Əziz Qadin.Net xanımları. Çoxdandir ki sizin haqda bir xəbər hazırlamaq istəyirdim və ilk xəbərim deyəsən dadlı olacaq. Çünki bu dəfə sizin üçün elə özünüzün və bilmədiyimiz burdakı xanımların ləziz yeməklər marağını sizə təqdim edəcəm. Maraqlı olar sizə inşAllah. Ümid edirəm bəyənərsiz.
Almaz S. (Redaktor)
Hər bir qadın kimi mən də mətbəxi çox sevirəm. Sevimli yeməkləri zövqlə hazırlamağı və onu gözəl şəkildə süfrəyə təqdim etmək biz qadınların ən sevimli peşəsidir. Şirniyyat sevənəm. Bəzəkli rus piroqlarını, lavaşlı və biskvitli tortları və digər şirniyyatları hazırlamağın, sonra Qadin.Netin qarşısında bir fincan çayla onları nuş etməyin ləzzəti ayrıdır. Əlbəttə mən saytımızda olan bizim şipşirin şirniyyat bişirən qızlarımız kimi ləzzətli hazırlamağı bacarmasam da hər halda cəhd edirəm.
Yeməklərdən də balığı, bir də toyuq və hind toyuğundan başqa digər quşları çıxmaq şərti ilə bütün yeməkləri sevirəm. Plov xoşlayanam, ən çox da onu hazırlamağı sevirəm. Əslində balıq çox xeyirlidi, ancaq iyi olmasaydı əla olardı. Yayda isə meyvələrə üstünlük verirəm, yəni əsas qidam meyvə olur.
Yagmur damlasi (Nəzarətçi)
Mən Azərbaycan övladıyam və bununla qürur duyuram! Vətənimin hər nazı-neməti mənim üçün əzizdir. Bizim mətbəximizə məncə heç bir mətbəx çatmaz, sevdiyim yemək çoxdur. Allahın bizə bəxş etdiyi hər nemətə dəyər verərək hazırlayıram, deyilənə görə pis yemək bişirmirəm.
Ümumiyyətlə hər qadının əlində bir cür dad var, hamı bir yeməyi eyni dadla bişirə bilməz.
Hər uşaq üçün də öz anasının "əlinin dadı" var. Mən özüm artıq anayam, amma anamın, nənəmin əllərindən çıxan yemək üçün burnumun ucu göynəyir. Bizim mətbəximiz o qədər zəngindir ki, danışmaqla bitməz. Canım, sırf ən çox sevdiyim bir yeməyim yoxdur, hamısını sevirəm. Allah o nemətləri bizə çox görməsin, biz də o nemətləri israf etməyək gərək. İsrafçılıq olan bir evdə bərəkət olmaz, Allah hamınızın süfrənizə ruzi-bərəkət versin!Amin!
GulenaY (İstifadəçi)
Ooo, yemekler insan həyatının ən önəmli vacib anlarından biridir... Ac olanda üşüyürəm, əsəbi oluram, amma məni görsəniz hündürboy, incə qızam, heç elə bil yeyən adama oxşamıram.
Nə olur olsun, özüm yeməyimi 1 dəqiqə gec qabağıma qoysam da yoldaşımın yeməyini mütləq vaxtında hazırlayıram. "Kişinin ürəyinə yol mədəsindən keçir" deyə belə bir məsəl var, amma şablonluqlardan uzaq insanam deyə fikirləşirəm ki, yemək həyatımızın vacib anıdır, arzularımızı həyata keçirmək üçün, sağlamlığımız üçün və yaşamağımız üçün. Sevdiyim milli mətbəxdən ən başlıcası Qarabağ döşəmə plovu, pomidor-bibər-badımcan dolmasıdır. Badımcanla bağlə bütün yeməkləri sevirəm, sonra toyuq, hind toyuğu çığırtması. Dünya mətbəxindən qırğızların funçoza salatını, Samsi, Mantı, Lagman Po Fransuzki, türklərin layla şorbası və pizzaları, qızıl balıqdan, qırmızı balıqdan olanlar... Hamıya nuş olsun. Təki yediyimiz halal çörək olsun. Amin.
Əvvəlcə təşəkkür edirəm, məni də dəvət etdiyin ücün, Ayka. Demək olar sevmədiyim bir-iki yeməyi çıxmaq şərtilə elə də sevmədiyim yeməklər yoxdur. Ən çox sevdiyim yemək isə xörəklərimizin şahı olan plovdur. Plovu da yalnız döşəməynən (yəni turşu-qovurmayla yox). Bir də bizim bölgənin şahı sayılan Qozlu Plovu çox sevirəm. Yeməklər arasında kartof qızartmasını daha çox sevirəm və hər gün üç dəfə də yesəm bezmərəm. Şirniyyatlara gəlincə isə həvəslə bişirəm, axtarıram, amma sonunda baxa-baxa qalıram. Heç sevmirəm bu xüsusiyyətimi. İnaniram ki, bundan belə də dəyişilməz olaraq qalacaq ağız dadım.
Mən qonaq gedəndə, hara k ərkim çatır, qabaqcadan xəbər verirəm ki, döşəməli plov hazırlasın. Çox xoşlayıram. Ümumiyyətlə plovu xoşlayıram, 2-ci yerdə dolmadı. Dovğanı xoşlayıram. Bir də səhər-səhər yumurta ilə pomidor bişirib yeməyi çox sevirəm. Kabab və qalan yeməklər o qədər də mənə vacib deyil. Elə bunlar olsun, bəs edər.
Gümüş (İstifadəçi)
İlk öncə xəbərinizdə mənə yer verdiyiniz üçün çox sağ olun. Əslində Azərbaycanın yeməklərini sevirəm və sevərək yeyirəm. Yeyə bilmədiyim yemək yoxdur. Ən çox sevdiyim və vaz keçilməz yeməyim Turşulu Plov və Yarpaq Dolmasıdır. Bunları həm sevirəm, həm də bişirməyi bacarıram.
Sevdiyim şirniyyatlara gəldikdə Napoleon tortu və Paxlavadır. Bunlardan dayanmadan yeyərəm, doysam da gözüm qalar. Allah hamının süfrəsini bol eləsin, Amin.
Şokolad (İstifadəçi)
Mən Allahın verdiyi hər bir nemətə görə sonsuz şükür edirəm. Heç kim deyə bilməz ki, mən yemək yeməyi və hansısa bir yeməyi sevmirəm. Hər bir insanın az da olsa yeyə biləcəyi və sevdiyi yemək vardır. Mən də o insanlardan biri kimi onu deyə bilərəm ki, mənim də sevdiyim yeməklər var və çoxdur. Plov, pomidor-bibər-badımcan dolması, toyuq ürək-ciyər qovurması, spagetti, buğlama kimi yeməkləri, pizzalar, toyuq dönəri, blinçiklər, pendirli börək, su böyrəyi kimi soyuq qəlyanaltıları sevirəm. Salatlardan mimoza, badımcan salatı və şirniyyatlardan Şəki halvası, ekler, bütün şokoladlı şirniyyatlar və tortlar, türk paxlavası. Bu şirniyyatların da içində fındıq, badam olanlarını.

"Sevdiyim yeməklər və şirniyyatlar" mövzusuna iki baxışdan cavab vermək olar: yeməyi xoşladığım və hazırlamağı xoşladığım.
Balıq isə ümumiyyətlə mənim vazgeçilməzimdi, balığın hər növ yeməklərini çox sevirəm (şupundan başqa). Hind toyuğu kababı sevimli yeməklərim sırasındadı. Latviya mətbəxindən xoşladığım bir yemək Pelekie zirni boz noxudlu yeməkdi, əsasən bayramlarda hazırlayırlar. İki cür hazırlanma qaydası var, ikisi də çox dadlı olur. Türk yeməklərinin (xəmir yeməklərindən başqa) və İtaliya salatlarının ümumiyyətlə fanatıyam. Zeytunlu, pendirli, tərəvəzli salatları çox sevirəm. Şirniyyatın isə çox da həvəskarı deyıləm. Bir tək vazgeçə bilmədiyim şirniyyat var, o da paxlavadır.
Təvazökarlıqdan uzaq olsa da deyim ki, istədiyim hər yeməyi bişirə bilirəm, yəni alınır məndə. Əvvəl bir çox qazanları yandırıb yeməklərı zay etməyimə baxmayaraq indi hər şey qaydasındadı,
XƏBƏR LENTİ
Günün ulduz falı
Cennifer Lopez səhnədə yıxıldı - VİDEO
Robot stomatoloq ilk əməliyyatını etdi
Aydan UNO donanması keçdi - ŞOK VİDEO
Niyə görə hündür daban ayaqqabılar cazibədarlıq rəmzidir?
LG 10 düymlük planşet satır
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Qeyri-adi evlər
Tərəvəzli qəhvə ilə arıqlama
Arıqladıqdan sonra tanınmaz hala düşdülər - FOTO
Azərin məşhur türk serialında Qarabağ üçün oxudu -
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Həyatın mənasını itirənlər üçün psixoloji və dini cavab
Gül kələmli pizza (foto resept)
Dəhşətli xəbərdarlıq: Yer kürəsi hər an məhv ola bilər
Ev üsulu ananaslı dondurma (foto resept)
Yeni il üçün qreypfrutlu ördək (foto resept)
"Köpək" salatı (foto resept)
Emil Balayev oynadı, "Ayntraxt" 12 qolla qalib gəld
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Bu gün deputatlar tətilə çıxırlar
Kapitan: "Düşmənin 12 texnikasını məhv etdim"
Tarixin ən çılğın 10 diktatoru: İnanılmaz qadağalar - FOTO.
Saqqallı kişilər daha çox xəyanət edir
Vəzifələr - Statuslar
AŞPA-nın yaz sessiyası öz işinə başlayır
Ordumuz 3 şəhid verdi
Xəzərdə zəlzələ olub
Bakının Avropa üçün önəmi artır
Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO
Cem Yılmaz Serenay Sarıkayaya evlilik təklifi edib - FOTO
Ermənistan ordusunun verdiyi itkilər açıqlandı
Məşhur model cırıq ətəklə rəqs etdi- VİDEO-2 milyon izləmə
“WhatsApp”dan xoş xəbər
Türkiyədə matəm elan edildi
Gül şərbəti (foto resept)
Gözaltı qaraları gizlədək
Qənirə Paşayevaya Türkiyədə fəxri vətəndaşlıq verilib
BÜRCLƏR bizə nə vəd edir?-27 dekabr
Məktəblinin bu addımı hər kəsi duyğulandırdı - VİDEO
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Meyvələri belə görmüşdünüzmü?
Şeyma Subaşı yeni FOTOsunu paylaşdı-FOTO
Yığılan kalorini necə atmaq olar?
Serbiyanın baş naziri istefa verdi
Hiss etməyin gözəlliyi
Günün qoroskopu: Münasibətləri bərpa etməyə tələsin!
LG G3 smartfonu göstərildi
Cəbhədə gərgin gecə















- ŞƏRHLƏR