Qadin.NET / Qarpızla gözəlləşin

Qarpızla gözəlləşin

Qarpızla gözəlləşin
Qarpız - artıq çəki ilə mübarizə aparmağa kömək edir. Birincisi, qarpızın sidikqovucu xüsusiyyəti vardır; belə ki, artıq mayenin orqanizmdən xaric olması nəticəsində 1-2 kq çəkidən azad olmaq mümkündür. İkincisi də ki, qarpız aclıq hissini aradan götürür.
100 qram qarpızda kalorilik cəmi 38 kkaldır.
Qarpız şirəsi fruktozanın mənbəyi hesab edilir. Fruktoza adi şəkərlə müqayisədə daha tez həzm edilir. Həmçinin, şirənin tərkibində sellüloza vardır ki, bu da xolestrini tez bir zamanda orqanizmdən çıxarır. Dietoloqların fikrincə, gün ərzində 2.5 kq qarpız yemək olar. Böyrəyində daş olan insanlar qarpızdan daha çox yeməlidirlər.
Lakin qarpız şirəsindən gün ərzində yalnız yarım stəkan içmək lazımdır. Çünki, qarpızın sidikqovucu təsiri olduqca güclüdür.

Kosmetologiyada qarpızdan və onun şirəsindən istifadə edilir. Qarpızın şirəsindən üz üçün maska və losyon hazırlamaq olar. Belə maskalar quru, cansız, elastikliyini itirmiş dəriyə gözəl təsir edir, dərini nəmləndirir və canlandırır.

 

Qarpızla gözəlləşin

 

Nəmləndirici maska

Qarpız sızanaqlı dərinin nəm balansını bərpa edir, iltihabı qurudur. 1 çay qaşığı qarpız şirəsi ilə, 1 çay qaşığı banan püresini qarışdırın, üz dərinizə çəkin. 10-15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Belə banan-qarpızlı maska bütün dəri tiplərinə uyğundur.

Qarpız-yumurtalı maska

1 çay qaşığı qarpızın üzərinə 1 yumurta sarısı əlavə edib qarışdırın. Maska quru və normal dəriyə uyğun gəlir.
Yağlı dəri üçün isə bu maskanı belə hazırlayın - 2-3 yumurta ağına qarpız şirəsini əlavə edib qarışdırın. Maskanı üzə çəkməmişdən öncə üz və boyun dərisini qarpız şirəsi ilə silin. Bu maskanı üz dərinizə çəkib 15-20 dəqiqə saxlayın, sonra sərin su ilə yuyun.

 

Qarpızla gözəlləşin

 

Bütün növ dəri üçün maska

1 neçə dilim qarpızı əzin, 10-15 dəqiqəlik üzünüzə çəkin. Maskanı quru dəriyə çəkməmişdən öncə üzünüzü zeytun yağı ilə silin. Maskanı yuduqdan sonra dərinizi qurudub qidalandırıcı krem çəkin. Belə maska dərini təmizləyir, quru və elastikliyini itirmiş dərini canlandırır.
Qarpız çox güclü antioksidant hesab edilir.

Üz üçün qarpız şirəsi

1 neçə dilim qarpızı doğrayın, şirəsini sıxın, 5-6 qat tənzif salfeti ora batırıb 15-20 dəqiqəlik üzünüzə qoyun. Sonra, üzünüzü su ilə yaxalayıb qurudun və dərinizə qidalandırıcı krem çəkin. Qarpız şirəsi dərini çox gözəl canlandırır, quruluğunu aradan qaldırıb
təmizləyir.

Üz üçün canlandırıcı maska

Yarım stəkan süddə hazırlanmış sıyığa 1 yumurta sarısı, 2 çay qaşığı qarpız şirəsi, bal, bitki yağı ve yarım çay qaşığı duz əlavə edib
qarışdırın, üzünüzə çəkin, 20-30 dəqiqə saxladıqdan sonra yuyun.

11 iyul 2013
GO BACK