın - 2-3 yumurta ağına qarpız şirəsini əlavə edib qarışdırın. Maskanı üzə çəkməmişdən öncə üz və boyun dərisini qarpız şirəsi ilə silin. Bu maskanı üz dərinizə çəkib 15-20 dəqiqə saxlayın, sonra sərin su ilə yuyun.
Bütün növ dəri üçün maska
1 neçə dilim qarpızı əzin, 10-15 dəqiqəlik üzünüzə çəkin. Maskanı quru dəriyə çəkməmişdən öncə üzünüzü zeytun yağı ilə silin. Maskanı yuduqdan sonra dərinizi qurudub qidalandırıcı krem çəkin. Belə maska dərini təmizləyir, quru və elastikliyini itirmiş dərini canlandırır.
Qarpız çox güclü antioksidant hesab edilir.
Üz üçün qarpız şirəsi
1 neçə dilim qarpızı doğrayın, şirəsini sıxın, 5-6 qat tənzif salfeti ora batırıb 15-20 dəqiqəlik üzünüzə qoyun. Sonra, üzünüzü su ilə yaxalayıb qurudun və dərinizə qidalandırıcı krem çəkin. Qarpız şirəsi dərini çox gözəl canlandırır, quruluğunu aradan qaldırıb
təmizləyir.
Üz üçün canlandırıcı maska
Yarım stəkan süddə hazırlanmış sıyığa 1 yumurta sarısı, 2 çay qaşığı qarpız şirəsi, bal, bitki yağı ve yarım çay qaşığı duz əlavə edib
qarışdırın, üzünüzə çəkin, 20-30 dəqiqə saxladıqdan sonra yuyun.
XƏBƏR LENTİ
Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər
Müsabiqə - "Yeni bir nəfəs"
Günün qoroskopu: sizi donuq baxışlı, buz qəlbli insan saymamalıdırlar
Nalbandyan türk nazirlə görüşməmək üçün gizləndi
Məşhur müğənni həbs oluna bilər-SƏBƏB
Ən gözəl ağ brilyant satılır - FOTO
Hindistan hökuməti "selfie"ni yasaqladı
Leyla Əliyevanın oğlu klip çəkdirdi-VİDEO
Əriştə şorbası və toyuq ətindən langet
Şəkər pambığından tortlar
Azərbaycanda yeni turizm-kurort zonaları yaradılacaq
Novruzun üçüncü çərşənbəsidir
Saçlarımız üçün hansı vitaminlər mütləqdir?
Evinizin tavanlarına rəng qatın
Monika Belluççinin qızı gözəlliyi ilə meydan oxudu - FOTO
Böyrək daşı xəstəliyi 2-ci hissə
Ukrayna 2004-cü ilə qayıdır
HAVA necə olacaq?
Dondurmalı, isti şokoladlı keks (foto-resept)
Yayda saçlarımızı necə qoruyaq?
Uşaqların sosial mediaya ehtiyacı yoxdur
Məktəbli gündəliyində biabırçı səhv
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
30 ilə yaxındır qədim pulları toplamaqla məşğuldur
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
İlin transfer bombası partladı - 31.5 milyon avro
Leopard naxışlı geyim və aksessuarlar
Fərqli plov (foto resept)
Çağatay Ulusoyun əsgərlik FOTOları
Düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib - VİDEO
Evlərə "kupça"nı necə almaq olar?
Körpü canlı yayım zamanı dağılmağa başladı - VİDEO
Keti Perri karantindən danışdı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Raxitlik xəstəliyi
Azərbaycan filmləri Türkiyədə
14 milyondan çox istifadəçinin sirləri YAYILDI
Çimərlikdə dəb yarışı
Körpələr niyə qusur?
Avokadolu pizza(foto resept)
Pərdə seçimi
Alişan və Buse sevənlərinin rəğbətini qazandı
Dırnaqlara bahar gəldi
Azərbaycan artıq seçilmiş ölkələr arasındadır
Qarabağa erməni ümidi azalır
Venesiya Film Festivalından 4 gözəllik trendi
Gözəllik müsabiqəsində qalibin saçları alışdı - FOTO
"Kakos həzzi" tortu(foto resept)
WhatsApp-da yalan xəbər yayanlar müəyyənləşdiriləcək
Hip-hop ilə arıqlayaq
- ŞƏRHLƏR