Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, İslamda cəmi iki bayram - Eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və Eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları qanuniləşdirilib. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.
Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran, 5-ci surə, 97-ci ayə).
Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə istənilən gündə ola bilər.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olub.
Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.
Azərbaycanda bu il Qurban bayramı sentyabrın 12 və 13-də qeyd edilir.
Milli.Az

XƏBƏR LENTİ
Bakıda sahibsiz itlər niyə öldürülür?
Evliliyin ən çətin və xoşbəxt illəri
Nənənin ada səyahəti
Azərbaycanın "Eurovision"da çıxışının vaxtı
Hürrəm Sultan 30 yaşında - FOTO
Dövrə görə "gözəllik standartları"
Xəstəxana dəhlizində ölən kişi 13 gün sonra... - FOTO
Dekorativ güzgülər
Ramazan ayının 26-cı gününün duası
COVID-19-un “Britaniya ştammı” Çinə çatdı
Karantindən sonra şagirdlərə dərslər necə keçiriləcək? - EKSPERT RƏYİ
60 yaşından sonra məktəbə gedən 8 qadın
Körpələrə bal vermək olarmı?
Rejissor "Ulduz müharibələri" filmini tərk edib
Qışda güllərə necə qulluq etməli?
Azərbaycanda rekord koronavirusa yoluxma: Yeddi nəfər öldü
Avropanın ən böyük vulkanı püskürdü
Gülüş-2
Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi yenilənib - VİDEO
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər - XƏBƏRDARLIQ + VİDEO
Tısbağa çəkməyi öyrənək
Zərif xanımlar üçün
Dişləri ağartmağın təbii yolları
Şvartsneger Trampı "tarixin ən pis prezidenti" adlandırdı
Qış üçün gavalı salatı (foto resept)
"Sədərək" bağlandı
Ukrayna mətbəxindən "Nudli " (foto resept)
3 sayta xəbərdarlıq edildi
Labirint (2)
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı
Yatmaq formanıza görə xarekteriniz
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
Azərbaycanda qar yağdı
İşə görə evdən çıxanlarla bağlı - AÇIQLAMA
Məşhur cütlük BOŞANDI-SƏBƏB
Yuxu yozmaları - E
İspaniya kraliçası göz qamaşdırdı-FOTO
Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi
Azərbaycanda yeni müalicə üsulu tətbiq edilə bilər
Yaşıl noxudlu şorba (foto-resept)
Keti Perri Mumbay küçələrində - FOTOsessiya etdirdi
14, 15 yaşında ana olan qızlar...
Kainatımızın forması-Qaranlıq maddə(2)
Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
Meyvəli dondurma
“Barselona”nın baş məşqçisi qovuldu – RƏSMİ
Peyin qalığı 10 min dollara satılacaq
Ölkəyə gələnlərin iki həftəlik izolyasiyaya cəlb olunmasına ehtiyac yoxdur
Həyat yoldaşınızla doğru ünsiyyət qurmağın 7 üsulu

- ŞƏRHLƏR