"Nargis" jurnalı və Azərbaycanın premium səviyyəli kinoteatrı "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər.
Trend-in məlumatına görə, sentyabrın 13-də moda nümayişi və növbəti dəfə qapalı film nümayişi keçiriləcək. "Berqdorf Qudman: Bir əsrdən çox dəb olimpinin zirvəsində" filmi moda aləmindən bəhs edir və modasevərlərin çoxdan gözlədiyi filmdir.
Moda gecəsində "Jan" atelyesinin geyimləri nümayiş olunacaq. Geyimlər qırmızı printlər ilə ağ-qara işıq qammasında yaradılıb. Kolleksiyanın əsas printlərinin süjeti Leyla Əliyevanın (Heydər Əliyev Fondunun vitse-prezidenti) "Yarat" müasir incəsənət məkanı tərəfindən təşkil olunmuş "Fly to Baku" sərgi və ekspozisiyalarında təqdim olunmuş rəsmləri əsasında yaradılıb. Eyni zamanda, geyimləri nümayiş etdirən modellərin üzərində "Daprima" Jewellery-dən zinət əşyaları olacaq.
Bundan başqa, gecədə "Vorosha" brendi də öz geyimlərini nümayiş etdirəcək. Tədbirdə mügənni Diana Hacıyeva moda aləmindən bəhs edən mahnılar ifa edəcək, qonaqlar üçün furşet təşkil olunacaq və sonda "Berqdorf Qudman: Bir əsrdən çox dəb olimpinin zirvəsində" filmi nümayiş olunacaq. Tədbirə yalnız dəvət olunmuş şəxslər buraxılacaqlar.
Qonaqlar arasında ölkənin bir çox məşhur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər olacaq. Tədbir həmçinin, televiziya kanalları və çoxsaylı media nümayəndələri tərəfindən işıqlandırılacaq.
Moda gecəsinin platinum sponsoru luxury t-shirt istehsalçısı olan "Vorosha" brendidir. Qızıl sponsorlar "Qarant Sığorta", "Paşa Bank" və "Daprima" Jewellery. Tədbir həmçinin, "Jan" atelyesi, "28 Mall" və "Armani Water"ın sponsorluğu ilə keçirilir.
"Nargis" jurnalı ölkə və ölkədən kənar moda və incəsənətə tam yeni baxışlı bələdçidir. Jurnal oxuculara moda aləminin ən son tendensiyaları, mövsüm yenilikləri, afişa və incəsənət xəbərləri təqdim edir.
"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.
Mənbə: Milli.az
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər