Hündürdaban ayaqqabı ayağın barmaq qisminə çox təzyiq etdiyi üçün ayaqda və topuqda narahatlığa səbəb olur. Bunun qarşısını almaq üçün bu cür ayaqqabılar geyinmək istəyən qadınların hər gün ayaqyalın müəyyən hərəkətləri etmələri lazımdır. Balerina duruşu əhəmiyyətli məşq hərəkətidir. Gündə ən az bir dəfə ayaq barmaqları ovularaq elastikləşdirilir. Xüsusilə baş barmaq uca doğru əyilməlidir.
Rahat ayaqqabı geymə sənəti
Babetler heç də təhlükəsiz deyil! Babet ayaqqabılar da ən az iti burunlu və dikdaban ayaqqabılar qədər təhlükəlidir. Düz və yumşaq dəridən hazırlanan bu modellər ayağı nə dəstəkləyir, nə də qoruyur. Ayaqyalın gəzmək bundan daha yaxşıdır!
İdman ayaqqabıları ayaq sağlamlığı üçün çox yaxşıdır. Amma əgər ortopedik deyilsə, ən az hündürdaban ayaqqabılar qədər problem yarada bilir.
Ayağı çox sıxan dar ayaqqabılar sinirlərə təzyiq edəcəyi üçün sağlamlığa ziyandır. Ayaqdakı forma pozğunluqları və istənməyən döyənəklər də buna görə əmələ gəlir!
Yaxşı ayaqqabı çox düz olmamalı, barmaqlar içində rahatlıqla hərəkət etməli, dərisi yumşaq və elastik olmalıdır.
Estetik görünmək üçün geyilən və uzun müddət üzərində durulan hündürdaban ayaqqabılar bel, ayaq ağrılarına və tarazlıq pozğunluğuna gətirib çıxarır.
Səhv ayaqqabı seçimi barmaqların şəklinin dəyişməsinə, ağrı və bir çox problemə səbəb ola bilər.
Dikdaban ayaqqabıda model seçimi çox əhəmiyyətlidir. Ayaqqabının nömrəsi ayağa tam uyğun olmalıdır.
Hündürdaban ayaqqabılar içində ən sağlamları önü açıq, yay üçün olan modellərdir. Bağlı burun hər vaxt risklidir. Çünki açıq ayaqqabılarda ayağın ön tərəfə etdiyi təzyiq daha az olur və barmaqlar daha rahat hərəkət edə bilir.
Hündürdaban ayaqqabı geyən qadının həm duruşu, həm də görünüşü dəyişir. Hündürdaban ayaqqabı geyinmək eyni zamanda həm ayaqlarınızın incə görünməsinə, zərifliyinizin ön plana çıxmasına səbəb olar.
Ancaq hünürdaban ayaqqabıyla gəzmək məşəqqətli bir işdir. Bunun üçün dabanı az hündür olan və rahat qəlibli ayaqqabılar geyinmək məsləhətdir.
Kiçik və asta addımlarla məşq edin. Dizinizi bükməməyə çalışın, addım atarkən iki ayağınız bir-birinə paralel və yaxın olsun. Unutmayın: ayaqqabının dabanı nə qədər çox hündürdürsə, addımlarınız da o qədər kiçik olur.
Hündürdaban ayaqqabıyla gəzdiyiniz zaman dizlərinizin bükülməməsi lazımdır. Ayaqqabı ayağınızı əsla sıxmamalıdır, hava üçün kifayət qədər boşluq olmalıdır.
Ayaqqabınızı diqqətlə seçin, hər ayaqqabının dabanı eyni deyil. Gəzərkən ayaqqabının dabanına diqqət edin, əgər gəzərkən daban yellənirsə, demək, keyfiyyətsiz bir seçim etmisiniz.
Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?
Ayaqqabınız rahat olmalıdır:
1. Əgər bir ayaqqabının gövdə qismi sərtdirsə, bu, ayağınızın incidə bilər. Belə vəziyyətlərdə bu bölgəyə bir az su vurun və barmağınızla masaj edərək dərini yumşaldın. Ya da xüsusi aparatlardan istifadə edin.
2. Dabanın iç tərəfi, ayaqqabının altında qalan qisim ayaqqabının möhkəmliyini təyin edir. Əgər bir ayaqqabının bu hissə möhkəm deyildirsə, geyindiyiniz zaman ayaqlarınız yerə möhkəm basmayacaq.
3. Ayaqqabınız çox sürüşür? O zaman bir cüt ayaqqabı qoruyucu ala bilərsiniz.
4. Əgər ayaqqabınızın içində barmaqlarınız narahat dayanırsa, ayaqqabınızı qəlibə saldıra bilərsiniz.
Hündürdaban ayaqqabılar təbii olaraq sizi önə doğru əyilməyə məcbur edəcək. Buna görə də çiyinlərinizi və başınızı geridə tutmağa diqqət edin.
XƏBƏR LENTİ
Yeni valyutanın adı “altın” olacaq
Şagirdlərin tətil günləri başladı
Məşhurlar dünən və bu gün
9 yaşlı Fatimənin kitabı ABŞ-da nəşr olundu - FOTO
Yaşadığım şəhər "Volqoqrad"
Aparıcısı öz toyunda xəbər büllütenini təqdim etdi
Buzlu Şamlar
Prezidentin qızları sərgidə
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Nazirlik bu şəxslərə müraciət etdi
Təbiətin güldürən üzü
Şaxta Azərbaycana tez qədəm qoydu: bəs bu gün necə olacaq?
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
Şəffaf və plastik dəb
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”
Günün qoroskopu: Səhhətinizə nəzarət edin!
Vanna otağı dekorasiyası
Messi "Qızıl butsı"nın sahibi oldu
Əməliyyata 250 min xərcəlilər, peşman oldular-FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-35
Sabahın HAVAsı
Azərbaycanda 4 minlik fayton
Kişilərin bazarlığı
Yaşlanmağın qarşısını alan maska
Bakıya yağış yağacaq
Artıq avtomobil almaq elə də asan olmayacaq...
Abort və onun yaratdığı fəsadlar
Günün ulduz falı
Günün ulduz falı - 30.11.2013
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Azərbaycan ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir - RƏSMİ
Bu tarixdə Milli Parklarda giriş sərbəstdir
Stul köməyi ilə edilə biləcək 10 idman hərəkəti
Sabahın HAVAsı
Ermənilərin Rusiya fiaskosu
Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı
Tac Mahalda namaz qılmaq qadağan edildi
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Məşhurların ölüm anındakı son sözləri
Qarpız bazarlarda niyə ucuzlaşmır?
Günün qoroskopu: soyuqqanlı düşünün, təmkinli olun
Arıqlamağa kömək edən 9 qida
Qadınlar, yoxsa kişilər tez kökəlir?
Günün ulduz falı
"Neft Daşları"nda yeni quyu qazılır
İnternetdə hadisələrin səbəbkarları kimdir?
Gələcəyin mətbəxi üçün mükəmməl qadjetlər
Rusiyada dollar üzüaşağı getdi
- ŞƏRHLƏR