Bu kimi reklamlara mütəmadi olaraq rast gəlirik. Kredit götürən şəxs üçün isə, sözsüz ki, ən əhəmiyyətli məsələ kreditin faiz dərəcəsi, məbləği və müddəti olmalıdır. Lakin bu heç də həmişə belə olmur.
ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.
Sorğu - Müştəri: "Televizoru şəxsiyyət vəsiqəsi ilə götürmüşəm, bu kredit bitəndən sonra da soyuducu götürəcəm".
Şirkətlər rəqabət fonunda daha çox müştəri cəlb etmək üçün yalnız şəxsiyyət vəsiqəsi ilə kreditə məişət əşyası satdığını elan edir. Təbii ki, müştəri də ümumi məbləği ödəmək üçün kifayət qədər pulu olmadığından əksər vaxt faiz dərəcəsini belə hesablamadan zəruri olan əşyanı almağa çalışır. Lakin mağazaya yaxınlaşdıqda fərqli mənzərə ilə qarşılaşır. Çünki bu zaman başqa sənədlərin də tələb olunduğunu görür.
Sorğu - Müştəri: "Tək şəxsiyyət ilə deyirlər, gedirsən sonra da deyirlər ki, get filan şey gətir, filan qədər ilkin ödəniş et".
Əslində, mağaza sahiblərinin də özlərinə görə müəyyən arqumentləri var. Yalnız şəxsiyyət vəsiqəsi tələbi qoyulsa da bu sənəddən başqa heç bir sənəd almayan obyekt sahibləri sonradan çətinliklərlə üzləşirlər. Çünki heç kəsin vəsiqəsində onun iş yeri, gəliri barədə məlumat verilmir.
Mağaza əməkdaşı: "Şirkət tək şəxsiyyət vəsiqəsiylə kredit verirdi. Amma bir müddətdən sonra müştərilər problem yaratdı. Heç kim pulunu vermədi, demək olar ki, şirkət batdı".
Ancaq müştəri cəlb etməyin bu forması da müsbət hal kimi qarşılanmır. Çünki sonradan başqa sənədlərin də tələb olunmasını hüquqşunaslar istehlakçıların aldadılması hesab edir.
Şaban Məmmədov - Hüquqşünas: "Əgər satıcı elan verirsə ki, tək şəxsiyyət vəsiqəsi ilə hər hansı əşyanı satıram və alıcı yaxınlaşdığı zaman başqa sənədlər tələb edirsə, belə halda alıcının sözügedən alqı-satqıdan imtina etmək haqqı var".
Digər məqam isə belə sadə yolla kreditə əşya verən şirkətlərin yüksək faiz dərəcəsi qoymasıdır ki, bu da sonradan hər iki tərəf arasında problemlərin yaşanmasına rəvac verir. Ancaq faiz dərəcəsinin müəyyənləşməsi, əmlak şəxsi mülkiyyət olduğundan sahibkarın özündən asılıdır.
Şaban Məmmədov - Hüquqşünas: "Qanunda konkret qanun yoxdur ki, mütləq filan fazilə kredit verməlisən. Azad ticarətdir və hər bir satıcı istədiyi faizi qoya bilər".
Kreditlə hər hansı bir əşyanın verilməsi sakinlər üçün əlçatandır. Ancaq qoyulan tələblər və faizlər müştərilərin xeyrinə olmadıqda, sonradan hər iki tərəfin də problem yaşamasına gətirib çıxarır. Nəticədə iş məhkəmə qərarları ilə yekunlaşır ki, bu da heç bir tərəf üçün məqbul sayılmır
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA