Əziz Qadin.Net xanımları. Çoxdandir ki sizin haqda bir xəbər hazırlamaq istəyirdim və ilk xəbərim deyəsən dadlı olacaq. Çünki bu dəfə sizin üçün elə özünüzün və bilmədiyimiz burdakı xanımların ləziz yeməklər marağını sizə təqdim edəcəm. Maraqlı olar sizə inşAllah. Ümid edirəm bəyənərsiz.
Almaz S. (Redaktor)
Hər bir qadın kimi mən də mətbəxi çox sevirəm. Sevimli yeməkləri zövqlə hazırlamağı və onu gözəl şəkildə süfrəyə təqdim etmək biz qadınların ən sevimli peşəsidir. Şirniyyat sevənəm. Bəzəkli rus piroqlarını, lavaşlı və biskvitli tortları və digər şirniyyatları hazırlamağın, sonra Qadin.Netin qarşısında bir fincan çayla onları nuş etməyin ləzzəti ayrıdır. Əlbəttə mən saytımızda olan bizim şipşirin şirniyyat bişirən qızlarımız kimi ləzzətli hazırlamağı bacarmasam da hər halda cəhd edirəm. Yeməklərdən də balığı, bir də toyuq və hind toyuğundan başqa digər quşları çıxmaq şərti ilə bütün yeməkləri sevirəm. Plov xoşlayanam, ən çox da onu hazırlamağı sevirəm. Əslində balıq çox xeyirlidi, ancaq iyi olmasaydı əla olardı. Yayda isə meyvələrə üstünlük verirəm, yəni əsas qidam meyvə olur.
Yagmur damlasi (Nəzarətçi)
Mən Azərbaycan övladıyam və bununla qürur duyuram! Vətənimin hər nazı-neməti mənim üçün əzizdir. Bizim mətbəximizə məncə heç bir mətbəx çatmaz, sevdiyim yemək çoxdur. Allahın bizə bəxş etdiyi hər nemətə dəyər verərək hazırlayıram, deyilənə görə pis yemək bişirmirəm.
Ümumiyyətlə hər qadının əlində bir cür dad var, hamı bir yeməyi eyni dadla bişirə bilməz.
Hər uşaq üçün də öz anasının "əlinin dadı" var. Mən özüm artıq anayam, amma anamın, nənəmin əllərindən çıxan yemək üçün burnumun ucu göynəyir. Bizim mətbəximiz o qədər zəngindir ki, danışmaqla bitməz. Canım, sırf ən çox sevdiyim bir yeməyim yoxdur, hamısını sevirəm. Allah o nemətləri bizə çox görməsin, biz də o nemətləri israf etməyək gərək. İsrafçılıq olan bir evdə bərəkət olmaz, Allah hamınızın süfrənizə ruzi-bərəkət versin!Amin!
GulenaY (İstifadəçi)
Ooo, yemekler insan həyatının ən önəmli vacib anlarından biridir... Ac olanda üşüyürəm, əsəbi oluram, amma məni görsəniz hündürboy, incə qızam, heç elə bil yeyən adama oxşamıram. Nə olur olsun, özüm yeməyimi 1 dəqiqə gec qabağıma qoysam da yoldaşımın yeməyini mütləq vaxtında hazırlayıram. "Kişinin ürəyinə yol mədəsindən keçir" deyə belə bir məsəl var, amma şablonluqlardan uzaq insanam deyə fikirləşirəm ki, yemək həyatımızın vacib anıdır, arzularımızı həyata keçirmək üçün, sağlamlığımız üçün və yaşamağımız üçün. Sevdiyim milli mətbəxdən ən başlıcası Qarabağ döşəmə plovu, pomidor-bibər-badımcan dolmasıdır. Badımcanla bağlə bütün yeməkləri sevirəm, sonra toyuq, hind toyuğu çığırtması. Dünya mətbəxindən qırğızların funçoza salatını, Samsi, Mantı, Lagman Po Fransuzki, türklərin layla şorbası və pizzaları, qızıl balıqdan, qırmızı balıqdan olanlar... Hamıya nuş olsun. Təki yediyimiz halal çörək olsun. Amin.
Əvvəlcə təşəkkür edirəm, məni də dəvət etdiyin ücün, Ayka. Demək olar sevmədiyim bir-iki yeməyi çıxmaq şərtilə elə də sevmədiyim yeməklər yoxdur. Ən çox sevdiyim yemək isə xörəklərimizin şahı olan plovdur. Plovu da yalnız döşəməynən (yəni turşu-qovurmayla yox). Bir də bizim bölgənin şahı sayılan Qozlu Plovu çox sevirəm. Yeməklər arasında kartof qızartmasını daha çox sevirəm və hər gün üç dəfə də yesəm bezmərəm. Şirniyyatlara gəlincə isə həvəslə bişirəm, axtarıram, amma sonunda baxa-baxa qalıram. Heç sevmirəm bu xüsusiyyətimi. İnaniram ki, bundan belə də dəyişilməz olaraq qalacaq ağız dadım.
Mən qonaq gedəndə, hara k ərkim çatır, qabaqcadan xəbər verirəm ki, döşəməli plov hazırlasın. Çox xoşlayıram. Ümumiyyətlə plovu xoşlayıram, 2-ci yerdə dolmadı. Dovğanı xoşlayıram. Bir də səhər-səhər yumurta ilə pomidor bişirib yeməyi çox sevirəm. Kabab və qalan yeməklər o qədər də mənə vacib deyil. Elə bunlar olsun, bəs edər.
Gümüş (İstifadəçi)
İlk öncə xəbərinizdə mənə yer verdiyiniz üçün çox sağ olun. Əslində Azərbaycanın yeməklərini sevirəm və sevərək yeyirəm. Yeyə bilmədiyim yemək yoxdur. Ən çox sevdiyim və vaz keçilməz yeməyim Turşulu Plov və Yarpaq Dolmasıdır. Bunları həm sevirəm, həm də bişirməyi bacarıram.
Sevdiyim şirniyyatlara gəldikdə Napoleon tortu və Paxlavadır. Bunlardan dayanmadan yeyərəm, doysam da gözüm qalar. Allah hamının süfrəsini bol eləsin, Amin.
Şokolad (İstifadəçi)
Mən Allahın verdiyi hər bir nemətə görə sonsuz şükür edirəm. Heç kim deyə bilməz ki, mən yemək yeməyi və hansısa bir yeməyi sevmirəm. Hər bir insanın az da olsa yeyə biləcəyi və sevdiyi yemək vardır. Mən də o insanlardan biri kimi onu deyə bilərəm ki, mənim də sevdiyim yeməklər var və çoxdur. Plov, pomidor-bibər-badımcan dolması, toyuq ürək-ciyər qovurması, spagetti, buğlama kimi yeməkləri, pizzalar, toyuq dönəri, blinçiklər, pendirli börək, su böyrəyi kimi soyuq qəlyanaltıları sevirəm. Salatlardan mimoza, badımcan salatı və şirniyyatlardan Şəki halvası, ekler, bütün şokoladlı şirniyyatlar və tortlar, türk paxlavası. Bu şirniyyatların da içində fındıq, badam olanlarını.
"Sevdiyim yeməklər və şirniyyatlar" mövzusuna iki baxışdan cavab vermək olar: yeməyi xoşladığım və hazırlamağı xoşladığım.
Balıq isə ümumiyyətlə mənim vazgeçilməzimdi, balığın hər növ yeməklərini çox sevirəm (şupundan başqa). Hind toyuğu kababı sevimli yeməklərim sırasındadı. Latviya mətbəxindən xoşladığım bir yemək Pelekie zirni boz noxudlu yeməkdi, əsasən bayramlarda hazırlayırlar. İki cür hazırlanma qaydası var, ikisi də çox dadlı olur. Türk yeməklərinin (xəmir yeməklərindən başqa) və İtaliya salatlarının ümumiyyətlə fanatıyam. Zeytunlu, pendirli, tərəvəzli salatları çox sevirəm. Şirniyyatın isə çox da həvəskarı deyıləm. Bir tək vazgeçə bilmədiyim şirniyyat var, o da paxlavadır.
Təvazökarlıqdan uzaq olsa da deyim ki, istədiyim hər yeməyi bişirə bilirəm, yəni alınır məndə. Əvvəl bir çox qazanları yandırıb yeməklərı zay etməyimə baxmayaraq indi hər şey qaydasındadı, Allah hər kəsin süfrəsini bərəkətli eləsin. Amin. Məndən bu qədər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR