
Ölkənin ilk müasir kinoteatrı Park Cinema paytaxtda ən böyük meydançasını açdı.
24.04.2013 tarixində altı zaldan ibarət olan və eyni zamanda 1000-dən artıq tamaşaçı qabul etməyə malik olan yeni Park Cinema kinoteatrı öz qapılarını kino həvəskarlarının üzünə açdı.
Kinoteatrın yaradılmasında istifadə olunan müasir avadanlıqlar, yeni texnologiyalar sayəsində, həmçinin tamaşaçı yerlərinin sayı baxımından yeni məkan ölkənin ən böyük və ən müasir kinoteatrı olmağa iddialıdır.
Park Cinema Barco şirkətinin ən yeni kinoproyeksiya avadanlığı ilə təchiz olunub. Məkanın səs avadanlığı isə Electro-Voice və Atmos kimi aparıcı istehsalçılar tərəfindən təqdim olunub. Burada ilk dəfə olaraq proyeksiya otağı olmayan yeni proyeksiya sistemi tətbiq edilib. Tamaşaçılar həmçinin 3D və 3D HFR formatlarının effektlərindən zövq ala biləcəklər. 3D HFR formatı sayəsində adət etdiyimiz kimi saniyədə 24 kadr əvəzinə 48 və 64 kadr nümayiş oluna bilir, bu da öz növbəsində filmin tamaşaçı tərəfindən mənimsənilməsinə öz müsbət təsirini göstərmiş olur.
Kinoteatr İspaniya istehsalı olan alovlanmaya davamlı və hipoallergen materiallardan hazırlanmış kreslolarlР° təchiz olunub. Tamaşaçı yerlərinin sayı 1000-dən yuxarıdır. Təqdim olunan zəngin repertuar isə istənilən yaş həddi və müxtəlif zövqlərə cavab verəcək. Kinoteatrda fasiləsiz çalışan müasir klimat-kontrol sistemi ilin bütün fəsillərində tamaşaçıların komfortlu istirahəti üçün lazımi şəraiti yaratmış olur.
Mərasim zamanı Park Cinema şəbəkəsinin Direktoru Namiq Quliyev yeni məkanda tamaşaçılara göstərilən xidmətlərin yüksək səviyyədə olacağını, dünya kinematoqrafiyasının ən son filmlərinin məhz Park Cinema şəbəkəsində nümayiş ediləcəyini bildirdi.
Yeni kinoteatr N. Nərimanov metro stansiyasından piyada 3 dəqiqəlik bir məsafədə yerləşən Metro Park AVM-nin 6-cı mərtəbəsində yerləşir.
Qeyd edək ki, Park Cinema biletlərin online sifarişi və alınması sistemini həyata keçirən ilk kinoteatrdır. Yeni məkanda da biletlərin on-line alışı və sifarişi, quraşdırılmış terminallar vasitəsi ilə nəğd pula biletlərin alınması kimi əməliyyatlar müştərilərin maksimum rahatlığını təmin edərək həyata keçirilir. Kinoteatrın yaratdığı Park Cinema klubunun və bonus proqramının bu gün 20 000 nəfərdən artıq üzvü var.
Park Cinema haqqında:
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətinə başlamışdır. Hal-hazırda şəbəkə 12 zal və 2000-ə yaxın oturacaq yerlə təqdim olunub. Mədəniyyət ocağının fəaliyyəti ilk növbədə əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edərək insanların mədəni-maarifləndirilməsinə istiqamətləndirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin qarşısına qoyduğu əsas vəzifələrdən biri kinoya getmək mədəniyyətini gənc nəsil arasında bərpa edib, əhalini yüksək kino mədəniyyətinə alışdırmaqdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
XƏBƏR LENTİ
Günün qoroskopu: mənasız arzulardan əl çəkin
Orxan Zeynalov Azərbaycana ekstradisiya olunacaq?
Baydenin ayaq sümükləri sındı
Hadisə mebel reklamından 800 min qazandı
Tanınmış Hollivud ulduzu vəfat etdi
iMessage 20 dəfə populyarlaşdı
Kim Çen In ictimaiyyət önünə pop ulduzla birgə çıxdı
Həftə sonu hava belə olacaq
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
Oğlunun iştahasını açmaq istəyən ana
Dərmanla bağlı yeni qərar
Baletin ruhu
Şaftalı və qarpız dondurması (foto-resept)
11 yaşlı şikəst uşaq "Barselona"nı heyran qoydu
Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Redaktor brauzerdə işə salındı
Kivili piroq (foto resept)
Rusiyada göydən qızıl "yağdı" - Video
Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib
Kim Çen In ölkədə it saxlamağı qadağan etdi
Mayli Sayrus Yemi İmicdə-FOTO
Bilərziklər
Yeni qulaqcıq nəbz və təzyiqi ölçəcək
COVID-19-un beyinə nüfuzetmə xüsusiyyəti aşkarlanıb
Aktrisanın xəstəxana görüntüləri hər kəsi QORXUTDU
Günün ulduz falı
Dima Bilan subay qalmasının səbəbini açıqladı
Yerə nəhəng asteroid yaxınlaşır
İlham Əliyev ermənilərin yaraladığı azərbaycanlılarla bağlı göstəriş verib
Saqqız çeynəmək olarmı?
Azərbaycan tarixindən yüz şəxsiyyət-28
Bolqar bibərli toyuq kotleti (foto resept)
HAVA necə olacaq? 26-yanvar
Bunu etməsən sənə nə deyərlər?
Gəlin makiyajı trendi
İtkin uşaqları bankomatlar axtaracaq
Finlandiya meşələri
Məşhur basketbolçu və qızı Gizlicə Dəfn Edildi-SƏBƏB
Türkiyə Ali Hərbi Məktəbində kursant olmaq istəyənlərin nəzərinə
Uşağa şəxsiyyət vəsiqəsi verilmir – SƏBƏB
Şuba salatı (foto-resept)
Rəngarəng çantalar (5)
Məşhur aktyor ata oldu
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Hava haqqında - 07.03.2014
Yay aylarında dəriyə qulluq
İdmançılarımızla bağlı daha bir qalmaqal
Castin Biber ağır xəstəliyə yoluxdu
Android işlədənlərə bəd xəbər
Fərqli peşə sahiblərinin iş zamanı çəkilmiş şəkilləri















- ŞƏRHLƏR