Nəsrin Cavadzadə Bakıda anadan olub. Ailəsinin böyük əksəriyyəti həkimdir. Anası Nəsrinin uşaqlığı boyunca tutduğu gündəliklərdə onun danışmağa çox erkən başladığını və hələ üç-dörd yaşlarındaykən bir çox şeiri əzbərdən oxuduğunu yazıb. Nəsrin bir çoxlarının həkim olduğu, yumor hissi güclü olan, sənətə hörmət edən insanların arasında böyüyüb.
Anasıyla birlikdə İstanbula köçdükdə on yaşında idi. Türkcə bilmədiyi üçün Bakıda bitirdiyi halda Cent Kollecində yenidən dördüncü sinifdə təhsil almaq məcburiyyətində qalır. Lakin anasının narahatlıqlarına rəğmən, türkcədə çox qısa bir müddətdə ana dili qədər yaxşı danışmağa başlayır. Orada oxuyarkən məktəbin teatr bölümünə qatılır. Teatrın səhnələşdirəcəyi "Türkmən toyu" adlı tamaşada rol almağa haqq qazanır. Oyun Şişlidəki Teatr Karedə səhnəyə qoyulur.
Təhsilinə Şişli Tərəqqi Liseyində davam edir. Burada da vaxt itirmədən teatra yazılır. Cüneyt Yalaz Nəsrinin həyatında həm əhəmiyyətli bir dönüş nöqtəsi, həm də böyük bir ilham qaynağı olur. Kollecin ikinci sinfində oxuyarkən Cüneyt Yalazın "Hiper Meqa Market" adlı tamaşasında rol aldıqda aktrisa olmağa qərar verir.
Mərmərə Universitetinin Gözəl sənətlər fakültəsinin Kino-televiziya bölməsinə yazılır. Universitet təhsilini beş ilə tamamlayır. Fakültədə oxuyarkən beş qısa film çəkir. Filmləri müxtəlif daxili və xarici festivallarda göstərildi, mükafatlar aldı.
Universitetdən sonra "Yersiz, yurdsuz " adlı televiziya serialında baş rolu boynuna götürən Nesrin bu dövrdə rejissor Camal Şanla tanış oldu. O, bunu həyatının ikinci dönüş nöqtəsi sayır. Camal Şan serialın dərhal ardından Nəsrinin "Dilbərin səkkiz günü" adlı filmində oynamasını təklif etdi. Nesrin bu filmdəki roluyla Ərzurum, Bursa və Ankara Film Festivallarında "Ən yaxşı qadın oyunçu" mükafatlarına layiq görüldü. Dərhal ardından yenə bir Camal Şan filmi olan "Acı" ilə də yenidən Ərzurum Film Festivalında "Ən yaxşı qadın oyunçu" mükafatının sahibi oldu. Bu filmin ardından ara verdiyi televiziya karyerasına ATV ekranlarında nümayiş etdirilən "Samanyolu" adlı serial ilə davam etdi.
2011-ci ildə "Al Yazmalım" serialında rol aldı. Eyni il içində Həsən Tolga Pulatın "Gözəl günlər görəcəyik" və Murat Saraçoğlunun rejissorluq etdiyi "Yanğın var" filmlərində baş rolda oynadı. "Gözəl günlər görəcəyik" filmiylə Antalya Film Festivalında "Ən yaxşı köməkçi qadın oyunçu", Ankara Film Festivalında və Maqazin Jurnalistləri Dərnəyi Mükafatlarında "Ən yaxşı qadın oyunçu" mükafatlarını aldı. "Yanğın var" filmiylə yenə Ankara Film Festivalında və Sadri Alışık Mükafatlarında "Ən yaxşı qadın oyunçu" mükafatlarına layiq görüldü.
Nəsrin çay içməyi, evdə bişirilən mürəbbələri, xəmir xörəklərini sevir. Bəzən idman etməyə, musiqi dinləməyə, rəqs etməyə, jurnal oxumağa, ən yaxın yoldaşıyla Zencefilə getməyə, gözəl ətri olan sabunlara, sevgilisiylə film izləməyə, heyvanlara xüsusi məhəbbəti var. Xüsusilə pişikləri Apiku, Ciko, Mico və Haikuyu, isti yay günlərində dənizə getməyi, anasıyla gəzintiyə çıxmağı, bir gün çəkəcəyi uzun metrajlı filmin ssenarisi üzərində işləməyi çox sevir.
O, türk dilindən əlavə rus və ingilis dilində danışır, fransızcası isə gündən-günə pisləşir.
XƏBƏR LENTİ
Hamilə qalmazdan əvvəl uşağını dinləyir
Damarları təmizləyən qidalarla tanış olun!
Bu gecə 24 oyun olacaq
Qarğalar haqqında maraqlı məlumatlar
Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı yenə gündəm oldu - FOTO
Günün ulduz falı - 07.03.2014
Çağatayın rejossorluğu başlamadan bitdi-SƏBƏB
Qida formasında bijuteriyalar
Şadlıq saraylarına xəbərdarlıq edildi
Güclü külək əsəcək
Fransanın xarici işlər naziri istefa verdi
İlon Mask belaruslara kömək təklif etdi: “Nə edə bilərik?”
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (II hissə)
Süni mayalanmadan öncə diaqnoz
Göyərtilərin faydalı xüsusiyyətləri
Tonaşendə düşmənin iki tankı məhv edildi - VİDEO
Avropada sonuncu o idi
Dəri geyimlər
Siqaret yenə bahalaşdı
Dalğa kimi körpü
Gül açan 5 kaktus
HAVA necə olacaq?-3 Avqust
Diqqət! Diqqət! Danışır Bakı!
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Türk idmançılar Bakıda
Güclü insanların 8 xüsusiyyəti
Kişinin xəyanət etdiyini göstərən 12 ƏLAMƏT
Tək şəxsiyyət vəsiqsiylə kredit elanı realdırmı?
Turistlərin ən çox axın etdiyi ŞƏHƏRLƏR
Köklü, qozlu, darçınlı keks (foto resept)
Qar adam (özün düzəlt)
2013-də Azərbaycanda neçə film çəkilib?
Prezenteizmin axırı yaxşı qurtarmır...
Mirvari dəbi geri qayıtdı
Özəl bağçalarla bağlı açıqlama
Sevimli salat (foto resept)
Qan şəkərinin düşməsinin səbəbləri
Müəllim şikayəti
Zəvvarlarımız həcc ziyarətinə xüsusi təyyarələrlə gedəcəklər
"Avropa İttifaqı-Azərbaycan əlaqələri öz nəticəsini verir"
Kəsmikli alma piroqu (foto-resept)
Google əvəz axtarır
Cənubi Koreyada beş aydan sonra koronavirusa rekord yoluxma
Azərbaycanda Qurban bayramı qeyd olunur
Şir bürcü qadını
Qadın.netlilərə gülək
Hamilə qalma şansını artıran qidalar
Utancaqlıq
Evlənəciyiniz insandan bunu soruşmalısınız
Acun və Şeyma Melisaya görə razılığa gəlib-FOTO
- ŞƏRHLƏR