Ölkədə meteohəssas insanlar üçün əlverişsiz durum proqnozlaşdırılıb.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, yaxın günlərdə Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq. Sürətin artmasına əsas səbəb kimi tac dəliyindən çıxan yüksək sürətli axınlar effektini göstərmək olar. Planetlərarası maqnit sahəsində güclü həyəcanlaşma gözlənilir.
Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik, lakin fasilələrlə fəal şərait müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən ikinci proqnoz günü, yəni 27 sentyabr tarixində günün ikinci yarısından etibarən maqnit qasırğasının olacağı gözlənilir. Eyni həyəcanlaşmanın 28 sentyabrda da davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyi bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (26 sentyabr) 5%-dən, ikinci (27 sentyabr) və üçüncü (28 sentyabr) proqnoz günü isə uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.
Rəsədxanadan qeyd edilib ki, geomaqnit sahədə maqnit qasırğasının yaratdığı belə fəal şərait enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhətdir. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır
XƏBƏR LENTİ
Zəngin ölkələr kütləvi şəkildə COVID-19 əleyhinə peyvənd almağa başlayıb
Ölkələri tanıyın-Əfqanıstan
Dəri quruluğu və dəriyə qulluq(2)
Alman reyxfürerin sevgi məktubları
Dərini qidalandıran maska
Bakının "Qış cəhənnəmi"
Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - RƏSMİ
Yol polisindən sürücülərə tövsiyə: işıqları yandırın
İdman paltarlarını necə yumalı?
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
Merve Özbeydən Demet Akalın açıqlaması
Moskva olimpiadasını xatırladan suvenirlər
Qaz olmayacaq!
Ləkə
Düşüncələrim...
Yeni doğulan körpə ilə təmas
Sabahın HAVASI
Ayaqlara qulluq qaydaları (diabet xəstələri üçün)
“Borc aparatları” bağlandı -SƏBƏB
Xərçəngə və infarkta qarşı inqilabi ixtira
Həkim qız şəkillərinə görə diplomundan oldu-FOTO
Yunanıstanın baş nazirini Bakıya gətirən təyyarədə problem yaşandı
Ayrılıq xəbəri yalan çıxdı
"Facebook"da böyük dəyişiklik olacaq
"Formula 1" Qala divarlarını zədələyə bilər?
Bengü canlı yayımda ağladı-VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-9
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Nar şərbəti (foto resept)
Məşhur cütlükdən AÇIQLAMA
İndoneziyada güclü zəlzələ olub
Coli ruhi xəstəxanaya yerləşdirilib
Kəs və yapışdır-14
Limon mürəbbəsi (foto-resept)
Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcək
Noutbuklar üçün fond yaradılır
2020 "Critics Choice Awards" Qırmızı Xalça
BÜRCLƏR bizə nə vəd edir? - 5 MAY
İrem Derici gəlinlikdən danışdı
100% Yeni Zelandiya yağı - Best Cow!
Mehriban Əliyevadan göstəriş
Mehriban Əliyeva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında iştirak edib
Saçlarınız qırılır?
Hazal Kayadan yoldaşına Qadağa
Qənirə Paşayevadan peşə əmək qabiliyyətini itirən vətəndaşlarla bağlı TƏKLİF
Beren Saat bu dəfə sadəliyi ilə diqqət çəkdi
Bu ölkədə Qurban ətini odunda bişirməmək - TÖVSİYƏ OLUNDU
Günün ulduz falı
İslandiyada ilk məscid tikiləcək
Üz üçün sınanmış maskalar














