
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Trend-ə bildirib ki, xəbərdarlıq məktubu ölkə ərazisində fəaliyyət göstərən 578, o cümlədən Bakı şəhəri üzrə 235, digər şəhər və rayonlar üzrə 343 şadlıq sarayının rəhbərlərinə göndərilib.
Xəbərdarlıq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Haqsız rəqabət haqqında” qanunlar, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” ilə istehlakçı hüquqları, kartel razılaşmaları və bu sahədə digər qanun pozuntularına qarşı müəyyən olunmuş və həmin qanunvericilik aktlarının pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədədir.
Z.İsayev deyib ki, Məhərrəm ayı başa çatdıqdan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toy mərasimlərinin təşkili zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl olunması, o cümlədən istehlakçıların seçim sərbəstliyinin təmin olunması vəziyyətinə nəzarət tədbirləri, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində əlavə tədbirlər həyata keçiriləcək.
Xidmət rəisi qeyd edib ki, Bakıda fəaliyyət göstərən 100-dən artıq şadlıq evinin rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları, bu hüquqların təmin edilməsində sahibkarlıq subyektlərinin vəzifələri, qanunvericiliyin pozulmasına görə müəyyən edilmiş məsuliyyət tədbirləri bir daha iştirakçıların nəzərinə çatdırılıb, bu işlərin təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib, mövcud problemlərin təxirə salınmadan aradan qaldırılması yolları müzakirə edilib.
Bununla yanaşı, “Müxtəlif məclislər (toy, ad, günü və s.) keçirmək istəyənlərin nəzərinə” adlı maarifləndirici məlumatın elektron poçt vasitəsi ilə 550 mindən artıq ünvana göndərilməsinə başlanılıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Boyat çörəklər yenidən süfrəmizə qayıdacaq
Vaxtında çəkilmiş şəkillər
Azərbaycan Türkiyədə ən böyük sərmayədardır
Yapon itlərin sevimli halları
Fransada uçan taksilər xəttə buraxıldı - İlk dəfə
Azərbaycanda ilk dəfə
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!
Bu gündən Azərbaycanda polietilen torbaların satışı qadağan edildi
Çobanyastığı ilə gözəlləşək
Şeyma ərə getsə, Acun pul verməyəck - SƏBƏB
Qafqaz Universitetinə tələbə qəbulu dayandırıldı?
​Evsizlərə şad xəbər - MÜTLƏQ OXUYUN
Türkiyəli aktrisa xəstəxanaya yerləşdirildi
Məşqlər və miflər: kimə nə olmaz?
Yeni Volvo-nun sirri açıldı
Megan Markl oğlunun paltarlarını dərnəyə bağışladı
Pelin Karahan paylaşdığı şəkillərlə diqqət çəkdi
Bu rəsm əsəri 90,3 milyon dollara satıldı-FOTO
Distant təhsil alan şagirdlərin onurğasını belə qoruyun
Arıqlamaq istəyən xanımlar üçün
Paşinyan: “Mən İrəvandayam”
Dünyanın ən soyuq şəhəri
Marsda mavi səhra tapıldı
Aslı Enverdən "İstanbullu gelin"lə bağlı qadağa
52 uşağın arzusunu reallaşdırdı - FOTO
“Haber Global” -da İlham Əliyevin doğum gününə həsr olunmuş reportaj -VİDEO
Qubadlı viran qalmış daha bir kəndindən görüntülər - VİDEO
Heydər Əliyev Mərkəzində konsert verəcək "Səyyah kvartet" İçərişəhərdə
Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcəklər
Lavaş məsələsi çözüldü
Toreador döyüşlərinə qarşı qeyri-adi etiraz
Rusiyalı ekspert: “Ermənistan Azərbaycan Ordusunun uğurlu əməliyyatını etiraf edir” - VİDEO
Havanın temperaturu 14 dərəcəyə kimi yüksələcək
Nikol Kidman makiyajsız FOTOsunu paylaşdı
İti ilə evlənən məşhur model
ABŞ xəbərdarlıq etdi
Təmizlik xəstəliyi
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
Dəfnə getmək üçün icazə qaydası açıqlandı - RƏSMİ
Liderlər və ağıl xəstəlikləri (2)
Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz
TQDK-dan rayonlarla bağlı acı həqiqət
Ayrılıq acısı ilə mübarizə
Hamiləlik zamanı şişmə və uyuşma
Supermarketlərin "cazibə" qüvvəsi
Təmiz qidalanma nədir?
Gürcü salatı (foto resept)
Günün ulduz falı
1-ci sinfi 1 günə bitirmiş vunderkind - dünyanın ən zəkalı insanı
"Ləziz" tort (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]