1920-1991-ci illəri əhatə edən Sovet hakimiyyəti. Bu hakimiyyətin Azərbaycana vurduğu maddi və mənəvi zərbələr. Xalqımız öz milli tarixindən, mədəniyyətindən, çox əsrlik tarixindən, dinindən uzaqlaşdırıldı. Ən böyük bəla isə bir xalq kimi azad şəkildə düşünmənin qadağan olunması oldu. Bu 72 illik əsarət nəticəsində dövrünün qabaqcıl ziyalıları, elm və din xadimləri ya vətənlərindən didərgin salındı, ya da Vətən xaini, Xalq düşməni adı ilə damğalanaraq, sürgün olundu, öldürüldü. Doğma Azərbaycandan didərgin düşənlərin arasında gələcəkdə Egey Universitetinin professoru olacaq Dilşad xanım Elbrus Talıbxan və ailəsi də vardı.
Dilşad xanım Elbrus 1916-cı il may ayının 31-də milli mənəvi dəyərlərə sadiq bir ailədə – Qarabağ quberniyasında tanınmış Qarabağ xanlarından olan Talıb xanın ailəsində doğulmuşdur. Talıbxan Talıbxanbəyov Çar Rusiyası və Azərbaycan Xalq Cumhuriyyəti dövründə Qubada, Şamaxıda və digər rayonlarda polis rəisi vəzifəsində çalışmışdır. Lakin Sovet hakimiyyəti qurulduqdan sonra Talıbxan öldürülmüş, bütün əmlakı müsadirə olunmuşdur. Sovet hakimiyyətinin bəy-xan ailələrinə düşmən mövqedə olmasının nəticəsi kimi 1927-ci ildə Dilşad xanım, anası Xeyransa xanım, bacıları Sürəyya və Qəmərlə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində Azərbaycanın tarixində şərəfli iz buraxmış, Parlamentdə Qanunvericilik şöbəsinin rəisi işləmiş, sonra isə Türkiyəyə mühacirət etmış dayısı Hüseyn bəy Mirzəcamalov – Hüseyn Camal Yanarın köməkliyi ilə Türkiyəyə pənah aparmışlar. Ailə İstanbula yerləşdikdən sonra Dilşad xanım qızlar liseyində təhsil almış, liseyin məzunu olduqdan sonra 1931-ci ildə İstanbul universitetinin fikiza-kimya bölümünə daxil olmuş və 1934-cü ildə bitirdiyi fakültənin Təcrübə Fizika İnstitutunda assistent kimi fəaliyyətə başlamışdır. 1949-cu ildə dissertasiya müdafiə etmiş və 1954-cü ildə dosent adı almışdır. 1957-ci ildə isə İzmirdə Egey Universitetinin tibb fakültəsinin Fizika İnstitutuna dəyişdirilmişdir. Dilşad xanımın İzmirə getməsinə səbəb kimi onun fizika professoru Adnan Sokullu ilə ailə qurub, bir müddət sonra ayrılması və keçmiş həyat yoldaşı ilə qarşılaşmaq istəməməsi güman olunur. Dilşad xanımın bundan sonrakı elmi fəaliyyəti Egey universiteti ilə bağlı olmuşdur. O, 1961-ci ildə İzmirdə həmin fakültədə professor olmuşdur və 3 ay sonra yeni qurulan Egey universiteti fənn fakültəsi təcrübi fizika kafedrasına və daha sonra isə 1969-cu ildə həmin universitetin mühəndislik elmləri fakültəsinə dəyişilmişdir. Dilşad xanım Elbrus Talıbxan 2 kitab və 6 məqalənin müəllifi, nüvə fizikası sahəsində elmlər doktoru elmi dərəcəsi almış ilk azərbaycanlı qadın professordur.
Seçdiyi ixtisasın aktuallığı ilə əlaqədar olaraq, Dilşad xanım müxtəlif illərdə elmi araşdırmalar aparmaq üçün Almaniya, İngiltərə və Amerikada uzunmüddətli yaşamışdır, bunun nəticəsidir ki, Dilşad xanım rus, alman və ingilis dillərini mükəmməl mənimsəmişdir. Bununla belə, Dilşad xanım türk-Azərbaycan dilinin incəliklərini bütün həyatı boyu qoruyub saxlamışdır. Dünyanın bir çox ölkələrində yaşaması, lakin doğma vətəni Azərbaycana qayıtmasının qeyri-mümkünlüyünü dərk etməsi onda Azərbaycana sonsuz məhəbbət yaratmış və onsuz da qəlbini parçalayan vətən həsrətini daha da alovlandırmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu bütün ömrü boyu acı bir xatirə kimi ürəyində yaşatmış və həyatı boyunca aprel ayını matəm yubileyi kimi qeyd etmişdir.
Dilşad xanım Elbrus səhhətində yaranan ciddi problemlərlə əlaqədar olaraq 1977-ci ildə təqaüdə çıxır və 1979-cu il aprelin 11-də uzun sürən ağır xəstəlikdən dünyasını dəyişmişdir və dayısı Hüseyn Camal Yanarın qəbrinin yanında dəfn edilmişdir. Onun vəfatı ilə əlaqədar türk mətbuatında belə bir xəbər dərc edilmişdir: ”Dərin hüznlə bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat əsərlərinin və elmi kəşflərin müəllifi, Egey universitetinin professoru, elmlər doktoru Dilşad xanım Elbrus vəfat etmişdir ”.
Ən ağrılı hal isə fəxr ediləcək bir azərbaycanlının vəfatından Azərbaycanın xəbərsiz olması olmuşdur.
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR