Təbii ki, bu öncə marketoloqların peşəkarlığının və sözün yaxşı mənasında hiyləgərliklərinin nəticəsidir.
İlk növbədə supermarketlərin yaraşıqlı və zövqlə bəzədilən, rəngləri ilə göz oxşayan, fəsillərə uyğun, qışda isti, yayda sərin temperaturda olan satış zalları alıcının bu məkanda özünü rahat hiss etməsi üçün gözəl şərait yaradır. Digər tərəfdən isə satıcıların gülər üzü, verilən suallara yerli-yataqlı mehriban cavabları alış-verişə gələnlərin bir az da səxavətli olmasına, pul xərcləməsinə könüllü zəmin yaradır.
Supermarketlərdə müxtəlif aksiyaların keçirilməsi, endirimlər, rəngli, nəzərəçarpacaq lövhələrdə endirim qiymətlərinin əks olunması isə alver “ehtirasını” bir az da gücləndirir.
Əgər diqqət yetirmisinizsə, gündəlik zəruri olan ərzaq məhsulları, məsələn çörək, yaxud süd məhsulları marketin çox da gözə görünməyən yerlərində olur. Belə ki, bu məhsulları vitrinlərdən götürmək üçün alıcı marketdə bir dövrə vurmalı olur. Alıcının əli çörəyə çatana kimi vitrinlərə zövqlə düşülmüş ərzaq məhsulları onun diqqətini cəlb edir və alınması həmin gün üçün nəzərdə tutulmamış ərzaqlar da qeyri-ixtiyari səbətə qoyulur.
Supermarketlərdə ət və ət məhsulları üstü şüşəli, adətən ağ rəngdə olan xüsusi işıqlandırılmlş soyuducu vitrinlərdə təqdim olunur. Burada ağ rəngin və işıqlandırmanın olması heç də təsadüfi deyil. Çünki belə vitrinlərdə ət məhsulları daha təzə və xoşagəlimli rəngdə görünür ki, bu da alıcının diqqətindən yayınmır.
Alıcıların daha çox alver etməsi üçün marketoloqlar mümkün olan bütün fəndlərdən istifadə edirlər. Məsələn, pivələr düzülmüş vitrinlərin yanında hisə verilmiş balıq, quru pendir, xırda duzlu suxarilər və s. qoyulur. Alıcı bunu marketoloqun hiyləsi kimi yox, öz istəyi kimi qəbul edir və təbii sayır ki, əgər pivə alırsa, hökmən balıq və ya quru pendir də almalıdır. Yaxud başqa bir misal. Qablaşdırılmış peçenye və bu kimi ərzaq məhsullarının yanına müxtəlif şirələr və limonadlar düzülür. Bu uyğunluqdan da alıcı yan keçə bilmir.
Bir çox supermarketlərdə ətirli və insan iştahına birbaşa təsir edən ərzaq məhsulları satış zalının giriş hissəsində olur. Xüsusilə işdən sonra alverə gələn insanların mexaniki olaraq diqqəti bu məhsullara hakim kəsilir. Yeməyə tələbatı olan və aclıq hissi keçirən alıcı sobadan yenicə çıxmış ətirli və isti bulkalardan, pirojnalardan vaz keçə bilmir.
Satış zallarında həmçinin meyvə və tərəvəzlər də ən gözəgəlimli yerdə təqdim olunur. Supermarketə gələn alıcının gözü meyvə-tərəvəzə sataşan kimi bu qida məhsullarının orqanizm üçün faydalarını yada salır və onlardan nə isə almağa qərar verir. Halbuki həmin alıcı bu mənzərəni görməsəydi bu faydalar haqqında bəlkə də düşünməzdi.
Supermarketlərin qiymət siyasətində də diqqəti cəlb edən bir məqam var. Məsələn, 10 manat yuvarlaq vahid kimi alıcıya çox görünə bilər. Amma qiymət 9.99 olanda bu sanki qiymətin ucuz olması təəssüratını yaradır. Xüsusilə də 9 böyük 99 kiçik yazılanda bu fərq alıcıya bütöv 10 manatdan xeyli ucuz görünür. Bəlkə də belə qiymət siyasətinin başqa mənası da var. Amma hər halda alıcıya təsiri qeyd etdiyimiz kimidir.
Supermarketlərdə insanları daha çox alış-veriş etməyə sövq edən məsələlərdən biri də alıcıların ixtiyarına verilən arabalardır. Ticarət mərkəzlərində olan belə arabalar 1938-ci ildən peyda olub. Həmin dövrdən hazırkı vaxta qədər bu arabaların tutumu düz iki dəfə artırılıb. Bu arabaların həcmi 4-5 nəfərlik ailənin “istehlak səbəti”ndən çox böyükdür. Əgər alıcı alver zamanı bu arabanın yarısını doldurursa ona elə gəlir ki, etdiyi bazarlıq yarımçıqdır, tam deyil. Bunun nəticəsində də nəyi isə almağı unutduğunu düşünən alıcı supermarketdə daha bir dövrə vurmağı lazım bilir. Əgər nəzərə alsaq ki, bir çox arabalarda körpə uşaqların gəzdirilməsi üçün də xüsusi yer düzəldilib, onda alıcı öz alverini daha arxayın edir.
Supermarketlərdə satışa qoyulan malların qarşısından tələsik keçməmək üçün isə daha bir “ağıllı” ideya düşünülüb. Alıcı istəsə də vitrinlərin qarşısından tələsik keçə bilməz. Çünki bir çox supermarketlərin satış zallarının döşəməsindəki daşların arasında məsamələr elə qoyulur ki, arabaların sürətli hərəkətlərinə maneə törədir və elə bunun nəticəsində də alıcı məcburi olaraq vitrinlərdə olan məhsullara daha çox diqqət yetirmək vaxtına və imkanına malik olur.
Arabasını dolduran alıcı ödəniş etdiyi zaman da supermarketin “cazibə” qüvvəsindən çıxa bilmir. Kassanın böyür-başında quraşdırılmış rəflərə o qədər xırda-xuruş düzülür ki, alıcı növbəsini gözləyərkən vaxtını bekar sərf etməmək üçün bu saysız-hesabsız çeşidlərdən seçim etməyə başlayır.
Nəhayət, supermarketi tərk edən alıcı evə catıb cibinə nəzər yetirəndə görür ki, həminki gün üçün xərcləməyi nəzərdə tutduğu puldan ikiqat artıq pul xərcləyib.
Budur suprmarketlərin “cazibə” qüvvəsi və bu dünyanın hər yerində belədir. Onlar öz işlərini görürlər. Siz də öz işinizi görün. Unutmayın ki, marketoloqların “qanun”undan çox-çox əvvəl Nyutonun “təsir əks təsirə bərabərdir” adlı bir qanunu da mövcuddur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Marsda yaşasanız nələrlə üzləşəcəksiniz?
Bakının bəzi ərazilərinə içməli suyun verilişi dayandırılacaq
Geni dəyişdirilmiş uşaqlar doğulub
Hüceyrələrin orqana çevrilməsi
Eşqdə niyə itirirsiniz?
Leyla Əliyeva I Autizm Mədəniyyət Festivalında - FOTO
Cəbhədən SON XƏBƏR
"Sevgidə şikəstlik" halı nədir?
Ermənilər atəşkəsi pozmaqda davam edir
Koronavirus insan bədənində neçə gün qalır?-Alimlərdən ŞOK Açıqlama
Hadisə yeni FOTOsunu paylaşdı bəyənilmədi
Kompüter arxasında işləmək insanı əlil edir
Azərbaycanda əcnəbilərlə evlənənlərin sayı artıb
HAVA necə olacaq?
Həkim xəstəliyin 7-8-ci günündə koronavirus təhlükəsindən danışdı
Nazik saçları həcmli göstərən saç kəsimləri
Azərbaycanda Nüvə Elektrik Stansiyası tikiləcək
Yuxuda yıxılma hissi
Dünyada ilk dəfə: nəhəng ilana könüllü yem olacaq
WhatsApp Facebook-u geridə qoydu
11 sentyabr”da kral izi
Bakı Metropoliteni sabah bu qaydada çalışacaq - AÇIQLAMA
Bu qurumun “Facebook” səhifəsi işə düşdü
"1918-ci ilin mart hadisələri azərbaycanlılara qarşı soyqırımı kimi qiymətləndirilməlidir"
Maddələr mübadiləsini sürətləndirən ədviyyatlar
Azərbaycanda övladlığa götürülən uşaqları sayı azalıb
Yer üzünün ən gözəl qızları - FOTO
Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi
Hadisə kömək etmir, ailəsi pis vəziyyətdədir
Təmiz qolu kirli əl batırdı
Sağlamlığı qoruyan 10 ərzaq
2018-in vanna otağı dəbi
Müəllimlərin maaşları artırıldı - Bu gündən...
Sevgilinizi sizdən soyudan xətalar
Rza İrem Derici haqqında AÇIQLAMA verdi
Gəncədə evdə nəzarətsiz qalmış uşaq xilas edildi
Artur Rasizadənin oxşarı tapıldı
Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
Ebru Şahin sevgilisi ilə birlikdə ilk şəklini paylaşdı
İnsanların xarakterlərini göstərən rəsmlər
Artıq çəkili insanlarda koronavirusun ağır gedişatının səbəbi açıqlandı
Sosisli piroq (foto resept)
Məşhur aktrisa yeni sevgilisi ilə görüntüləndi
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Ev həyatımız üçün praktik məsləhətlər
Türkiyədə yeni qadağa
Düşmən qorxu və təşvişi aradan qaldırmaq üçün dezinformasiya yayır - RƏSMİ
Gələn il bir saniyə uzun olacaq
Sosial media və online etiket qaydaları
Onurğa üçün idman hərəkətləri
- ŞƏRHLƏR